Icma.az
close
up
RU
Rumıniya nəşri: Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirir, Azərbaycan üçün də yeni fürsətlər yaranır

Rumıniya nəşri: Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirir, Azərbaycan üçün də yeni fürsətlər yaranır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buxarest, 14 oktyabr, AZƏRTAC

Rumıniyanın “Financialintelligence” nəşri yazır ki, Qazaxıstan dünya enerji bazarında mövqeyini gücləndirmək məqsədilə neft ixrac yollarını diversifikasiya etməyə çalışır. Bu təşəbbüs, Avropa İttifaqının Rusiya nefti idxalını davamlı şəkildə azaltması nəticəsində yaranan boşluğu doldurmaq üçün mühüm imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, məqaləyə əsasən, Qazaxıstan ötən il 87,7 milyon ton neft çıxardıb və bunun 68,6 milyon tonunu ixrac edib. İxracın təxminən 80 faizi CPC xətti vasitəsilə həyata keçirilib. Bu marşrut hələlik ölkənin əsas ixrac kanalı olaraq qalır.

Bununla yanaşı, Qazaxıstan alternativ yolları aktiv şəkildə gündəmə gətirir. Əsas planlardan biri neftin trans-Xəzər istiqaməti üzrə daşınması və BTC boru kəməri vasitəsilə Avropaya çatdırılmasıdır. Bundan əlavə, Bakı–Supsa və Drujba marşrutlarının istifadəsi də nəzərdən keçirilir.

Lakin bu alternativ yollar hələ CPC ilə müqayisədə daha məhdud həcmdədir. Bu marşrutların genişləndirilməsi üçün tranzit ölkələrlə koordinasiya, infrastrukturun gücləndirilməsi və nəqliyyat xərclərinin azaldılması tələb olunur. Buna baxmayaraq, strateji əhəmiyyəti artan bu istiqamət Avropanın enerji təchizatında Qazaxıstan və Azərbaycanın rolunu gücləndirə bilər.

Məqalədə, həmçinin qeyd olunur ki, Qazaxıstan 2040-cı ilə qədər daxili neft emalı gücünü artırmaq, ixrac marşrutlarını şaxələndirmək və ekoloji texnologiyalara sərmayə qoymaq niyyətindədir.

Avropanın Rusiya nefti idxalını azaltması fonunda Qazaxıstan və Azərbaycan bu boşluğu qismən dolduraraq strateji enerji tərəfdaşlıqlarını genişləndirmək üçün real fürsət əldə edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri