525ci qəzet Nazir müavini: Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir.
525.az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.
Onun sözlərinə görə, Azərbaycan enerjiyə keçid imkanlarından istifadə etmək istəyir: "Biz ilkin olaraq 2030-cu ilə qədər bərpa olunan mənbələrin quraşdırma gücündə payının 30 %-ə çatdırılmasını hədəfləyirdik. Ancaq indiki keçid tempini saxlayaraq, 2030-cu ilə qədər 35 %-ə, 2035-ci ilə qədər isə 40 %-ə çatacağıq.
Bərpa olunan enerji layihələri çərçivəsində təqribən 2,5 milyard ABŞ dolları investisiya qoyuluşu proqnozlaşdırılır. Biz 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsalı hədəfinin reallaşdırılmasını və bunun 5 giqavatının üç yaşıl interkonnektor Xəzər dənizi-Qara Dəniz-Avropa, Azərbaycan-Mərkəzi Asiya-Avropa və Azərbaycan-Türkiyə-Avropa vasitəsilə ixrac etməyi planlaşdırırıq. Həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji" zonalarını işə salmışıq. bu da ümummilli enerjinin xalis sıfıra keçidi üçün əsas olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















