Icma.az
close
up
RU
525ci qəzet Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut kəndi haqda nə bilirik?

525ci qəzet Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut kəndi haqda nə bilirik?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Coğrafi relyefindən irəli gələrək Arçut kəndində "Dərə və çay" sivilizasiyası mövcud olub. Dərəboyu yerləşən komlar, daxmalar bunu deməyə əsas verir. Çay, dərə və ağac kəndin toponiminin ("topos" - yunanca yer) formalaşmasında bir məkan və vasitə kimi mühüm rol oynayıb. Bu aspektdə onu da vurğulamaq yerinə düşər ki, Arçut kəndində iki köhnə qəbiristanlıq çaya yaxındır. İlk sivilizasiyalarda, onun formalarında adətən qəbiristanlıq yaşayış məskənlərinə yaxın olur. Ardıcdakı ilk yaşayış məskənləri də qəbiristanlıqla çay arasındakı dərə boyu uzanıb. Məscid də çaya yaxın olub. Bu da onu deməyə əsas verir ki, Çay ətrafı yaşayış məskənləri Ardıc sivilizasiyasının əsaslarını özündə əks etdirir. Kəndin adının meydana gəlməsi əsaslarını özündə ehtiva edir. Məscidin yanı sonralar kəndin mərkəzi hissəsindən biri hesab olunub. Kənd getdikcə ətraflara doğru böyüyüb. Kənddəki elementlər - çay və meşə predmetləri, kəndin toponiminin (hidronim və drinonimin birləşməsi) formalaşmasında mühüm rol oynayıb.            

Arçut adının kökündəki "Arça" sözü leksik baxımdan türk xalqlarının dilində həmin sözlə eyni məna kəsb edərək, sinonim söz kimi istifadə olunan "Ardıc ağacı" deməkdir. "Ut" isə müstəqil məna kəsb edən Yurd, yaxud da Rut(d)-farsca-çay, sözlərinin Arça sözünə birləşməsindən yaranan şəkilçi, məkan şəkilçisi rolunu ifadə edir. Yurt, yaxud da rut isimi Arça üçün sözdüzəldən leksik şəkilçiyə dönüb. Bu baxımdan da qeyd etmək yerinə düşər ki, Arçut sözü tam leksik mənası və mənşəyi ilə Arçarut (Ardıc çayı), yaxud da Arçayurt (Ardıc ağaclarının məskəni, Ardıc meşəsi) deməkdir. Mürəkkəb sözlərdir. Söz birləşmələridir.

Hal-hazırda Arçut müstəqil və sadə isim (isimdən düzələn isim) kimi ifadə olunur.

Məlumdur ki, hər bir məhlənin, kəndin, qəsəbənin, şəhərin, bölgənin, zonanın, ərazinin, çayın, gölün, dəniz və okeanların, eləcə də  ölkənin adının, ümumiyyətlə, bütün toponimlərin (yer və onun adının)  leksik mənası, yəni ilkin ifadə, kök və söykənəcək mənası, məzmunu  həmin məskənin coğrafi şəraitinə, coğrafi varlığına, coğrafi xüsusiyyətlərinə, iqlim şərtlərinə və subyektlərə, obyektlərə  söykənir. Xalqın, şəxsin, nəslin, tayfanın, fərdin adı ilə də toponim meydana gəlir. Ad ada şərt olur, səbəb verir. Məsələn, Arçutda "Məşədilərin yurdu (binəsi)", "Qolgödəyin yalı" və s. şəklində adlanan toponimlər, söz birləşmələri mövcuddur. Eləcə də toponim adlar təbiət hadisələri ilə, həmçinin cəmiyyətdə baş vermiş hadisələrlə də əlaqələndirilir.  Məsələn, Arçuta yaxın ərazidə "Hüseyn ölən qılıc", kəndin yaylağında "Hənfətoylan" deyilən toponim var. Həyatda mübariz olan, şücaət göstərən, qəhrəmanlıq edən, mühüm xidmətləri olan şəxslərin, o cümlədən, el-oba rəhbərlərinin, liderlərinin adları da müəyyən məkanlara, obyektlərə həkk olunur. Bu aspektdə bir faktı qeyd edə bilərik ki, Arçutda "Xan Vəlinin çökəyi" deyilən yer var. Şəxsi adlarla bağlı toponimlərə antrotoponim deyilir. Belə faktlar çoxluq təşkil edir. Toponim tarixin müəyyən olunmasında baza elementlər kimi çıxış edir. Leksik məna əsas mənbədir və adın baza xassələrini özündə ifadə edir. Diqqəti tarixə yönəldir, mənsubiyyəti təsdiqlədir. Yaşayış və qeyri-yaşayış məskənlərinin adları yazılı və şifahi olur. Yazılı adlar daha çox inzibati əsaslıdır. Şifahi adlar isə deyimlərdə əks olunur. İnzibati xassə almaya bilər. İnzibati formaya düşmüş adlar yerli xəritələrdə əksini tapa bilir. Hər bir məkana, yaşayış məskəninin ətrafındakı məkanlara (dağlara, yamaclara, bataqlıqlara, çaylara, gölməçələrə, şəlalələrə, düzənliklərə və enişlərə, yoxuşlara, yamaclara və s.) verilən adlar böyük və kiçik xəritələrdə, inzibati dəftərlərdə qeyd olunur. Məsələn, Ardıc çayı rəsmən Arçut çayı kimi regionun topoqrafik xəritəsində var. Pəmbək çayının qolu kimi xəritədə öz əksini tapır. Adlar topoqrafik (kartoqrafik) xəritələrdə (iri miqyasda tərtib olunan coğrafi xəritələrdə), eləcə də ümumcoğrafi xəritələrdə, müxtəlif miqyaslarda əksini tapır. Toponimikaya görə, makrotoponim (böyük coğrafi adlar) və mikrotoponim (kiçik coğrafi adlar) deyilən yanaşmalar var. Xəritələri də bu kimi tiplərə, növlərə ayırmaq olar.

Arçut kəndi Qərbi Azərbaycanda tarixi Pəmbək mahalında yerləşir. 1988-ci ilin dekabr ayının 11-15 aralığına qədər təmiz azərbaycanlıların yaşadığı kənd olub. Kənddə yalnız iki qardaşdan ibarət olan bir erməni tayfası yaşayıb. Onlar da azərbaycanlılara assimilyasiya olublar və Azərbaycan dilində təhsil alıblar, müsəlmançılığı qəbul ediblər. Azərbaycanlıların adət-ənənələri ilə həyat sürüblər. Müsəlman dininin adət-ənənələri ilə yaşayıblar. Onlar da azərbaycanlılar kimi 1988-ci ilin dekabrında kəndi tərk etmək məcburiyyəti ilə üzləşiblər, deportasiyaya məruz qalıblar.

Arçutun tarixi çoxəsrlikdir. İlk məskən haqqında hələlik dəqiq məlumat yoxdur. Geniş araşdırma tələb edir. Lakin tarixdə belə bir fakt var ki, 12-ci Osmanlı Padşahı III Muradın (doğum tarixi 1546; ölüm tarixi 1595) dövründə Loru Bəylərbəyliyi üç sancağa ayrılıb. Pəmbək sancağının kəndlərindən, yaşayış məskənlərindən biri də Güneyli Arçut Yenicə olub. Məlumdur ki, bu dövrə qədər Pəmbək zonası Səfəvilərin nəzarətində olub. 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi ilə Osmanlı imperiyasının tərkibinə daxil olub. Tarixdə o da var ki, 1728-ci ildə Osmanlılar bu dörd vilayəti birləşdirərək Tiflis əyaləti adlandırıblar.

Tiflis əyalətində tərəkəmələrin (qarapapaq türklərinin) yaşadıqları yerlərdən biri də Pəmbək ərazisi idi. Arçutda qarapapaq türklərinin məskunlaşması da adi bir hal idi. Kənd haqqında tarixi faktlar çoxdur. Belə bir statistik məlumat var ki, 1831-ci ildə kənddə 137 nəfər azərbaycanlı yaşayıb. O tarixi faktlar da mövcuddur ki, ermənilər özləri də etiraf edirlər ki, səlcuqların Pəmbək zonasında mövcudluğu orta əsrlərə gedib çıxır. Arçutun yerləşdiyi Pəmbək zonası qarapapaq türklərinin məskunlaşma coğrafiyası ilə də bağlıdır. Tarixdə belə bir qeyd də var ki, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra Gürcüstan və Ermənistan sərhəddi boyunca məskunlaşan             qarapapaqların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç edib. Sonradan öz doğma yurdlarına geri qayıdanlar da olub. Bu tarixi faktlar onu deyir ki, Qarapapaq türklərinin yayıldığı coğrafiyada yerləşən Arçut kəndi bir-birini əvəzləyən köçlə üzləşib. XX əsrin əvvəllərində də kənd kütləvi şəkildə Osmanlı dövlətinin Qars bölgəsinə köç etmişdir və bu gün də kəndin bir qolu Türkiyədə yaşamaqdadır.

Araşdırma nəticəsində məlum olub ki, Arçut və Ardıc adlarında Qafqazda bu kimi yaşayış məskənləri var: Pəmbək Mahalında yerləşən Arçut kəndi; Laçın rayonundakı Arduşlu (Ardıclı) kəndi; Quba rayonunda Ördüc (Ardıc) kəndi; Qusar rayonunda Arçan (Ardıc məkanı) kəndi; Dağıstanda Arçutta (Arçut) kəndi. Türkiyənin Girəsun ilində Ardıç kəndi var. Belə adda daha bir kənd də Tunceli ilinin Pertek ilçəsində də mövcuddur. Sadalanan bu kəndlərin toponimikası ardıc ağacı ilə bağlıdır.

Erməni dilinin ziddiyyəti nədən ibarətdir: Erməni dilində Arçut sözünün kökündəki "Arç" sözü "ayı" mənasını verir. Arçuk isə ayı balasıdır. Lakin "ut" sözü onlarda daha çox səkkiz ədədinə verilən addır. Müstəqil sadə isim kimi səkkiz rəqəmini ifadə edir. Bu da Arçut sözünün mənasının erməni variantında ziddiyyətləri ortaya qoyur. Çaşqınlıq yaradır. Əgər erməni dilində bu, yəni Arçut adı "səkkiz ayı" mənasını ifadə edirsə, onda sözdə ədəd birinci gəlməlidir. "Arçut" sözü "Utarç" yazılmalıdır. Erməni dilində məkanı bildirən sözlər daha çox -kert (Mardakert, Stepanakert və s.), bert (qala, şəhər) sözləridir. Məsələn, Ermənistanın Tavuş vilayətində qala mənasını verən Berd şəhəri var. Şəhərin əvvəli adları mürəkkəb adlar olaraq Tovuz qala, Tovuz kənd, Qalakənd olub.

Əlavə olaraq qeyd etmək yerinə düşər ki, erməni dilinin sözdüzəldici şəkilçiləri arasında "ut" şəkilçisinə rast gəlinmir.

Pəmbək mahalındakı Arçut sakinləri öz kəndlərinə tələffüz zamanı yumşaldıcı şəkildə Arçud, yaxud da Arcut da deyirdilər.

Elşən NƏSİBOV
Qərbi Azərbaycan İcmasının üzvü. "ARDIC" Hərəkatının təsisçisi və məsul katibi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri