Icma.az
close
up
RU
525ci qəzet İlyas Tapdıq: 90 ilin aynasında Vaqif Yusifli yazır

525ci qəzet İlyas Tapdıq: 90 ilin aynasında Vaqif Yusifli yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru

Ədəbi mühitə, söz aləminə gələn gündən İlyas Tapdıqın adını eşitmiş, şeirlərini oxumuşdum. Sonra özüylə tanış olmuş, poeziya gecələrində, "Natəvan" klubunda keçirilən tədbirlərdə çıxışlarını dinləmişdim.

Bir vaxtlar Azərbaycan televiziyasında xalq ədəbiyyatı, aşıq poeziyası ilə bağlı verilişlərinə də maraqla qulaq asmışdım. Ona görə "maraqla" deyirəm ki, İlyas Tapdıq ədəbiyyata saz-söz mühitindən gəlib. Elə şeirlərində də o saz səsini, o səsin həzinliyini, duruluğunu hiss etmişəm.

İlyas Tapdıq ədəbiyyata əllinci illərdə gəlib və səhv etmirəmsə, ilk şeiri - "Bakının gecəsi" 1953-cü ildə, "Azərbaycan" jurnalında dərc edilib. Deməli, elə bir vaxtda ədəbiyyata gəlib ki, poeziya meydanında Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əhməd Cəmil kimi ustadlar vardı, qırxıncı illərdə yaradıcılığa başlayıb əllinci illərdə artıq bir şair kimi tanınmağa başlayan Bəxtiyar Vahabzadə, Qabil, Hüseyn Arif, Nəbi Xəzri, Əliağa Kürçaylı kimi cavan, istedadlı şairlərin də varlığını unutmaq olmazdı. Belə bir dövrdə tələbə-şair İlyas Tapdıq öz şair fərdiyyətini ortaya qoymalı, tanınmalıydı. O illərdə şeir meydanı indiki kimi belə gur, sıx deyildi. O zaman ustadlara, poeziya korifeylərinə hörmət, məhəbbət və sədaqət vardı, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın bircə xoş sözü o şairin taleyinə az qala hökm kimi yazılırdı. İlyas müəllim əllinci illərdə təhsil aldığı APİ-nin dil və ədəbiyyat fakültəsində keçirilən şeir gecələrini, o gecələrdə S.Vurğunun, M.Hüseynin, S.Rüstəmin, M.İbrahimovun çıxışlarını, cavan şairlərə ustad tövsiyələrini ömrünün ən gözəl xatirələri kimi anırdı. Və o illərdəki canlı, sırf ədəbiyyat, sənət mübahisələri üzərində qurulan ədəbi diskussiyaları da unutmurdu...

İllər keçəcək, İlyas Tapdıq ədəbiyyatda, poeziyada yeni bir ab-havanın yarandığı 60-70-ci illərin, yeni sənət meyarlarının formalaşdığı 80-90-cı illərin canlı, heç zaman unudulmaycaq ədəbi hadisələrinin şahidi olacaq, müstəqillik dövrünün poeziyaya, şairin duyğu və düşüncələrinə, mənəvi aləminə necə təsir etdiyini elə yaradıcılığında hiss edəcəkdi. Onun bu illər ərzində rus dilində də ona yaxın şeir kitabı nəşr ediləcək, tərcümə kitabları da işıq üzü görəcəkdi. Uzun illər (1957-1992) nəşriyyatlarda çalışacaq (redaktor, böyük redaktor, baş redaktor), özünün dediyinə görə müxtəlif müəlliflərin dörd mindən artıq kitabnı redaktə edəcək, çapa hazırlayacaq, istedadlı gənc şairlərə qayğısını əsirgəməyəcək, bəzilərinin "xatalı" şeirlərini "Qlavlit" senzurasının "olmaz!" maneəsindən xilas edəcəkdi. Bir müddət Türkiyədə də işləyib yaşayacaqdı. Beləliklə, yaşa dola-dola gəlib yeni əsri də adlayacaq, ağsaqqal şair kimi tanınacaqdı.

İlyas Tapdıqın poeziyası son yetmiş ilin Azərbaycan şeirinin keçdiyi yolun mənzərəsi barədə müəyyən təsəvvür yaradır. Təkcə uğurları ilə deyil, hətta çətinlikləri ilə birgə. Və bu mənzərədə İlyas Tapdıqın da öz yeri görünür.

İlyas Tapdıqın yaradıcılığında Azərbaycan torpağının, təbiətinin gözəllikləri əks olunub, Azərbaycanla, Xəzərlə, onun nadir təbiətinin nişanələri olan qədim abidələrimitzlə, qalalarımızla bağlı yüzlərlə şeirlər yazıb və indi də yazmaqdadır. O, Gədəbəydə doğulub və sizə də məlumdur ki, Gədəbəy Azərbaycanın nadir təbiət lövhələrini, xalqımızın şanlı keçmişini özündə əks etdirən gözəllikləri ilə məşhurdur. Mənim fikrimcə, İlyas Tapdıqın ən gözəl və deyərdim ki, şah şeiri elə Gədəbəyə həsr olunub. Bəzən olur ki, hansı şairlərinsə Naxçıvana, Lənkərana, Qarabağa, Qubaya, ya Qazaxa həsr edilən şeirlərindən məkan adlarını dəyişəndə, o şeirə heç bir xələl gəlmir, Qubanı Qazaxla, Naxçıvanı Qarabağla əvəz et, mahiyyət dəyişmir, çünki o şeirdə təsvir edilən məkana aid xarakterik, konkret cizgilər yoxdur. Amma İ.Tapdıqın "Gədəbəydədir" şeirini oxuyandan sonra bəzi ümumi cizgilərə baxmayaraq, sənin qarşında yalnız Gədəbəy canlanır. Buyurun, həmin şeirdən bir neçə bəndi xatırladım:

Soruşdun hardanam, Şirin xaloğlu,

Ömrümün binası Gədəbəydədir.

Anamın boynuma dolanan qolu,

Yuxumun laylası Gədəbəydədir.

Daşlardan tökülən gur şəlalələr,

Çəmənə od salan yanan lalələr,

Ayaz gecələrdə düşən jalələr,

Otların sırğası Gədəbəydədir.

Gəzib dolaşanda binələrini,

Əzmə çiyələyin dənələrini,

Dərənin dərini, suyun sərini,

Dağların qocası Gədəbəydədir.

"Dəli Koroğlu"ya çəkilən zillər,

Çeçələ barmaqla vurulan güllər,

Gözəllər eşqinə gözəlləmələr,

"Sarıtel" havası Gədəbəydədir.

Cığırlar yollara calaq-calaqdır,

Çeşmələr çaylara budaq-budaqdır,

Qayalar təpədə daraq-daraqdır,

Koroğlu qalası Gədəbəydədir.

İ.Tapdıqın bu şeiri sanki gözəl bir rəsm əsərini xatırladır və deyim ki, şairin bir çox şeirlərində poeziya ilə rəssamlıq duyğusu birləşir, Azərbaycan torpağının bənzərsiz gözəllikləri barədə əyani təsəvvür yaradır.

Şairlərin adı qarşısında "təbiət şairi", "gözəllik şairi", "sevgi şairi" və s. belə ifadələr işlədilir və əlbəttə, bunu şərti mənada anlamaq lazımdır. O şair ki, təbiəti duyur və bu duyğu şeirdə öz poetik əksini tapırsa,yəni bənzərsiz bədii təsvir vasitələri ilə süslənirsə, əlbəttə, o şairi elə bu mənada təbiət şairi adlandırmaq olar. İ.Tapdıqın bu tipli şeirlərində təkcə təbiətin gözəllikləri vəsf olunmur, həm də təbiətin ağrısı qələmə alınır. Bir ağacın kəsilməyi, ya qocalıb görkəmini, gözəlliyini itirməsi də ağrıdır və bu ağrını İlyas Tapdıq bir çox şeirlərində içindən keçən bir ağrı kimi təsvir edib:

Dayandı boy-boya, çiyin-çiyinə,

Deyildi hər sözü, sirri yollara.

Döndü yolçuların yaşıl evinə,

Düşdü yarpaq-yarpaq ömrü yollara.

Dayanıb daş olduq əli qoynunda

Quruyan ağacın sahibi kimdir?

Çinar torpağında, palıd yurdunda

Ağacı quruyan yollar yetimdir.

Öncə dedim ki, İlyas Tapdıq ədəbiyyata saz-söz mühitindən gəlib. Onun şeirlərində bir çox obrazlar (Dağ, Qaya, Bulaq və s.) var ki, onlardan da biri SAZdır. Deyərdim ki, bu obraz təkcə simvolik məna daşımır, həm də çox canlı İlyas Tapdıqın şeirlərində səslənir. Saz onun şeirlərində Kərəm naləsidir, Qərib səsidir, zərif duyğuların zərif səsidir, yaralı durnanın qərib səsidir, Kərəm yanğısıyla gileylidir. Onun şeirlərində "Göyçə gülü" çiçək-çiçək açılır.

İ.Tapdıq ənənəyə möhkəm bağlı olan və onun təəssübünü çəkən şairlərdəndi (hərçənd, onun sərbəst şeirləri də var) və bu təəssübkeşlik onda öz ifadəsini tapıb ki, qələmə aldığı qoşma və gəraylılarında, heca vəznli digər şeirlərində ənənəni yaşada bilib.

Əl elədin - baxdın mənə,

Gözlərinin yaşı düşdü.

Parıldadı - elə bildim,

Üzüyünün qaşı düşdü.

Bu nə idi axşam vaxtı,

Bir çay olub qatar axdı.

Saçlarını sərpib baxdın,

Ürəyimin başı düşdü.

Poeziyamızı düşündürən hansı mövzular olubsa, İlyas Tapdıq o mövzularda öz sözünü deyə bilib. Həm də özünəməxsus şəkildə. Amma bu yazıda bir məqamı xüsusi vurğulamaq istəyirəm - o da İlyas Tapdıqın gözəl bir uşaq şairi olmasıdır. Son 60 ilin uşaq poeziyasını İlyas Tapdıqın yaradıcılığı olmadan təsəvvür eləmək mümkün deyil. Burada görkəmli yazıçı-tənqidçi Elçinin təxminən 27 il əvvəl yazılmış və indi də aktuallığını itirməyən "Azərbaycan uşaq ədəbiyyatı haqqında" məqaləsinə müraciət etmək istəyirəm. Elçin müəllim yazırdı: "Azərbaycan uşaq ədəbiyyatının, xüsusən şeirinin istedadlı nümunələrində məhz bu cəhət, yəni sözün ən sadə, lakin emosional təsir baxımından tez sirayət edən, rahat qavranılan, yaddaqalan, təmtəraq, elitarlıq və quramaçılıqdan uzaq xəlqi çalarından istifadə etmək bacarığı özünü göstərir. M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq şeirlərində formalaşan və Azərbaycan uşaq poeziyasının M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, X.Əlibəyli kimi görkəmli nümayəndələri tərəfindən cilalanıb inkişaf etdirilən həmin poetik xətt bu gün Məstan Əliyev, Tofiq Mahmud, İlyas Tapdıq, Zahid Xəlil kimi uşaq şairlərinin əsərlərində estetik bir leytmotiv rolunu oynayır və uşaq poeziyasının effektli mütaliə və idrak materialına çevrilməsinə münbit zəmin yaradır".

Qeyd edim ki, İlyas Tapdıqın gözəl bir uşaq şairi olmasından, şeirlərində uşaq psixologiyasına bələdliyindən və bu sahədə ardıcıl fəaliyyət göstərməsindən digər müəlliflər də söz açmışlar. Onun "Meşənin mahnısı", "Çiçəklərim, güllərim" şeirlər-poemalar kitabları bir neçə nəslin yaddaşında həkk olunan poeziya örnəkləridir.

İlyas Tapdıq uşaq şeirlərində romantikaya meydan açıb, uşaqları təkcə dünyanın bilməcələri ilə tanış olmağa deyil, həm də gələcəyə qanadlandırıb. Bir nümunə göstərək:

Nənənin evində gəbə var.

Gəbənin üstündə dəvə var.

Dəvənin belində təpə var.

Təpənin üstündə nəvə var.

Dəvənin yunundan toxunur gəbələr,

Gəbələr üstündən boylanır dəvələr.

Dəvələr belində dayanıb təpələr.

Təpələr üstündə oynaşır nəvələr.

Bu, xalis uşaq şeiridir: uşağa çox sadə şəkildə bir gəbə, onun üzərində nəqş olunmuş şəkil barədə əyani təsəvvür, məlumat vern, dəqiq informasiya yaradan (həm də necə, poetik detallarla) bir şeirdir. Təfərrüata varmadan deyə bilərəm ki, İlyas Tapdıq əsl uşaq şairidir. Bu şeirlərin çoxunda o, Azərbaycan şeirinə məxsus alliterasiyalardan məharətlə istifadə edib (xüsusilə, yanıltmaclarda). Məsələn, onun çox qısa bir şeirini nümunə gətirək: "Daşkəsən dağ şəhəri, Dağlarin ağ şəhəri".

Allah İlyas Tapdıqın ruhunu şad eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see121

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see117

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see117

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see117

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see115

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri