Icma.az
close
up
RU
525ci qəzet Ömür rapsodiyaları: Menüdəki Gülçöhrə Nihat Pir yazır

525ci qəzet Ömür rapsodiyaları: Menüdəki Gülçöhrə Nihat Pir yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nihat Pir

"Əgər onu tapmasaydım, eyni həyatı onu tanımadan və ondan xəbərsiz yaşayacaqdım. O mənə dünyada başqa bir həyatın mövcud olduğunu və mənim də bir ruha sahib olduğumu öyrətdi".

Səbahəddin Əli

Mən onu tanıyanda restoranda işləyirdi. Şəklini görmüşdüm, sadəcə: əmin, inamlı bir duruş... Adətən, qolları sinədə çarpazlamaq xoş hal hesab olunmur. "İnamsızlıq, gələcəyə ümidsizlik, çarəsizlik əlamətidir" deyirlər. Amma bu qız qollarını sinəsi üstündə elə çarpazlamışdı ki, adam ondan özünəinam, əminlik dərsi almaq istəyirdi.

Bakıda tez-tez üz tutduğum bir restoran var. O restoranı əvvəllər sakitliyinə və münasib qiymətlərinə görə sevmişəm. Sonra doğmalaşdı. Daha böyük səbəbdən: menüdə şəkli verilmiş həmin qıza görə...

Yanında bir neçə iş yoldaşı da dayanmışdı. Oğlanlı-qızlı hamı işindən məmnun görünürdü. Ya da bu, fotoqrafın istəyinə görə belə alınmışdı. Bilmirəm, amma mənim yadımda qalan ən əsas cəhət o qızın ilıq təbəssümü idi.

Günün birində həmin şəkli göstərib bircə cümlə işlətdi kimsə: "Bu qız ölüb - dəm qazından boğulub".

Sonra bu barədə çox söhbət elədik; dəfələrlə ora getdik, səhər yeməyi yedik, naharda, şam süfrəsində olduq. O qızı necə tanımasından, haralı olmasından, harada oxumasından danışdı. Amma bunların heç biri yadımda qalmayıb. Yadımda qalan təkcə bu cümlədir: "Bu qız ölüb - dəm qazından boğulub".

Hər dəfə o restorana gedəndə və hər dəfə menünü vərəqləyəndə eyni səsi eşitdim, eyni şeyləri düşündüm: Görəsən, Bakı şəhərində neçə nəfər bu qızı tanıyır? Görəsən, Bakı şəhərində neçə nəfər bilir ki, hər gün menüdə gördükləri bu qız daha həyatda yoxdur? Görəsən, Bakı şəhərində neçə nəfər bilir ki, bu qızın nə qədər arzusu, xəyalı yarımçıq qalıb?

Bəlkə də, kimdənsə ötrü əhəmiyyətsiz bir məqamdır, amma mənə o qızın şəklinin Bakıda ən çox gedilən restoranın menüsündə olması qədər rahatlıq gətirən nəsə yox idi. Daha o restorana vaxt keçirmək, nəsə yemək, ya nəsə içmək üçün getmirdim, mənim daha böyük səbəbim vardı: O qızı yad eləmək. Bu, mənim üçün bir vəzifə, öhdəlik olmuşdu. Elə bilirdim, hər həftə ora getməsəm, o menünü vərəqləməsəm, bir neçə dəqiqə onun ilıq təbəssümünə baxmasam, vicdanım rahat olmayacaq. Olmurdu da. Bu ziyarət get-gedə daha vacib, qaçılmaz hal aldı.

Bəlkə, valideynləri yoxdur, onlar da bu dünyadan köçüblər. Bəlkə də, var, amma onu ziyarət eləməyə vaxt tapmırlar, ya da ən dəhşətlisi - onu unudublar. Bu normaldır, heç kəs əbədi xatirəyə çevrilmir. Hərənin öz qayğısı, işi-gücü, dərdi-səri, problemi... Həyat davam edir...

Amma mənim onu ziyarət eləməyə imkanım vardı. Ən azından, hər həftə bir neçə dəqiqə onun barəsində düşünə bilirdim.

Yəqin, universitetdə oxuya-oxuya restorana işə düzəlibmiş. Özümün tələbəlik illərimi düşündüm: mən işləmirdim. Deməli, o qız məndən qat-qat zəhmətkeş olub. Yəqin, işləməsinə baxmayaraq, dərslərini də çox yaxşı oxuyub, hətta əlaçı imiş. Yenə özümü düşündüm: mən əlaçı olmamışam. Deməli, o qız məndən daha çalışqan olub. Yəqin, arzuları da böyük imiş. Magistratura oxumaq, ya öz biznesini qurmaq, dünyanı gəzmək - ucsuz-bucaqsız arzular. Amma indi heç birinin gerçəkləşməsinə imkan yeri qalmayıb.

"Bu qız ölüb - dəm qazından boğulub".

Bir dəfə menüyə baxanda şəkil olan hissənin cırıldığını gördüm. Normal haldır, hər gün bu menüyə gör neçə adam baxır... Ofisiantı çağırıb iradımı bildirdim. Deyə bilməzdim ki, bu şəkil məndən ötrü çox vacibdir. Başa düşməzdi. Ona dəli kimi görünə bilərdim. Odur ki, sadəcə, bunun "müştərilərə hörmətsizlik"olduğunu deməklə kifayətləndim. Üzrxahlıq edib menünü məndən aldı, dərhal yenisi ilə əvəzlədi. Sonra gedə-gedə menüdən həmin vərəqi qoparıb ovcunun içərisində büküşdürdü. Şəklin sonrakı aqibəti barəsində heç nə bilmirəm. Sahilsiz peşmanlığım restoranın bir-birinə qarışmış yemək qoxusu yayılan şüşəli zalı ilə hüdudlandı, sadəcə. Heç nə deyə bilmədim. Başımı yelləməyə də güc tapmadım.

Ötən ilin son günlərində yenə orada idim. Bunu bir az bayramlaşmaq kimi də qəbul eləmək olar. Ofisiant gülərüz yaxınlaşıb menünü təqdim elədi: budur, tamamilə yenilənmiş menü. O qızdan əsər-əlamət qalmamışdı. Yox idi onun şəkli, yox idi onun təbəssümü, buruq saçları, inamlı duruşu. İndi onun şəklinin olduğu üçüncü səhifədə adi bir yemək çeşidinin təsviri vardı - yanında da qiyməti.

Bir neçə dəfə iyirmi səhifəlik menünü başdan-sona vərəqləyib o qızın təsvirini axtardım, onu görmək istədim, görəcəyimə ümid etdim, amma faydası olmadı. Ofisiantı çağırıb, son çarə kimi, köhnə menünü soruşdum. Bir həftə əvvəl tamam yığışdırıldığını dedi: "Müəllim, yeni ilə yeni menü ilə..."

Bu o restorana hələlik sonuncu gedişimdir. Həmin hadisənin üstündən üç həftədən çox keçib. Amma mən yalnız bunları yazmağa başlayanda xatırladım ki, düz üç həftədir, o qız mənim yadıma düşmür. Düz üç həftədir, o qız haqqında, onun yarımçıq qalmış arzuları, əlaçı olması barədə düşünmürəm. Hamı kimi mən də unutmuşam onu. Hamı kimi. Ata-anası kimi. Var idisə, bacı-qardaşı kimi. Lap belə ən yaxın rəfiqəsi, hətta sevgilisi kimi. Biri bir ay xatırlayıb, biri beş ay, biri bir il və... unudub. Mənim onu unutmağım üçün isə cəmi üç həftə kifayət eləyib. Cəmi üç həftəyə, az qala, gündəlik ayinə dönən ziyarətim də unudulub, onu xatırlamaq missiyası da, o qızın özü də, əmin-inamlı duruşu, baxışı da, təbəssümü, gələcəyə ümidləri də.

Bu yazı isə ondan ötrü edə biləcəyim ən sonuncu yaxşılıqdır. Daha yaxşısı əlimdən gəlmir. Onun üçün özümdən ad da düşünmüşəm. Bu ad mənim heç vaxt heç yerdə gərəyim olmayıb. Onu kiməsə təqdim eləməmişəm. Onun barəsində kiməsə danışmamışam. Sadəcə, özüm üçün: adı Gülçöhrə idi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri