Icma.az
close
up
RU
525ci qəzet Özəl investisiyalar institutunun inkişafı, monetar siyasətin yumşaldılması investisiya artımının əsas qeneratoru olmalıdır

525ci qəzet Özəl investisiyalar institutunun inkişafı, monetar siyasətin yumşaldılması investisiya artımının əsas qeneratoru olmalıdır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin edilməsi baxımından makroiqtisadi siyasətin fundamental komponentlərindən olan büdcə siyasətinin parametrlərinin təhlili onu deməyə əsas verir ki, ölkəmizdə reallaşdırılan büdcə prosesi bölgə və dünya iqtisadiyyatında formalaşan reallıqlara qarşı müvafiq adaptiv və reaktiv mexanizmlərin tətbiqinə bütövlükdə imkan verir. Bu kontekstdə dünya iqtisadiyyatında formalaşmaqda olan çağırışlar ölkəmizin əsas makroiqtisadi göstəriciləində və o cümlədən büdcə prosesində də öz təsirlərini tapmalıdır. Ancaq eyni zamanda ölkədə həyata keçirilən büdcə siyasətinin milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin geniş kateqoriyalarının sosial rifahının yüksəldilməsinə istiqamətlənməlidir. Bu baxımdan 2025 ci ilin Dövlət Büdcəsi layihəsi göstərilən hədəflərə nail olmağa, eyni zamanda xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmin qurulmasına müvafiq baza yaratmalıdır".

Bu fikirləri 525.az-a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar  Mərkəzinin  rəhbəri,  professor Elşad Məmmədov deyibş O bildirib ki, 2025-ci ilin Dövlət Büdcəsi layihəsində daxilolmalar və xərclər seqmentləri üzrə cari il üçün qəbul edilmiş dövlət büdcəsi ilə müqayisədə
mövcud olan artımlar büdcə imkanlarımızın artmasını göstərməklə yanaşı dünya təcrübəsində mütərəqqi milli iqtisadiyyatlara malik olan dövlətlərdəki trendlərlə uyğunluq təşkil edir. Belə ki, milli gəlirin daha çox hissəsinin büdcə  mexanizmləri vasitəsilə təkrar bölgüsü artıq beynəlxalq səviyyədə öz effektivliyini və məqsədəuyğunluğunu göstərmiş bir yanaşmadır:

"Büdcə resurslarının artması dünya iqtisadiyyatında baş verən ciddi transformasiyalara, o cümlədən struktur böhranın dərinləşməsinə, nəqliyyat- logistik dəhlizlərin, istehsal zəncirlərinin deformasiyalarına, dünyadakı yeni münaqişə ocaqlarının yaratdığı iqtisadi problemlərə ölkə iqtisadiyyatının reaktivliyinin göstəricisi kimi çıxış etməlidir. Büdcə layihəsinin kompleksli və sistemli təhlili bir sıra məqamlar üzərində xüsusilə fokuslaşmağı məqsədəuyğun edir. Layihəyə əsasən, 2025- ci ilin Dövlət Büdcəsində büdcə kəsirinin 3 mlrd. manatdan bir qədər artıq olacağı nəzərdə tutulur. Bu, aktual, elmi cəhətdən əsaslandırılmış və beynəlxalq miqyasda öz təsdiqini tapmış yanaşmalara uyğundur. Belə ki, büdcə kəsirinin Ümumi Daxili Məhsula(ÜDM) nisbəti göstəricisi baxımından proqnozlaşdırılan kəsir göstəricisi təhlükəli parametrlərdən xeyli uzaqdır. Eyni zamanda milli iqtisadiyyatın müafiq investisiya impulsunun artırılması baxımından bu istiqamətdə artım dəhlizi mövcuddur. Təqdim olunan sənəddə büdcə daxiolmaları üzrə ənənəvi 3 əsas istiqamət, yəni Dövlət Neft Fondundan transferlər, vergi və gömrük xəttləri üzrə yığımlarla bağlı əks olunan rəqəmlər o qənaətə gəlməyə imkan verir ki, ümumilikdə büdcə daxilolmaları ilə bağlı gözləntilər milli iqtisadiyatın strukturuna bütövlükdə adekvatdır. Bununla belə, milli iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər sənədin büdcənin daxilolmalar seqmentində
öz əksini tapmaqdadır. Eyni zamanda fiskal ylğımlarla bağlı mövcud imkanlar onların optimallaşdırılması istiqamətində bir sıra addımların mümkünlüyünü göstərir. Bu addımlar investisiya tutumunun genişləndirilməsinə, milli iqtisadiyyatın real sektorunun inkişafına, idxaldan asılılığın azaldılması və ixracın şaxələndirilməsinə şərait yarada bilər. Burada əlavə investisiya resusrsları mənbəyi kimi Dövlət Neft Fondundan Dövlət Büdcəsinə edilə biləcək əlavə transferlərinin mümkünlüyünü nəzərdən keçirmək olar. Bu məsələnin aktuallığı dünya iqtisadiyyatında müşahidə olunan struktur problemlər fonunda bir qədər də artmaqdadır. Təqdim olunan layihədə insan kapitalı ilə bağlı xərclərin artması effektiv
büdcə siyasətinin təzahürüdür. Belə ki, sosial, elm, təhsil, səhiyyə blokları üzrə artımlar əhalinin sosial rifahının yüksəldilməsi məqsədinə xidmət
etməklə yanaşı, ölkənin daxili bazarında alıcılıq qabiliyyətinin qorunmasına, əmək bazarında kompetensiyaların artmasına, aktiv məşğulluq siyasətinin həyata keçirilməsinə şərait formalaşdırmalıdır".

Büdcə layihəsində iqtisadi fəaliyyət xərclərinin azaldılmasına gəldikdə Elşad Məmmədov bildirib ki, respublikada daxili özəl investisiyalar institutunun inkişafı, monetar siyasətin yumşaldılması investisiya artımının əsas qeneratoru olmalıdır. O halda göstərilən azalmalar makro müstəvidə artıqlaması ilə kompensasiya edilər. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin yerinə yetirilməsi üçün təqribən 4 mlrd. manat vəsaitin nəzərdə tutulması həmin ərazilərin surətli bərpasına, inkişafına və bütövlükdə makroiqtisadi gündəmə müvafiq təkan vermiş olacaq. Büdcə xərcləri ilə bağlı daha bir böyük önəm kəsb edən məsələ müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə gözlənilən artımlardır ki, onların məqsədəuyğunluğu və hətta zəruriliyi, xüsusilə hazırkı beynəlxalq durumu nəzərə aldıqda, şübhə doğurmur.
Aparılmış kompleksli və sistemli təhlillər onu bildirməyə əsas verir ki, təqdim olunan Dövlət Büdcəsi layihəsi milli iqtisadiyyatımızın dayanıqlı
inkişafına xidmət edir və onun müvafiq parametrləri bölgədə və dünyada baş verən trendlərllə əsasən uyğunluq təşkil edir".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri