Icma.az
close
up
RU
525ci qəzet Yuxarıdakılar, aşağıdakılar və yıxılanlar Rəvan Cavid yazır

525ci qəzet Yuxarıdakılar, aşağıdakılar və yıxılanlar Rəvan Cavid yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəvan CAVİD

Antik Yunan fəlsəfəsində insanın nə olduğuna dair düşüncələr çox vaxt "Özünü bil" əmri ilə başlanır. Bu ifadə günümüzdə də insan təbiətinə dair fəlsəfi müzakirələrdə öz əhəmiyyətini qorumağa davam edir. İnsan haqqında aparılan fəlsəfi müzakirələr, həmçinin insan və insan həyatı ilə bağlı olan filmlərdə də əks olunur. Bu çərçivədə ispan rejissoru Qalder Qaztelu-Urrutianın "Platforma" ("The Platform"/2019) filmi insanın kim olduğuna və kim ola biləcəyinə dair fikirlər ətrafında pessimist insan obrazlarını əks etdirərək, fəlsəfi potensialı diqqətə çarpan bir əsər olaraq ön plana çıxır. İnsan təbiətinin mahiyyətinə dair orta əsrlərin mühüm fəlsəfi arqumenti olan "insan insanın qurduqdur" fikrini sinematik imkanlarla konkretləşdirən "Platforma"nı ingilis filosof Tomas Hobbein "təbii vəziyyət" və "ictimai müqavilə" anlayışları kontekstində təhlil edə bilərik.

Hobbesin "insan insanın qurdudur" fikri qurd və insan müqayisəsində insanların düşünə bilmə qabiliyyətləri, gələcək qorxuları və hökmranlıq uğrunda mübarizə aparmaları kimi xüsusiyyətləri ilə heyvanlardan daha təhlükəli olmalarını diqqətə çatdırır. İnsanlar əldə etdikləri ilə kifayətlənməyərək, yeni mənbələr və qənimətlər əldə etmək üçün sonu olmayan cəhdlərə girərkən, yırtıcı heyvanlar qarınlarını doyurduqdan sonra vaxtlarını əsasən yataraq keçirirlər. Bu səbəblərdən dolayı, insanlar arasında özlərindən məmnun olanlar belə, digər insanlardan gələ biləcək təhlükələrə qarşı mübarizə aparmaqdan başqa bir yol tapa bilməzlər. Aydın şəkildə insana pessimist bir perspektivlə baxan və insanın çətin təbiətinə vurğu edən "insan insanın qurduqdur" düşüncəsi ümumiyyətlə insanın neqativ təbiətini göstərmək üçün istifadə olunur. İnsanın sadəcə yaxşı və ya sadəcə pis olmadığını irəli sürən Hobbes "insan insanın Tanrısıdır" sözünün vətəndaşlar üçün, "insan insanın qurduqdur" sözünün isə dövlətlər arasındakı münasibətlər üçün doğru olduğunu bildirir. Hobbesin insan paradiqması, eqoist və mənfəətpərəst insanların təbii vəziyyətdə arzuları səbəbilə bir-biriləriylə mübarizə edəcəkləri gümanına əsaslanır. O, cəmiyyətdəki "ictimai müqavilələri", "hər kəs hər kəsə qarşı" olan müharibə vəziyyətini, etibar, sabitlik və insanların arzularının məhdudlaşdırılmasını təmin etmək üçün güclü bir dövlət və ya qurum təklifi ilə həll etməyə çalışır. Hobbesin insan və cəmiyyət anlayışı, güclü dövlət mexanizmasının mövcudluğunu və insanlar üzərində mütləq bir gücün hakimiyyətini vacib hesab edir.

Tomas Hobbesin çəkdiyi insan mənzərəsi əsasən siyasi quruluşla əlaqəlidir və yazdığı "Leviafan" ("Əjdəha") əsərinin ana mövzusudur. Bu mənada təbii vəziyyətdə cəmiyyət köklü şəkildə alt-üst olmuşdur, çünki davamlı bir müharibə vəziyyəti mövcuddur. "İnsanlar təbiətcə acgöz olduqlarından sadəcə öz mənafelərini güdürlər" yazan Hobbes, "Hər insan özünün yaxşı olduğunu düşünür və pis olandan, ən çox da ölümdən qaçmaq üçün hər şeyə əl ata bilər. Bu, bizim üçün bir məcburiyyətdir..." deyir. Hobbesin antropoloji təbii vəziyyət təsviri hər kəsin hər kəsə qarşı müharibəsinə diqqət çəkərək, hər kəsin rifahı üçün bir güc monopoliyası ilə xaosu sona çatdırmağı vəd edir. Bu mənada "Leviafan" əsəri sadəcə praqmatik səbəblərə fokuslanır və dövlətin varlığını bu rakursda izah edir. O, düşünmə qabiliyyətinə sahib insanların gələcək qorxusu ilə yaşadıqlarını, nəticədə də gələcəkdə əllərində olanların tükənəcəyindən qorxduqlarını və bunun onları heyvanlardan daha təhlükəli birinə çevirdiyini qeyd edir. Bu səbəblə insanların qorxu instinkini əlində saxlayan güclü bir hakimiyyət tərəfindən nəzarət altında olmasını vacib hesab edir.

"Platforma" filmi Tomas Hobbesin "təbii vəziyyət" nəzəriyyəsi ilə oxşar şəkildə insan təbiətinə əsaslanan pessimist bir yanaşmanı ekranlaşdırır. Filmdə aclıq qorxusu ilə ehtiyaclarından daha çoxunu istehlak edən və həmrəylik yerinə bir-biriləri ilə vəhşi bir rəqabətə girən insan portretləri çəkilir. Filmin açılışındakı mətbəx səhnəsindən dərhal sonra səsləndirilən "Üç növ insan var: yuxarıdakılar, aşağıdakılar və yıxılanlar" sözləri insanlar arasındakı iyerarxik əlaqələri izah edir. Bu sözlər həm də filmin əsas mesajını əks etdirir. Hər kəsin 30 günlük müddətdə saxlanıldığı mərtəbələrdə, alt mərtəbələrə endikcə yemək çatışmazlığı səbəbi ilə intiharların və ya bir-birini öldürüb yeyən insanların sayı artır. Əslində, hər kəsə bəs edəcək qədər yemək hazırlanır, hətta hər kəsin ən sevdiyi yeməklər menyuya daxil edilir. Buna baxmayaraq, yuxarıdakılar yedikləri yeməkləri talan edir və kirlədirlər. Yuxarıdan aşağıya doğru enən platformadakı yeməklər insanların acgözlülüyünə görə aşağı endikcə tükənir. Həmrəylik və paylaşma yerinə rəqabəti seçən insanlar bir çoxunun aclıqdan ölməsinə səbəb olur. Yuxarıdakılar aşağıdakılara fikir vermir, empatiya qurmurlar. Filmdəki insanlar arasındakı əlaqələr, aclıq qorxusu, acgözlülük və spontan həmrəylik yerinə rəqabətin hökm sürməsi Tomas Hobbesin "təbii vəziyyət" nəzəriyyəsində təsvir etdiyi insan modelini xatırladır. Yeməklərin paylanması üçün funksionallıq göstərən platforma insanların bir-birinə qarşı qurdlaşmalarının simvoluna çevrilir.

Thomas Hobbesin "təbii vəziyyət" və "ictimai müqavilə" nəzəriyyələrində təsvir etdiyi insan modellərinə və ümumiyyətlə insan fəlsəfəsinə dayanan "Platforma" filmi bir az da gələcəyin çöküşünü göstərən pessimist filmdir. Bir çox aspektdən Hobbesin təsvir etdiyi insan modeli ilə uyğun xarakterlərə yer verilən film insanlığın xilas olması üçün bəslənən ümidləri tamamilə rədd etməsə də, ortaya qoyulan problemlər və obrazlar insanların dəyişməsinin mümkünsüzlüyünü vurğulayır. Bu baxımdan bir-birinin qurdu olaraq təsvir edilən və daim bir-biriləri ilə müharibə edən insanların xilas olması utopik ideal düşüncədən başqa bir şey deyil. Məhz buna görə, filmdə iyrənc şərtləri dəyişdirmək üçün riskə atılaraq böyük itkilər tələb edən mübarizəyə girişən Qorenq obrazının səyi konkret nəticələr doğurmur. Bir ölçüdə cəmiyyətdən təcrid olunmuş insanların müəyyən qaydalar çərçivəsində "sonsuz azadlığa" sahib olduqları mühitdə belə mahiyyət etibari ilə həyatda qalmaq uğrunda bir-birini amansızca öldürə biləcək həddə çatacaqlarını hər saniyə izləyiciyə çatdıran film əbədi bir müharibəyə işıq tutur, əslində. Bu müharibənin adını da veriblər: "Aclıq oyunları". Filmdəki istisna müsbət xarakterlər olan Qorenq və Baharat da daxil olduqları şərtlər səbəbindən bir çox insanı öldürür və onlar da aclıq şəraitində insan əti yeyə bilirlər. Bu baxımdan film, insanların fövqəladə şərtlərdə Hobbesin "təbii vəziyyət"indəki insan modelinə uyğun davranışlar göstərdiklərini açıq şəkildə təsvir edir. Digər tərəfdən, insanın dəyişə biləcəyinə və dolayısıyla həyatın ədalətli bir paylaşma yönündə dəyişdirilə biləcəyinə dair düşüncələr romantik qəhrəmanlara aid xəyallar kimi təsvir edilir. İnsanların mahiyyət etibari ilə pis olduqları fikri filmdə rasional arqumentlər çərçivəsində irəli sürülür. Bu vəziyyət insanların təbii quruluşları səbəbindən rəqabətçi, aqressiv və yırtıcı olduqlarına dair iddiaları konkretləşdirərək onlara bir-biriləri ilə sonsuz mübarizə aparmaq və bir-birilərini istismar etməkdən başqa heç bir gələcək fikri irəli sürmür. Film insanlığın gələcəyinə dair ümidləri tamamilə yox etməsə də, insan təbiəti ilə bağlı fikirləri, ümumiyyətlə, mənfi xəttə endirir. Filmin ilk səhnələrindən birində "Üç növ insan var: yuxarıdakılar, aşağıdakılar və yıxılanlar" şəklində ifadə edilən düşüncə filmin sonunda təsdiqlənir. Ekran işinin hər saniyəsində bizə təlqin edilən bu mesaj açıq şəkildə göstərir ki, insanlar arasında rəqabət qaçılmazdır. Bu fəlsəfə bəlkə də yaxşı heç nə vəd etmir. Amma mən yenə də şərqlilərin məhz bu mövzuda insan mahiyyətini daha doğru açıqladıqlarını düşünürəm: Pis və yaxşı insan yoxdur, pis və yaxşı hadisələr var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri