525ci qəzet Qazaxıstan və Azərbaycan ombudsmanları Aktaudakı təyyarə qəzası ilə bağlı ortaq işçi qrup yaradıb
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktau şəhərində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan və Qazaxıstan ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.
525.az xəbər verir ki, bununla bağlı Ombudsman Səbinə Əliyeva qazaxıstanlı həmkarı Artur Lastayev ilə əlaqə saxlayıb.
S.Əliyeva Artur Lastayevdən “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
Qeyd edilib ki, yaradılan işçi qrup birbaşa fasiləsiz təmasın təmin edilməsi, zəruri məlumatların bölüşülməsi ilə məşğul olur.
Bildirilib ki, hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















