Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

525ci qəzet Peşman olmayacağım bir gün üçün... Rəvan Cavid yazır

525ci qəzet Peşman olmayacağım bir gün üçün... Rəvan Cavid yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Rəvan CAVİD

Həmişə düşünmüşəm ki, hətta gəncliyimin hələ başı dumanlı vaxtları olsa da, mən ən xoşbəxt günlərimi keçmişdə yaşamışam. Dostluqların da, sevgilərin də, ayrılıqların da ən gözəli o qədər də uzaq görünməyən keçmişimdə qaldı. Elə bilirəm, əlimi bir azca səadətə tərəf uzatsam, itirdiyim o günlərin hamısını bir cəhddəcə yanıma darta bilərəm. Ancaq qollarımız həmişə ya dualar üçün göylərə, ya da başlanğıclar üçün irəli açılır.

İtirdiyim adamlar, məndən keçib gedən bütün kəslər mənə ağrı verir indi. “Kaş” deməyi o qədər sevməsəm də, hərdən bu xırda, üç hərfli söz bütün əzabların ən yaxşı ekranı olur. Bütün tərəddüdlərim, bütün iztirablarım, sancılarım orada gah ağ-qara, gah da sarı rəngdə gözümün önündən titr sürəti ilə keçib gedir. Nələrisə düzəltməyin nə mənası var, nə də məntiqi sonluğu. Bəlkə də, biz insanlar ona görə tez-tez üzülürük ki, gələcəyimizə müdaxilə etmək haqqı qədər keçmişimizə kiçik redaktələr etmək hüququmuz yoxdu. Tanrı da bizi beləcə “şikəst” qoyub.

Tez-tez özümü retro bir mahnının aid olduğu zamanda tapıram. Dünya qələbəliyə meylləndikcə mən bir küncə sıxışıb inzivaya çəkilirəm. O inzivanın içində on doqquzuncu əsrin hansısa gileyli bəstəkarının barmaqları ağ-qara dillərin üstündə gəzişdikcə mən də xəyalımda İçərişəhərin dar dalanlarında azıb qalıram. Bütün xəyallarımın və xatirələrimin fonunda hüznlü musiqilər axır. O axında mən ilğım kimi süzülən xoşbəxtlikdən hərdən-hərdən pay götürə bilirəm. Çox vaxt isə ovuclarıma yığılan suyun sərtliyinə təslim olub keçmişdən işıq sürəti ilə gələcəyə üzürəm.

Bilmirəm, keçmişim və onun toz tutmaqda olan xatirələri yaxşıdır, yoxsa pis. Bunda bir az da tərəddüdlüyəm. Tərəddüdlərimin səbəbi isə ya hələ də özümü tapmamağım, ya da özümü dəfələrlə itirməyimdi. Bilmirəm... Mətnlərin kölgəsi düşən azyaşlı bir həyatın ruhunu bədəninə geyinmiş tale qurbanlarından milyoncusuyam. Mənimlə bir sırada duranların hamısı uzaqlarda ilişib qalan gözlərində bir balaca da yaş gizlədir. İçlərinə ağlayıb, ciyərlərinə hopmuş tüstüdən palçıq düzəldir, sonra uzun bir ah çəkib o palçıq adamlara ruh üfürürlər. Beləcə, bütün taleyinə qurban seçilmişlər gec-tez ya tanrılaşır, ya da onun balaca bir oyuncağına çevrilir.

Darıxmaq, sonra xatırlamaq, sonra keçmişin içində eşələnmək yazmaq, özünü bütün günahlarında haqlı çıxarmaq cəhdlərini, ifadə etmək məcburiyyətini doğurur. Uğurlu mətnlərin əksəriyyəti, hətta hamısı keçmişə yazılmış mədhiyyələrdir. Gələcək heç vaxt bizi keçmişimiz qədər maraqlandırmır, qayğılandırmır. Biz tək qalanda və bütün səmimiyyətimizlə öz içimizə etdiyimiz bütün etiraflarda xatırladıqlarımız üçün nə qədər əndişəli olduğumuzu pıçıldayırıq. Qoyub gəldiyimiz şeylər on barmağı ilə bizi dartır.

Yadıma gəlir, babamın firuzəyi rəngli muncuqları olan qədimi bir təsbehi vardı. Aramla çevirirdi. Hər muncuq çevirəndə qısa bir əhvalat danışırdı.

Elə bil həyatındakı hər şeyi o təsbehin muncuqlarına yığmışdı, əlində fırladırdı. Babamın danışdığı əhvalatlar hərdən mənə maraqlı gəlmirdi, onda əlində tutduğu, barmaqlarının arasından salladığı təsbehə baxıb mən də öz əhvalatlarımı fikirləşirdim. Özüm üçün bir tale uydurmağa çalışırdım.

Sonralar anladım ki, təsbehə baxıb, təsbeh çevirib tale uyduranda çoxu gerçək olur. Mazoxist kimi ən ağrılı sevincinin xəyalını qurursan, gün gəlir, ağrısından yata bilmirsən. Babanın çətin həyatına heyranlıq duyub özünə də asan olmayan bir həyat arzulayırsan, elə bil Allah eşidir, səni ən dərin çuxura salır, sonra da yağış yağdırır. Yəni onu deyirəm ki, hərdən keçmişin layihəsini özümüz qururuq. Qismət, alın yazısı olur bir təsbeh muncuğu... Allah alnından alıb əlinin içinə qoyur o taleyi də, yazını da. Babam öləndən sonra o təsbeh də itdi-batdı. Elə bil ki, qoca adamın həyatı, bədəni kimi o da bizdən gizləndi, gedib hardasa torpaq altında qaldı. Sapı çürüdü, muncuqları palçığa batdı. Ondan sonra babam xatırlamadı, mən gələcək haqqında nağılvari arzular eşitmədim.

İndi isə xatırlayacağım minlərlə hekayəni don kimi geyindirə biləcəyim onlarla o cür əşyam var. Hərəsinin üzərində ayrı bir əlin hərarəti. Onlarla qoxu, onlarla əl izi, onlarla ayrılıq hekayələri. Bəzisi dostdan, bəzisi bir sevgilidən, bəzisi də elə mənim özümdən təqvimin bir küncündə gizlətdiyim keçmişi saxlayır.

Qədərin ən böyük işgəncəsi isə peşmanlıq duyğusu ilə qucaqlaşanda baş verir. Xatırladıqlarımızdan peşman olanda. Onları bir düymə ilə pozmaq istəyəndə. O hissin verdiyi ağırlıq altında qarışqa kimi əziləndə. Onun ağrılarından başımızı tutub qaçanda. Yenə Bakının küləkli bir küçəsində özümüzü dərvişanə ruhun içində tapanda. Libasımıza bulaşan qəribçiliyin bədənimizə də hopması canımızı sıxanda.

Bir dəfə qəzet köşkünün yanında siqareti həyatdan qənimət bilibçəkən bir kişi dedi: “Peşman olmayacağım bir gün üçün hər şeyi qurban verərəm...”

Kədərlidir. Bütün xislətimizin bircə damla göz yaşı. Peşmanlığın pərən-pərən düşüb zombi kimi adamlara hücüm çəkdiyi bu şəhərin sonu dənizin üstündən sakit-sakit süzən qağayı qanadlarına qədərdi. Orada hər şey öz ritmində rəqs edir. Xoşbəxtlik də, bədbəxtlik də, bunların arasında var-gəl edən qəribə taleyimizin həzin sonlu hekayələri də.

Sonra hər şey təzədən başlayır. Həyatı sevmək istədiyin kimi yaşayırsan. Və Orxan Vəlinin həmin o məşhur şeirinə bənzəyirik hamımız:

Gün olur, alır başımı giderim, 
Denizden yeni çıkmış ağların kokusunda. 
Şu ada senin, bu ada benim, 
Yelkovan kuşlarının peşi sıra. 
Dünyalar vardır, düşünemezsiniz; 
Çiçekler gürültüyle açar; 
Gürültüyle çıkar duman topraktan. 
Hele martılar, hele martılar, 
Her bir tüylerinde ayrı telaş!.. 
Gün olur, başıma kadar mavi; 
Gün olur başıma kadar güneş; 
Gün olur, deli gibi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri