525ci qəzet Misir Suriyada siyasi prosesi başa çatdırmaq üzrə səyləri dəstəkləyir
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misir Suriyada siyasi həll prosesinin tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri dəstəkləyir.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi “İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı zamanı bildirib.
“Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir”, - o deyib.
Əs-Sisinin sözlərinə görə, Suriya hazırda 1974-cü ilin ikitərəfli razılaşmasına zidd olaraq Suriya ərazisinin əhəmiyyətli bir hissəsini ələ keçirən İsrail tərəfindən ölkənin suverenliyinin kobud şəkildə pozulması ilə üz-üzədir.
Misir lideri qeyd edib ki, Yaxın Şərqin üzləşdiyi problemlər müştərək səylər, geniş məsləhətləşmələr və təcrübə mübadiləsi tələb edir. Əs-Sisinin sözlərinə görə, bu kontekstdə D-8 müxtəlif səviyyələrdə bu qrupun üzvü olan dövlətlər arasında birgə fəaliyyətin təşviqi üçün əlverişli forum kimi çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 Dekabr 2024 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















