525ci qəzet Son on ayda 33 min uşağa reabilitasiya xidmətləri göstərilib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərib.
525.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatda qeyd olunub ki, onlardan 1,7 min nəfəri stasionar, 22 mindən çox nəfəri ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyadan olan uşaqlar hazırda agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Baxış sayı:135
Bu xəbər 29 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















