525ci qəzet Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.
525.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək. Qarşılaşmaları Nodira Mirzoeva idarə edəcək. Baş hakimin köməkçiləri Dilshoda Rahmonova və Farhod Kuralov olacaqlar. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.
Qeyd edək ki, ilk oyun FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
26 Noyabr 2024 17:31
Millimizin Rusiya ilə oyunlarının hakimləri BİLİNDİ
26 Noyabr 2024 18:06
Millimizin Rusiya ilə oyunlarının hakimləri
26 Noyabr 2024 17:58
Millimizin Rusiya yığması ilə oyununun hakimləri bilindi
26 Noyabr 2024 18:20

