Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Qulu Ağsəsin labirintləri Pərvanə BAYRAMQIZI yazır

Qulu Ağsəsin labirintləri Pərvanə BAYRAMQIZI yazır

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Canım Vətən,
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin?
 “Ağdam” şeirini yazan şairin Vətənə bu cür sual verməsi risklidir. 

Vətən dil açsaydı cavabı sualında verərdi: – bəs şumlanan Ağdama tökülən nə idi? 

Şair eyhamı anlayardı; ədəbiyyat zəmisini suvarmaqda təkcə sudan istifadə etmirlər. Yoxsa bayraqlar bayraq olmazdı...

Görəsən, Vətən “gözünü yumub ağzını açsa, “yorğunam” desə, Qulu Ağsəs neynəyəcək? Bildim. O, qırx dörd günün ruh yüksəkliyindən aldığı cəsarətlə verib sualı.  

Şeirin yayıldığı günlər şairə unudulmaz, gözəl hisslər yaşatdı. Buna hamımız şahid olduq. Qələbə sevinci bir azərbaycanlı kimi, şeirin dillər əzbəri olması isə şair kimi onu riqqətə gətirməyə bilməzdi. “Ağdam” şeirini yazdığı vaxtadək o, poeziya və publisistikadakı yeri, redaktorluq fəaliyyəti ilə Azərbaycanın dəyərinə çevrilə bilmişdi. Yurdu işğaldan azad ediləndən sonra yaratdığı söz xəritəsi ilə də ürəklərdə yerini təzədən rahatladı.  

“Ağdam” şairin adına təxəllüsü “Ağsəs” qədər yaraşdı.

Uşaqlıq yaddaşlı, xatirələr məskənli, yurd həsərtli “Ağ-qara bağ” şeiri Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını xatırladır. Yazılma tarixləri, məkanları fərqli olsa da yaratdıqları təəssürat oxşardır. 

Qulu Ağsəsin yaradıcılığında ağır terminlərə, avropa dillərindən son illərdə dilimizə keçən tələffüzü çətin sözlərə rast gəlinmir. Bir-iki dəfə gözə çarpsa belə bu gec-gec qarşılaşdığımız yaxşı insanların sayını xatırladar. Ana dili onun üslubunda pis insanlar kimidir: dəyişməz və əbədi. Yazdıqlarını oxuduqca düşünürük; ifadələrində qəlizlik olmadığı halda nədir onun yaratdıqllarını mürəkkəbləşdirən? Cavab yubanmır. Yaradıcılığını bu cür ağırlaşdıran səbəbin dərin-fəlsəfi məna yükü olması ağıla tez gəlir. Şeirləri balaca boy-buxunu ilə bütöv bir nəsli idarə edən, hər çətin işin öhdəsindən gəlib gücünü dinməz-söyləməz, öyünmədən nümayiş etdirən insana bənzəyir. Bir misrasını oxuyursan,  düşüncələrin tərpənir: şair burda nə demək istəyib? Həmin misranı təzədən oxuyursan: həə, – deyirsən – nə demək istədiyini anladım. Maraq güc gəldiyindən, ya da bəyəndiyinə görə bir də oxuyanda dodağından “Allah bilir, şair özü burda başqa məqamı nəzərdə tutub” kəlmələri qopur. Belə məqamda şair oxucu üçün sirli görünməyə başlayır.  Qulu Ağsəsin şeirlərinin ədəbi labirint olduğu qənaətindəyəm. Dolaşıq xətlərin arasında seçim etmək çətinləşir. Hansı tərəfinə düşüb harasından çıxacağını düşünürsən. Nə özün yol tapırsan, nə də uzaqdan səni izləyən adam istiqamət verə bilir. Baxırsan-baxırlar, düşünürsən-düşünürlər. Bəlkə də, buna görə onun yaradıcılığından belə çox yazılıb. Hər bir müəllif, hər ədəbiyyatşünas Qulu Ağsəs labirintilərini çözməyə çalışır. Nəyi nə üçün, kim üçün, niyə yazdığını isə təkcə şair özü bilir.  Sadə görünən mürəkkəb şeirlər, düyünlü görünən açıq fikirlər Qulu Ağsəs yaradıcılığında mənaları ilə maraq doğurur. Bir qədər fərqli deyək: Qulu Ağsəsin mətnin(ə)də söz yox,  məna artıqlığı olur. Bəzən bir misrasını deyəndə el arasında tez-tez işlənən hər hansı bir deyimi xatırlayırsan. Yaxud real həyatdakı hansısa bir əlamət onun poetik dilində üstüörtülü şəkildə beyinə elə ötürülür, düşünürük ki, hamımız şeir dilində danışırıq. Onun oxucunu öz poeziyasında həbs etməyi də var. Elə hökm çıxarır, daxili dünyanla şairin dünyası arasında azırsan. İllərdir, özümüz hələ də qərar bilmirik, üşüyəndə ocağımı özümüzümü yandıraq.

Təkcə yaradıcılığından yazılmayıb, onu tanıyanlar şəxsiyyətini söz-söz, fikir-fikir çözməyə çalışıblar.  Sözümü qəribliyə salmayacaqsınızsa deyim ki, qələm dostları Qulu Ağsəsi sözləşdiriblər. Onun şəxsiyyətinin təsvirində kəlmələr usta əlində gilə dönür. Bu tərəfdən yanaşanda şairin xeyli sayda heykəlini görürük. Sanki hər kəs bu qeyri-adi istedad sahibini, yaradıcılığı son dərəcə maraqlı olan şəxsi ayrı-ayrılıqda analiz etməklə onun özündəki mənanı izah etməyə çalışıblar. Bəli, söz kimi, fikir kimi insanın da mənalısı-mənasızı olur. Məncə, Qulu Ağsəsin fərd kimi mənası həm həlim, həm də sərt olmağındadır. Bu iki keyfiyyəti özündə elə daşıyır, biri o birindən çox görünmür. Qoşa gedirlər. Biri digəri lazım olan yerdə özünü ortaya atmır. Hərəsi  öz məqamında üzə çıxır. Ona görə haqqında danışılanda nə “Qulu Ağsəs sərt adamdır”, deyirlir, nə də “fağır adamdır” söyləyirlər. Həlimliyini qabartsaq, dilindən çıxan kəskin sözləri yadımıza düşər,  “sərtdir” desək, dilimiz quruyar. Qulu Ağsəs sözünün yerini-yolunu, hərəkətinin ölçü-biçisini əla bilir. Bu qaydanı bəzən yumorunda pozur. Məsələn, soruşsa “necəsən?” desən ki, “yaxşıyam, hələ ölməmişəm” çəkinmədən: “inşallah o da olar” deyə bilər. Bəzi fikirlərini söyləməkdə sərbəstliyə yol versə də çox vaxt ürəyindəkiləri deməyə xəsislik edir. Bax belədir o. Amma zarafatından incimirik. Niyəsini mən bilmirəm, bəlkə siz biləsiniz. 

Qulu Ağsəs dörd misralıq şeir, beş-altı sözdən ibarət fikir yazıb qələmini dəftərin üstünə qoyub gedir. İndi gəl bu dörd misranın üstünə yüklədiyi mənanı şeirdən ayır görüm necə ayırırsan. Şeirə bir məna verəcəksən, yeddibaşlı əjdaha kimi o yanından yeni bir mənası çıxacaq. Tədqiqatçılara nə var, hərəsi öz interpretasiyasını yazacaq, zülüm oxucunundur. Biri öz halına uyğunlaşdırıb söyləyəndə digəri etiraz edəcək ki, yox, o mənada deməyib. Şairin özündən də soruşmaq olmaz ki, bunu hansı mənada yazmısan. 
Elə şeirləri də var, nə soruşmağa, nə də etiraz etməyə ehtiyac qalmır.

“Köçəri quşlara vətən dəndi” misrası kimi. Atalar sözütək səslənir. Çox yerdə məsəl yerinə işlədirəm. Həqiqət payı danılmazdır. Bəziləri dənlənməyə gedirlər “yel əsib qoz tökülən ölkələrə”. Yerli quşlar onları dimdikləyib yuvadan atanda da “ölməyə vətən yaxşı olur”.

Döşəyin altı kitab,
Kimin yeridi? Sən tap!

Nümunəni tapmaca kimi uşaqlar üçün işləmək olar. Şagirdlər arasında əyləncəli kiçik səhnə hazırlasalar, yəqin ki, kitabdan ayrılmayan uşağın adını söyləyərlər. 

Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim qalmalıydı.

Şair iki məkan göstərib: köşk, siyirmə... fəaliyyətsə oxucuya qalır. Faydalanmaq olar — köşkdən aldığın su ilə son eşqi həb kimi başına çək.

Sözübütövlüyün, doğruluğun ifadəsi:

“Su da atmazdı arxadan...
O qədər dürüst idi”.

Sevginin, bağlılığın qısa-geniş, adi-qeyri-adi izahı:

“O mənim hər şeyimdi,
Mən onun yarısı”

Q.Ağsəs şeirlərini hansı hisslərlə yazırsa, oxucuya o cür də çatdırır. Oxumaqdan zövq aldığımız kimi dinləməkdən də yorulmuruq.
Aprelin iyirmisinə aid şeirini isə altındakı skamyada, varağın bir küncündə oturmadığı vaxtda yazıb. İstəyirəm şairə stul göstərim: – Əyləşib dincinizi alın – deyim:

Gözəl hisslər bəsləyirik,
Üstəlik də baş əyirik.
Biz “Qulu Ağsəs” deyirk
Aprelin iyirmisinə.

Doğulmaq da bir iş imiş...
Yalan demək vərdişimiz.
“Səni leylək gətiribmiş
Aprelin iyirmisinə”

Nə tanrını küsdür, qına,
Nə peşman ol varlığına,
Səksən iki yarlığı al
Aprelin iyirmisinə.

(Şairin öz şeirinə nəzirə)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Aprel 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri