Icma.az
close
up
RU
525ci qəzet İsrail tankları Suriyaya daxil olub

525ci qəzet İsrail tankları Suriyaya daxil olub

İsrail silahlı qüvvələrinin tanklarının Suriya sərhədini keçdiyi bildirilir.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

“Əsəd rejiminin bir gecədə süqutundan sonra Suriya mənbələri İsrail tanklarının Colan təpələri tərəfdən Suriya sərhədini keçdiyini iddia edir”, – nəşrin məlumatında deyilir.

Məqalədə təsdiqlənməmiş məlumatlara görə, İsrail qüvvələrinin Kuneytra bölgəsindəki bufer zonasına daxil olduğu və ərazini artilleriya atəşinə tutduğu bildirilir.

İsrail ordusu hazırda müvafiq məlumatları şərh etməyib.

seeBaxış sayı:103
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri