Icma.az
close
up
RU
525ci qəzet Ədəbiyyat İnstitutunda 2024cü ilin hesabatı dinlənilib

525ci qəzet Ədəbiyyat İnstitutunda 2024cü ilin hesabatı dinlənilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Akademik bu il 60 illik yubileyi qeyd olunan filologiya üzrə fəlsəfə doktoru, dosent Tinatin Məmmədovanı təbrik edib, alimi yubileyi münasibətilə Fəxri fərmanla təltif edib.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatını elmi katib, dosent Aygün Bağırlı təqdim edib. 2024-cü ilin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən məruzəçi hesabat ilində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə bağlı, İnstitutun direktoru, akademik İsa Həbibbəylinin "Yaşıl artım və dayanıqlı inkişaf", "Yaşıl dünyamızı qoruyaq", "Yaşıl dünya gözlərə nur verən elmin işığında" və digər elmi konfranslarda, BMT-nin iqlim dəyişmələri konfranslarının 11-22 noyabrda Bakıda keçirilən 29-cu konfransında iştirak və çıxış etdiyini bildirib. Eyni zamanda, AMEA rəhbərinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun rəhbəri ilə görüşdüyünü, AMEA ilə təşkilat arasında əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib. Hesabat məruzəsində ölkə başçısının "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında"  25 yanvar 2024-cü il tarixli  Sərəncamı ilə bağlı institutda görülən işlərdən də bəhs olunub.

İclasda Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında", "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı haqqında" və digər sərəncamları ilə əlaqədar institutda təşkil olunan elmi tədbirlər, nəşr edilən tədqiqat əsərləri haqqında məlumatlar da təqdim edilib.

Cari ildə institutda 2 istiqamət, 8 problem, 19 mövzu, 133 iş üzrə tədqiqat aparıldığı, onlardan 95 işin tamamlandığı, 38 iş üzərində tədqiqatların davam etdirildiyi bildirilib.

İclasda İnstitutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri də müxtəlif mövzularda çıxış ediblər.

AMEA Rəyasət Heyəti aparatının Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli Ədəbiyyat İnstitutunun cari ildə gördüyü işləri və hesabatı yüksək qiymətləndirib.

Şura iclasında institutun yeni qəbul olunmuş doktorant və dissertantlarının 2025-ci il üçün fərdi iş planlarının təsdiqi haqqında elmi müəssisənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva məruzə edib.

İclasda digər qərarla on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin VII cildinin I hissəsinin çapa təqdim olunması təsdiqlənib. Həmçinin "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının VIII cildinin - Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyasının və "İşıq adam" kitabının çapa təqdim edilməsi barədə qərar verilib. Həmçinin Nemət Bəsirin "Əsərləri"nin də çapa təqdim olunması qərarla təsdiqlənib.

Sonda akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifə kimi elektron elmin formalaşması istiqamətində fəaliyyətin dəstəklənməsinin vacibliyini qeyd edərək bildirib ki, elektron Akademiya artıq zərurətdir. AMEA rəhbəri vurğulayıb ki, hesabatların təqdim olunması mərhələsində dünya elminin yenilikləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışlar mütləq nəzərə alınmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri