525ci qəzet Milli Məclis gələn il üçün yaşayış minimumunu I oxunuşda qəbul edib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
525.az xəbər verir ki, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Milli Məclis gələn il üçün yaşayış minimumunu I oxunuşda qəbul edib
27 Noyabr 2024 12:58

