525ci qəzet Qazaxıstanın Manqistau Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın Manqistau Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasından 525.az-a bildirilib ki, guşədə Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, bölgələrini, turizm potensialını əks etdirən 350 kitab sərgilənir və yaxın günlərdə təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən dəstəyə görə Manqistau vilayətinin qubernatoru-akimi Nurdaulet Kilıbaya, şəhər akimi Abilkair Baypakova, Azərbaycan Milli Elmlər Akademiyasına, AMEA Mərkəzi Elmi Kitabxanasına və vilayət kitabxanasının rəhbərliyinə, tələbələrə, azərbaycanlı iş adamlarına, icma fəallarına minnətdarlığını bildirib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















