Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Qulu Ağsəsin şeirləri: fərqli bir poeziya Vaqif Yusifli yazır

525ci qəzet Qulu Ağsəsin şeirləri: fərqli bir poeziya Vaqif Yusifli yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru

Qulu Ağsəsin şeirləri mətbuatda ilk dəfə görünəndən bu günə qədər məndə fərqli bir təəssürat oyatmaqdadır. Onu bir şair, şeirlərini də başqalarının şeirlərindən fərqləndirən nədir? Qulu heca şeirinin, sərbəstin özəlliklərinə yaxşı bələddir, bədii təsvir ustalığı da diqqəti cəlb edir, bu gün oxucuları maraqlandıran mövzuları onun şeirlərində izləyə bilərik. Amma Qulu Ağsəsin şeirləri, bu şeirlərdəki fərqli mənzərə məni həmin ifadəni söyləməyə vadar etdi. Qulu Ağsəsin "Görsən üşüyürsən" ("Təhsil" nəşriyyatı) kitabındakı şeirlərin əksəriyyətini mətbuatdan oxumuşdum. Amma şeir kitabı bir şairin portretini canlandırmaq üçün ən uyğun vasitədir, necə ki, klassik divan ədəbiyyatı sənə müfəssəl söz söyləməyə imkan verir.

Qulu Ağsəs bir şair kimi heç də ədəbi tənqidçilərin və digər yazarların diqqətindən yayınmır. Kəmalə Umudovanın elmi araşdırmasını, Təranə Dəmirin kitabını və Lütviyyə Əsgərzadənin çox sanbalı bir ədəbi portretini oxumuşam, bu müəlliflərin hər biri Qulu Ağsəsin şeirlərinə müasir poeziyamızın uğurları kimi yanaşıblar.

Qulu Ağsəsin fərqli bir poeziya yaratmasını izah etməyə çalışacağam. İlk növbədə onu qeyd edim ki, Qulunun əksər şeirlərində sərbəst improvizasiya məkanı çox genişdir. Elə düşünülməsin ki, Qulu Ağsəs hər şeydən yazır, əlbəttə, yanlış olar belə düşünmək. Onun fərdi, subyektiv düşüncəsi dinamikdir, daim hərəkətdədir. Qulu hüznlü bir ovqatda Ağdamı, Şuşanı yad edir, Qarabağ müharibəsində itkin düşən bir dostunun ölümündən kədərlənir, "güzgü qabağında ağlayan gözəlliyin" boyasını rəsm edir, "hara baxıram, şairlər" deyib, "mikrafon önündə kəllə atan" şairlərin ŞEİRSİZ ömrünü təsvir edir, sevgi şeirlərində təzadlı aşırımlardan keçir, "səni Qulu kimi sevsəm, bəsindi" deyir, hətta bizim eranın sonuna qədər "yol gedir", lap Allahın işinə də əl uzadır ("Yaxşı günün əgər busa, Yaman günü göstər bizə").

İşğal dövründə Qarabağa, Ağdama, Şuşaya həsr etdiyi şeirlərə gəlincə... Mən bu mövzuda yazılan əksər şeirləri oxumuşam, bir çoxu şikəstə əhval-ruhiyyəli, ümidsizlik motivləri üzərində qurulub, bir çoxu isə inam, qələbə ruhu üstündə. Bir-birini təkrar edən motivlər də var, əsl poetik axtarışların bəhrəsi olan şeirlər də. Qulu Ağsəsin işğal illərində yazdığı şeirlər isə iki mənada mənim üçün maraqlıdır, birincisi, kədərin poetik rənglərini rəsm edir, burada hər söz, hər ifadə, hər misra sərrastlığı ilə seçilir. Məsələn, Şuşaya və Ağdama həsr etdiyi şeirlərdə qədimliklə müasir dövrün cizgiləri fonunda Şuşanın da, Ağdamın da mənzərəsi canlanır:

Dünyanı bazara çıxaran,

dünya bazarında satılan

Şəhərim!

Yuxarı başına keçən kafirə

yuxarıdan aşağı baxan,

Allahdan da çəkinməyən,

Bircə əsarətdən qorxan!

Son nəfəsəcən döyüşdün,

Son nəfərəcən şəhid oldun..

Ağam şəhərim!..

Adam şəhərim!..

Ağdam şəhərim!..

Şükür külünə,

Şükür qayıdış gününə!

Müharibənin doğurduğu fəlakətlər Qulunun öz içindən keçir. Rza Diqqətinin fotolarından birinə baxır. "Məscid minbərdən, kəhriz çinardan, qəbir başdaşından hündürdü" görüntüsü o rəsmdə həkk olunub. Amma:

Hə, bir də

mat qaldım hər şeyə:

oranın quşları

adam kimi danışır,

adamları

quş kimi oxuyur deyə...

Qulu Ağsəsin fərqli poeziyasının ikinci əlaməti minillik Azərbaycan şeirinin ənənələri ilə bağlıdır. Sözlərin, ifadələrin öz adiliyindən "sıçrayıb" poetik məna axınına cəlb olunması, bədii təsvir vasitə və üsullarının təzəliyi (ilk dəfə Qulunun şeirlərində işlənməsi), şeir mətninə xalq dilindən, el danışıq tərzindən gələn ab-havanı gətirmək... Qulu Ağsəsin şeirlərində bütün bu poetik vasitələr özünəməxsus şəkildə yenidən canlanır.

Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən, yandır özünü.

Şeirdə qaranlıq, axşam-səhər-Günəş təzadları fonunda aləmin sanki Günəşsizləşdiyi, qaranlığın-axşamın Günəşi və onun körpəsi səhəri qəhr etdiyi ("Təzədən qaramat basar dünyanı") sonda qəfil bir ümid qığılcımı parlayır: "Görsən üşüyürsən, yandır özünü".

Ümumiyyətlə, Qulu Ağsəsin şeirlərində təşbih və metaforaların orijinallığı şəxsən məndə heç bir təəccüb doğurmur, çünki onun "təbi-rəvan"ı axtarış üzərində köklənib.

Əkinçinin

havaya atdığı

bir ovuc toxumdu ulduzlar -

bar vermədiyindən qızarar.

...Şeir sirdi, Adam,

Sirri bağırmazlar -

Ulduzlardan utan.

"Dan yeri - gecənin göydə od tutan bağrıdı", "Başının ağrısı alnında şırım açan kotandandı, köçəri quşlara vətən - dəndi", "Başına axşam düşüb Günəşin - üfüqlər qanını yalayır", "Dördmərtəbəli binamız bayatıya oxşayır" və sair misallar Qulunun şeirlərində təşbih və metafora incəliklərindən sayıla bilər.

"Gəl təzədən yaşayaq şeiri, Gəl təzədən yazaq sevgini" - bu misralar Qulu Ağsəsin poetik andıdımı? Belə andı içmək sözdə asandı, amma Qulu çətinliyi asan etməyə can atan şairlərdəndi.

Qulu Ağsəsin şeirləri təmtəraqdan, misralarına gül ləçəkləri hopan "üstü bəzək" epitetlərdən uzaqdır. Təkcə ona görə ki, Qulu onu düşündürən nə varsa, təbii şəkildə ifadə edir. Təbiiliyin də şeiriyyəti var. "Qarabağ şikəstəsi" şeirində Qulu "balamın canına, atamın goruna, işğal gününə" and içir ki, "səni çox sevdiyimdən şeir yazmadım şəninə", "dedim birdən şeirim peşəkar ovçunun öz adaxlısını gülləylə vurub qaçırmağına bənzəyər".

Qulunun şeirlərinin bir fərqli xüsusiyyəti də onun deyim tərzi və intonasiyası ilə bağlıdır. Bu intonasiyanı şairin hər hansı hadisəyə özünün reaksiyası və birbaşa müdaxiləsi şəklində görürük. Qulu haqqında söz açdığı hər nəsnəyə, hadisəyə, reaksiyasız keçinmir, MƏN Qulunun bədii düşüncəsində sanki bir dirijor rolunu ifa edir. Kimsə Quluya məktub göndərir ki: "Ölürəm". O, nə desə yaxşıdır?

Nə yaxşı, sevgidən ölən hələ var.

...Cavab axtarıram nə vaxtdı sənə.

Cavab məktubumda sözlər baş-ayaq,

Bir ucdan yazılır, pozulur elə.

Qorxuram öləsən, sevgin yaşaya,

Qorxuram qalasan, məhəbbət ölə.

Qulunun çoxdan yazdığı "Sənsən hər yer" adında bir şeiri var və mən o şeirə təkcə heca şeirinin incəliklərini özündə əks etdirən bir şeir kimi baxmıram, həm də olum və ölümlə bağlı həyat fəlsəfəsini ifadə edən şeir kimi də baxıram. İnsan bütün ləyaqəti, mənəvi gücü və günahları ilə Allah qarşısındadır. İnsan nə qədər ləyaqət, mənəvi qüdrət sahibi olsa da, günahlardan da xali deyil. Və Allahın böyüklüyünü dərk etməklə öz kimliyini də dərk edə bilərsən... Bu fikir bizim poeziyada heç də az səslənməyib. Qulu bəlkə bu fikrin son akkordlarından birini səsləndirib:

Çoxdandı ki, içimdə bir

yalvarış dolaşmada: -

Gedib tövbə eləməyə

mənə yer ver, İlahi,

Elə yer ki, baxıb görüm

Sənsən hər yer, İlahi!

Ümumiyyətlə, Qulu Ağsəsin şeirlərində Allahla bağlı, ona müraciətlə səslənən şeirlər və ayrı-ayrı şeirlərdə zikr olunan misralar, bəndlər az deyil. Bir Allah bəndəsinin - Qulu Ağsəsin Allahla "dil tapması" bir xilqətin Xaliqə yalvarışı deyil, sufi düşüncəsindən doğan reallıqdır.

Şeirlərində Allaha üz tutan, dərdini o Aliqədrlə bölüşən, "sənsən hər yer" deyən Qulu Ağsəs tale-ömür yolunda da öz Allahından ayrılmazdır.

Qulu Ağsəsin şeirlərində, öncə qeyd etdiyim kimi, MƏN-ŞAİR obrazı kifayət qədər önəmlidir. Ancaq bu, özünü ifrat nağıllandırmağa gətirib çıxarmır, çünki "nağıl da yalanmış, nağılçılar da". Bir şeirində Qulu çəkdiyi dərdlərin sorğu-sualını aparır, bir gün bu dərdlərin "sərgisi" açılacaq deyir. Başqa bir şeirində ürəyinin qara qutu olmağından söz açır. Ölümdən danışır: "Ölmədim, ölüm deyilən Tələdən qurtarmadım". Yaxud: "Haradı dünyanın əvvəli, axırı?! Azanda bir dostu köməyə çağırım".

Qulunun bir şeiri də var ki, o şeir mənim xətrimə dəyir. Həmin şeirində deyir ki:

Anama: "Sevin!" dedilər,

"Bu, oğlun, evin!" dedilər,

Mən doğulan gün dedilər

Aprelin 20-sinə.

...İstədim öləm, qoymadı,

Lap nahaq yerə qoymadı,

Tanrım bir daşı qıymadı,

Aprelin 20-sinə.

Başa düşürəm ki, Qulu Ağsəs bu şeirdə öz taleyi ilə bağlı nigaranlığını ifadə edib. Amma niyə bəyənmirəm bu şeiri və niyə xətrimə dəyir? Məsələ burasındadır ki, mən də 20 apreldə doğulmuşam. Təkcə mən yox, Nəsibə Zeynalova, Çingiz Hüseynov, Məmməd Rahim, Bədirxan Əhmədli, Zemfira Nərimanova, Aybəniz Kəngərli, Şahbaz Şamıoğlu və bu məqamda adlarını daha neçə-neçə tanınmış sima da. Əlbəttə, mən Qulunun doğulduğu o günü alqışlayıram. O gün Ağdamda Qulu adlı, gələcəyin istedadlı bir şairi dünyaya göz açdı. Alqış o günə!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri