Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, ötən gün Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində insident qeydə alınıb.
Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Bu mövzuda digər xəbərlər:Bakıda motosiklet qaçırıldı Polis 3 nəfəri saxladı
21 Mart 2025 18:41
Polis 61 nəfəri saxladı
26 İyun 2026 13:40
Polis daha 11 nəfəri saxladı KONKRET
23 Dekabr 2024 15:06
Polis Azərbaycanda 24 nəfəri saxladı
23 Mart 2026 10:28
Polis Yasamaldakı atışma ilə bağlı 2 nəfəri saxladı
17 Oktyabr 2025 12:27
Baxış sayı:114
Bu xəbər 14 Noyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















