Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525ci qəzet Paytaxtın təhsil mənzərəsi: ötən ilin diqqətçəkən göstəriciləri

525ci qəzet Paytaxtın təhsil mənzərəsi: ötən ilin diqqətçəkən göstəriciləri

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilən səmərəli təhsil mühitinin formalaşmasına nail olmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması, məktəb-icma münasibətlərinin genişləndirilməsi və digər istiqamətlərin hər biri diqqətdə saxlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, İdarənin tabeliyində 694 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 511391 şagirdin təlim-tərbiyəsi ilə 30110 müəllim məşğul olur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 41176, IX siniflərində 45859, XI siniflərində 32841, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 148 nəfər təhsil alır.

Ötən il BŞTİ-nin tabeliyindəki 341 məktəbəqədər təhsil müəssisəsinə 36006 uşaq cəlb olunub. Həmçinin təqvim ilində paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Belə ki, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və Alim Məmmədov adına) əsaslı təmirdən sonra istifadəyə verilib. Həmçinin 3 yeni məktəbəqədər təhsil müəssisəsi (347, 348 və 349) fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri aparılıb.

BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsində 1048 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 22698 uşaq cəlb olunub. 47 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb. Təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47170 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Məlumata görə, Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilib. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçiriblər.

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 67 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 16 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb. Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IX Respublika Fənn Müsabiqələri keçirilib. Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə keçirilən müsabiqələrin final mərhələsinin nəticələrinə əsasən, 35 nəfər qalib olub. Qalib şagirdlərdən 10 nəfər qızıl, 8 nəfər gümüş, 17 nəfər isə bürünc medala layiq görülüb.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini ötən il 52 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 37-si qızıl, 15-i gümüş nişana layiq görülüb.

İdarədən bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 3320 nəfər fərqlənmə attestatı ilə başa vurub. Onlardan 1383 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 1937 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb: "BŞTİ-nin tabeliyindəki 196 təhsil müəssisəsində təşkil edilən 836 təmayül sinifdə 17424 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır. İcma əsaslı məktəbəqədər təhsil qruplarına 834 uşaq cəlb olunub. BŞTİ-nin tabeliyindəki 18 ümumi təhsil məktəbində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi həyata keçirilir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 834 uşaq cəlb olunub. Bakı şəhəri üzrə ümumilikdə 175 şagird inklüziv təhsilə cəlb edilib.

Məlumata görə, 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2533 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində təqvim ili ərzində 2123 nəfər işə qəbul edilib. 1084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 1039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində.

BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" tətbiq olunur. Həmçinin, şagird davranış qaydaları tətbiq olunan 48 məktəbdə keyfiyyət sorğusu aparılıb və sorğuların nəticələrinə əsasən təkliflər hazırlanıb. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində  çevik inspeksiyalar keçirilib. İnspeksiyaların məqsədi ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real   vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir: "BŞTİ-nin tabeliyindəki məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib. Monitorinqlər təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək, məktəbəqədər və məktəbdənkənar təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, qrup və dərnəklərdə şagird davamiyyətinin yoxlanılması, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədlərinə xidmət edib. Ötən ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 14 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Paytaxt məktəblərində təhsil alan 387700 şagird üçün müxtəlif fənlər üzrə monitorinqlər keçirilib. Paytaxtdakı 45 təhsil müəssisəsində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi tətbiq olunur.

BŞTİ tərəfindən təqvim ili ərzində təhsil müəssisələrində 14 layihə həyata keçirilib."Məktəbdə...", "Yaşıl layihə: Təbiəti qoruyanlar", "Ailəm və məktəbim", "7-dən 17-yə vətənpərvər!", "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi", "Dəyərlərimizi qoruyaq!", "Onlayn kitab klubu", "Zərərli vərdişlərə birlikdə yox deyək", "İdmansevərlər", "Ədibin Evi"ndə",  "Valideyn-müəllim-şagird üçbucağı", "Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi", "Məktəblinin yay mütaliəsi" və "Məktəblinin yay istirahəti" adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir".

Vurğulanıb ki,  BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələri arasında 10 müsabiqə və olimpiada təşkil edilib. Paytaxt məktəbləri arasında keçirilən III Bakı Elm Olimpiadası, "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" mövzusunda təqdimat müsabiqəsi, "Gənc hüquq müdafiəçiləri", "Düşünən şagird", "Sağlam təhsil mühiti - kreativ yanaşmalar", "Məktəb virtual məkanda" müsabiqələri,  "Şahin" hərbi-idman oyunu, "Böyük qayıdışın başlanğıcı" adlı hərbi bilik yarışı, "Gənc xilasedici və yanğınsöndürən" XI Ümumrespublika yarışı, "Fövqəladə hallar uşaqların gözü ilə" XlI respublika uşaq yaradıcılıq müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Zəfər" respublika yaradıcılıq festival-müsabiqəsi, "Məktəblilərin respublika çempionatı", İqtisadiyyat müsabiqəsi, "Sabahın alimləri", "Ən yaxşı təqdimat", Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, "Qərbi Azərbaycana qayıdış", Lütfi Zadə adına Məntiq Olimpiadası,  "Bilbacar" müsabiqəsi fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar. 

BŞTİ-nin tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir. Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 6043 sinif üzrə 168530 şagirdi əhatə edir. Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında 64 şagird fərqlənib.

İl ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən "Kiçik Akademiya"lara 17000-dən artıq şagird cəlb olunub, 2000-dən artıq tədbir keçirilib. Paytaxtın inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə "Kiçik Akademiya"ların hesabat konfransları keçirilib. Qeyd edək ki, "Kiçik Akademiya"ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri