Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525ci qəzet Suriyanın yeni hakimiyyəti Rusiyaya qarşı

525ci qəzet Suriyanın yeni hakimiyyəti Rusiyaya qarşı

525.az saytına istinadən Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi, "Heyet Təhrir əl-Şam"ın iqtidarı ələ keçirməsi ilə Rusiyanın bu ölkədəki hərbi bazalarının mövcudluğu təhlükə altına düşüb. Suriyanın yeni iqtidarı BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə münasibətləri pisləşdirmək istəməsə də, seçim qarşısında qaldığı aydın görünür. Beynəlxalq aləmdə legitimlik qazanmağa çalışan HTŞ və onun lideri Əhmət Hüseyn əl Şara (Məhəmməd əl Colani) ABŞ və Avropa dövlətlərinin fikirlərini nəzərə almaq məcburiyyətindədir. Qərb dövlətləri isə Rusiyanın Suriyadakı bazalarının ləğv edilməsini istəyir. Belə görünür ki, Suriyanın yeni hakimiyyəti Qərbin bu istəyini nəzərə almağa başlayıb. Rusiya bayrağı altında üzən "Sparta" yük gəmisinin Tartus limanına girməsinə icazə verilməməsi bunun nəticəsi hesab olunur. Məlumatlara görə, "Sparta" gəmisi Rusiya hərbçilərini Suriyadan çıxarmaq üçün Tartusdakı Rusiya hərbi dəniz bazasına daxil olmağa çalışır. Gəminin iki gün ərzində Aralıq dənizində lövbər salaraq limana girmək üçün izn verilməsini gözləməsi təsdiqləyir ki, Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya Suriya limanlarından istifadəyə icazə almayıb. Bu vəziyyətin qalıcı olub-olmayacağı məlum deyil. Ancaq Rusiyanın Suriyanın yeni hakimiyyəti ilə anlaşmasının çətin olacağı aydın görsənir. Rusiyanın son vaxtlara kimi, Suriyadakı dəniz bazasında ümumilikdə beş gəmisi və bir sualtı qayığı vardı. İndi həmin gəmirlərin artıq Rusiyanın Baltik dənizindəki limanlarına yön aldığı iddia olunur.

Rusiyanın Suriyanın yeni hakimiyyəti ilə anlaşması hələlik mümkün görünmür. Bu, Suriyanın yeni hakimiyyətinin Qərbin mövqeyini nəzərə almaq məcburiyyətində olması ilə yanaşı, Rusiyanın Bəşər Əsəd hakimiyyətinə verdiyi dəstəklə də bağlıdır. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr yaxşı bilirlər ki, Bəşər Əsədin son il ildə iqtidarını qoruyub saxlaması Rusiyanın dəstəyi nəticəsində mümkün olmuşdu. Bəşər Əsədin hakimiyyətini qorumaq üçün Rusiyanın vaxtaşırı "Heyet Təhrir əl-Şam"ın mövqelərinə zərbələr endirməsini də radikal qrup rəhbərliyi unutmayıb. Moskva ilə Suriyanın yeni hakimiyyəti arasında münasibətləri gərginləşdirən digər amil Bəşər Əsədin Rusiyaya sığınmasıdır. Suriyanın yeni hakimiyyətinin əsas iddiası Bəşər Əsədin dövlətə məxsus qızıl-valyuta ehtiyatını özü ilə aparması, Rusiyanın bu işdə keçmiş diktatora yardım etməsi ilə bağlıdır.

Nüfuzlu "Financial" Times nəşrinin məlumatına görə, Bəşər Əsəd bir neçə il əvvəl Moskvaya 250 milyon dollardan çox pul köçürüb. Bundan başqa, Əsəd ailəsinin Rusiya paytaxtında ən azı 20 dəbdəbəli mənzil aldığı da yayılan məlumatlar sırasındadır. "Financial Times"ın məlumatına görə, bu əməliyyatlar Bəşər Əsədin yaxın qohumu olan İyad Maxloufun Rusiya paytaxtında təsis etdiyi daşınmaz əmlak şirkəti vasitəsi ilə həyata keçirilib. İndi isə Suriyanın yeni hakimiyyəti Bəşər Əsədin ölkədən çıxardığı sərvəti geri qaytarmağa çalışır. Belə görünür ki, yaxın vaxtlarda Suriyanın yeni hakimiyyəti ilə Rusiya arasında gərginlik yaranacaq. "Sparta" gəmisinin Tartus limanına daxil olmasına icazə verilməməsi də bunun göstəricisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri