Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

525ci qəzet Makronun Azərbaycana “cırtdan”larla “hücumu”

525ci qəzet Makronun Azərbaycana “cırtdan”larla “hücumu”

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın COP29-a uğurlu ev sahibliyi, bu mötəbər tədbirin yüksək səviyyədə təşkili, ümumiyyətlə ölkəmizin dünyada artan nüfuzu bəzi dairələri ciddi şəkildə narahat etməkdədir. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyün və suverenliyini tam bərpa etməsini həmin dairələr heç cür həzm edə bilmirlər və müxtəlif kampaniyalara əl atırlar. Təbii ki, ölkəmizə qarşı antikampaniyanın başında bəzi Qərb dövlətləri dayanır ki, bu sırada da ilk yerdə Fransa gəlir. Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir ki, Azərbaycan əleyhinə fəaliyyət göstərir, amma bütün cəhdləri uğursuzluğa düçar olduğu üçün öz əlaltılarını da bu kampaniyaya qoşur.

COP29 ərəfəsində və tədbirin keçirildiyi günlərdə əlbəttə ki, onu gözdən salmaq üçün qarayaxma kampaniyalarının olacağı gözlənilən idi, amma nəzərə alsaq ki, Vətən müharibəsindən bu yana qeyd etiyimiz proses gedir, deməli, həmin qüvvələr dayanmayacaqlar. Onların kampaniyaları həm də ona görə iflasa uğrayır ki, Bakıya qarşı əllərində tutarlı arqumentləri yoxdur, şər-böhtanla isə uzağa gedə bilmirlər. Lüksemburq deyilən ölkə də bu kampaniyaya qoşulub. Əslində bu ölkə heç vaxt Azərbaycana yanaşmada ədalətli olmayıb. Torpağlarımızın işğalına, ermənilərin törətdikləri cinayətlərə, ərazilərmizdə separatizmin mövcudluğuna göz yumub. Əvəzində xarici işlər naziri və digər səviyyələrdə Azərbaycan əleyhinə bəyanatlar səsləndiriblər. Düzdür, milli dili olmayan, qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş, çox kiçik, eyni zamanda, hər hansı siyasi çəkiyə malik olmayan “cırtdan” dövlətin bu cür iddialı yanaşmasına əhəmiyyət verməmək də olardı. Amma söhbət ondan gedir ki, lüksemburqlu deputatlar da, siyasətçilər də sifarişi məhz Makrondan alırlar. Onların noyabrın 20-də qəbul etdiyi qətnamə adlandırdıqları kağız parçası qərəzli və ədalətsizdir. Qətnamədə Azərbaycanla bağlı heç bir əsası olmayan iddialar, ittihamlar yer alıb. Buna əmin olmaq üçün bir neçə məqama diqqət çəkmək kifayət edir.

Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü il 26 avqust tarixli qərarı ilə AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" elan etməsinə qarşı bənd var. AŞPA-nın 76 deputatı arasında lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxten də var. Tələb də odur ki, rəsmi Bakı bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürməlidir. Məlumdur ki, bu şəxslərin hər biri öz qanunsuz addımlarına görə siyahıya salınıblar. Belə ki, onlar Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətləri fəal surətdə dəstəkləyib, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizlik nümayiş etdiriblər. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir. Eyni zamanda, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib.

Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qətnaməsini qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edib. Qeyd olunub ki, Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir: “Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil”.

Deputat Rizvan Nəbiyev mövzu ilə bağlı bildirib ki, beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərdən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Lüksemburq Deputatlar Palatasının Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nümunədir: “Bakı iqlim platformasında 196 dövlət bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur. Aktual dünya siyasətinin reallığından uzaq düşmüş Lüksemburq parlamentariləri isə məhz bu qlobal tədbirdə ev sahibliyi edən ölkəni - Azərbaycanı yenidən şantaj etməklə məşğuldur. Dövlət başçısı COP29-un Liderlər Sammitinin açılış mərasimində və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi haqlı və cəsarətli fikirlərindən sonra qətnamədə Azərbaycan Prezidentinin hədəfə alınması təəccüb doğurmur. Əksinə, bu, faktlar qarşısında aciz qalanların cılızlıq nümayişidir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Azərbaycan Prezidenti tərəfindən belə mötəbər kürsüdən təkzibolunmaz faktlar əsasında səsləndirilməsi təbii ki, bu işə məsuliyyət daşıyanları çox ciddi narahat edir. Neomüstəmləkəçi qüvvələrin əlində alətə çevrilərək Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibi olmaq əvəzinə, bu xalqların yanında olmaq Lüksemburq parlamentinə daha çox hörmət gətirərdi. Bu, təkcə ədalətin dəstəklənməsi deyil, həm də beynəlxalq hüquqa hörmətin nümayişi olardı”.

Deputat əlavə edib ki, ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Lüksemburq parlamentinin qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir: “Azərbaycanda hüquqi dövlətçiliyin inkişafına qarşı yönələn absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünə 1200-dən çox təsisat, qeyri-hökuməti təşkilat nümayəndələrinin, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlə təsisatı təmsil edən on minlərlə insanın ölkəmizdə fəaliyyəti bu absurd ittihamlara ən tutarlı cavabdır”.

Deputat vurğulayıb ki, Lüksemburq parlamentinin qətnaməsi, eyni zamanda, Azərbaycanın suverenliyinə hörmətsizlik nümayişdir. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd 30 illik işğalına son qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Lüksemburq parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Otuz il müddətində Ermənistan tərəfindən pozulan və Lüksemburq tərəfindən heç vaxt gündəmə gətirilməmiş beynəlxalq hüququn prinsipləri məhz Azərbaycan Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursu nəticəsində bərpa edildi, regionda sabitlik, uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı.

Onun sözlərinə görə, barbar erməni işğalının nəticələrindən biri də Azərbaycanın ərazisinin 12 faizinin 1,5 milyon mina və digər partlamamış hərbi sursatla çirkləndirilməsidir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güc tətbiq edilərək qovulan və iztirablar yaşamış yüz minlərlə azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün geri qayıda bilmir. Bu insanların haqları isə lüksemburqlu parlamentariləri heç vaxt düşündürməyib. Parlamentarilərin məlumatsız olduqları məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə, regionu məşğul edən real məsələlərin həllinə dəstək verməsi Lüksemburq parlamentinə hörmət qazandırar. Ermənipərəst və Azərbaycana qarşı qərəzli mövqeni öz həyat amili hesab edən qüvvələrin aləti kimi istifadə olunması region xalqlarının rifahına, inkişafına və sabitliyin təmininə xidmət etmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri