Icma.az
close
up
RU
525ci qəzet Rusiyanın hava məkanı bağlanır

525ci qəzet Rusiyanın hava məkanı bağlanır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Çeçenistan səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasını Rusiyanın hava məkanın təhlükəli olduğunun sübutu kimi göstərərək aviaşirkətləri Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb. EASA-nın aviaşirkətlərə uçuşları dayandırmaq üçün müəyyən etdiyi "qara siyahı"ya Rusiyanın paytaxt Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov və Samara şəhərləri daxildir. Demək olar ki, Uzaq Şərq istisna olmaqla Rusiyanın hava məkanın böyük hissəsi sərnişin təyyarələri üçün təhlükəli elan olunur.

EASA Rusiyaya uçuşların dayandırılmasını Ukraynaya qarşı müharibənin davam etməsi ilə əsaslandırıb. EASA-nın aviaşirkətlərə ünvanlanmış çağrışında qeyd edilir ki, mülki administrasiya ilə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiya səbəbindən Rusiya səmasında mülki təyyarələrə təhlükə mövcuddur.

Qeyd edək ki, hazırda Avropa İttifaqının heç bir aviaşirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın müraciəti müharibə ilə bağlı risklərə baxmayaraq, Rusiyaya uçuşlarını davam etdirən üçüncü ölkələrə aiddir. EASA-nın bu çağırışından sonra hansısa aviaşirkətin sərnişin təyyarəsi Rusiya səmasında vurulacaqsa, buna görə Rusiya ilə yanaşı, həmin aviaşirkətin məxsus olduğu ölkə də məsuliyyət daşıyacaq.

EASA-nın tövsiyəsi 31 iyul 2025-ci il tarixinə qədər qüvvədə qalacaq. Təhlükəsizlik vəziyyətindən asılı olaraq tövsiyənın müddəti uzadıla da bilər. Əgər Rusiya Ukraynaya qarşı müharibəni davam etdirsə, heç şübhəsiz, sərnişin təyyarələri üçün təhlükə qalmaqda davam edəcək.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 9-da Almaniyada keçirilən iclasında Böyük Britaniyanın liderlik etdiyi "dron koalisiyası" Ukraynaya 30 min dron verdiyini bəyan edib. Bütövlükdə "dron koalisiyası" Ukraynanın ildə 4 milyon drona sahib olmasına çalışır və bu istiqamətdə ciddi uğurlar var. Bundan başqa, yaxın günlərdə Ukrayna Fransadan "Mirage 2000-5" qırıcılarının ilk partiyasını alacaq. Rəsmi Paris Ukraynanın "Mirage 2000-5" qırıcılarından istifadə etməklə Ukraynanın SCALP-EG və "Storm Shadow" qanadlı raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə etiraz etmir. Bütün bunlar o deməkdir ki, çox qısa müddətdən sonra Rusiyanın hava məkanı daha təhlükəli olacaq.

Qeyd edək ki, EASA-nın son xəbərdarlığından əvvəl yeddi xarici aviaşirkət Rusiyaya uçuşları qismən ləğv etmək qərarına gəlib. Onların arasında "Qazaq Air", "El Al", "Arab Flydubai", "Air Serbia", "Qanot Şərq" və Türkmənistan Hava Yolları var. Lakin hələ də Rusiyaya uçuşları davam etdirən şirkətlər var və belə görünür ki, dekabrın 25-də Qroznı səmasında AZAL-a məxsus "Embraer 190" təyyarəsinin vurulması son faciə olmayacaq. Nə qədər ağır olsa da, insan itkilərinə baxmayaraq, bir sıra ölkələr siyasi, şirkətlər isə iqtisadi amillərə görə Rusiyaya uçuşları davam etdirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri