Icma.az
close
up
RU
525ci qəzet Rusiyanın gəmisi batdı

525ci qəzet Rusiyanın gəmisi batdı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Xaqani CƏFƏRLİ

Suriyadakı rus hərbçilərini təchiz edən Rusiyaya məxsus "Ursa Major" gəmisi Aralıq dənizində İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda qəzaya uğrayıb. Bu hadisə dekabrın 15-də Qara dənizdə Rusiya neftini daşıyan iki tankerin batmasının yalnız kəskin hava şəraiti ilə bağlı olmadığını göstərir. Aydın görünür ki, Rusiyanın ticarət donanması ağır günlərini yaşayır. Dekabrın 11-də Sankt-Peterburq limanından çıxıb və yanvarın 22-də çatmalı olan "Ursa Major" gəmisinin boş konteynerlər daşıdığı iddia edilsə də, başqa məlumatlar da var. Məlumata görə, "Ursa Major" gəmisi Vladivostok terminalın genişləndirilməsi üçün lazım olan 380 tonluq liman kranları və yeni buzqıran gəmilər üçün 45 tonluq lyük qapaqları daşıyırmış. Dekabrın  15-də Qara dənizdə batan "Volqoneft 212" və "Volqoneft 239" tankerlərinin hər birinin göyərtəsində isə təxminən 4000 ton neft məhsulu olub.

"Volqoneft 212" və "Volqoneft 239" tankerlərinin batması nəticəsində Qara dənizin bir hissəsi ekoloji fəlakət bölgəsinə çevrilib. Vəziyəti ağırlaşdıran məqam Rusiyanın qəzanın nəticələrinin aradan qaldırılması üçün kifayət qədər "peşəkar resurslar" və texniki vasitələrin olmamasıdır. İki neft tankerinin batması nəticəsində yaranan ekoloji fəlakətin fəsadlarının aradan qaldırılması üçün beş min könüllü və xilasedici çalışır. Lakin mütəxəssislər qeyd edirlər ki, belə böyük fəlakətnin nəticələrini kürəklərlə çalışan 50 min adam aradan qaldırmaq və vəziyyəti xilas etmək iqtidarında deyil.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Krasnodar diyarında 54 kilometr sahil xətti neft məhsulları ilə çirklənib. Nazirliyin məlumatına görə, 40 kilometr ərazidə aparılan təmizləmə işləri zamanı 17 min ton çirklənmiş qum ərazidən daşınıb.

Ekspertlər hesab edir ki, tankerlərin daşıdığı neft məhsulları sudan ağır olduğu üçün dənizin dibinə çöküb. Bu isə o deməkdir ki, dənizin dibinə çökən bir neçə min ton neft məhsulu zaman-zaman suyun üzərinə çıxaraq çimərliyi yenidən çirkləndirəcək. Ona görə, çimərliklərdən çirklənmiş qum kütləsinin təmizlənməsi problemin həlli hesab edilmir. Bu, yalnız ətraf mühitin qısa müddətə təmizlənməsidir. Ekoloqlar isə xəbərdarlıq edirlər ki, bir neçə min ton neft məhsulunun suyun dibinə çökməsi Qara dənizin faunasına ağır zərbə vuracaq.

Ekspertlər hesab edirlər ki, Rusiya təkbaşına qəzanın nəticələrini aradan qaldırmaq imkanlarına sahib olmadığı üçün Avropa dövlətlərinin dəstəyinə ehtiyacı var. Ancaq Rusiya ilə Avropa arasında münasibətlərin hazırkı vəziyyətində Moskvanın yardım üçün Qərb ölkələrinə müraciət etməsi mümkün görünmür. Əksinə, 12 Şimali Avropa ölkəsi Baltik dənizi vasitəsilə Rusiya neftini daşıyan tankerlərini izləməyə başlayacaq. Rusiya iqtisadiyyatının xilaskarına çevrilən "kölgə donanması" Qara dəniz ilə yanaşı, Baltik dənizi və bütövlükdə dünya suları üçün də təhlükəyə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri