Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

525ci qəzet TerPetrosyanın çıxışı Azərbaycana qarşı “etnik təmizləmə” oyunlarına möhkəm balta vurdu Deputat

525ci qəzet TerPetrosyanın çıxışı Azərbaycana qarşı “etnik təmizləmə” oyunlarına möhkəm balta vurdu Deputat

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan özünü daim liberal, geniş baxışları olan, kompromislərə meyilli adam kimi təqdim edirdi. O, Nikol Paşinyna təklif edirdi ki, hakimiyyəti ələ alan kimi Azərbaycanla kompromisə getsin, işğal olunmuş ərazilərin bir qismindən çıxsın, özü bunu etmədi və nəticəsi pis oldu. İndi yayılmış həmin material onu göstərir ki, bütün zibili törədən elə Levon Ter-Petrosyan özü, onun həyata keçirdiyi etnik təmizləmə siyasəti olub.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ter-Petrosyanın prezident olduğu dövrə aid olan məlum videosu ilə bağlı deyib.

Xatırladaq ki, videobloqer Albert İsakovun özünün “YouTube” kanalında yaydığı videomaterial Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünü əks etdirir. O, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Sevanı (Göyçə) müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.

Deputat deyib ki, böyük ehtimalla bu, Nikol Paşinyanın ətrafından mediaya, sosial şəbəkələrə sızılan bir materialdır: “Yada salmaq istəyrəm ki, Paşinyan sabiq prezidentlər Levon Ter-Petrosyanı,  Robert Koçaryanı, Serj Sarkisyanı debatlara dəvət etmişdir. Onlar da yekəxana şəkildə onun təklifini rədd etdilər. Düşünürəm ki, bu cür materiallar Koçaryanla da, Sarkisyanlala da bağlı yayılacaq. Onlar öz yaramaz, insanlığa zidd siyasətləri nəticəsində vəziyyəti böhran həddinə gətirib çıxardılar. Mənim üçün hər halda burda bir yenilik yoxdur. O dövrdə onlar hamısı belə düşünürdülər. Ola bilsin ki, indi də belə düşünürlər ki, hə Ermənistanı təmizlədik, amma təəssüf olsun ki, Qarabağ tam şəkildə əlimizdən çıxdı. Əgər sən etnik təmizləmə siyasəti aparırsansa və harda erməni hakimiyyəti varsa, erməni əsgəri varsa, orda azərbaycanlılar üçün yer qalmırsa, onda hazır olmalısan ki, Azərbaycan ordusu gələndə sənin zəhərlədiyin Qarabağ erməniləri şələ-şülələrin yığıb çıxıb gedirlər ki, yox Azərbaycan əsgəri varsa, Azərbaycan hakimiyyəti varsa, biz orda yaşaya bilmərik. Bundan sonra da dünya qarşısında Azərbaycan “etnik təmizləmə” edib deyə zarısalar, dilləri qısa olacaq. Düşünürəm ki, kimsə bizə “etnik təmizləmə” barədə nəsə desə, o zaman cavab verəcəyik ki, əvvəl bir buna bax, sonra gəl, Azərbaycana hansısa iradı tut. Bu, ermənilərin Azərbaycana qarşı saxta “etnik təmizləmə” oyunlarına möhkəm balta vurdu”.

Deputat bildirib ki, ümumiyyətlə münaqişə nəticəsində demək olar ki, əhalinin dəyişməsi baş verib: “Azərbaycanlılar Azərbaycanda, ermənilər isə Ermənistanda. Bunun dəyişmək istəyən hansısa tərəf gəlib deyir ki, Qarabağ erməniləri ilə danışmaq lazımdır. Onların qaytarlması şərti, yaxud kompensasiya ödənilməsi və s. Azərbaycan deyir ki, bu yalnız bərabər şəkildə ola bilər. Biz Qarabağ erməniləri ilə o vaxt danışacayıq ki, siz də Qərbi azərbaycanlılarla danışacaqsınız. Siz danışmaq istəmirsinizsə, onda ağzınızı yumun, Azərbaycandan gəlib nəsə istəməyin. Biz indi məcburən Qərbi azərbaycanlıları ora qaytara bilmərik. Ancaq yox, onda hamı üçün yox, hə onda hamı üçün hə”.

Onun sözlərinə görə, konkret arqument budur ki, ya danışıq ikitərəfli olmalıdır, ya da heç biri olmayacaq: “İndi bizim təklifimiz təkcə ondan ibarət deyil ki, hamı ora köçürülsün. Sadəcə olaraq onların hüququ tanınmalıdır. Gedib yurdlarına baş çəksinlər, ata- babalarının məzarını düzətsinlər, ziyarət etsinlər. İmkan varsa, evlərini bərpa etsinlər, yayda gedib bir ay qalsınlar. Amma hələlik münasibətlər formalaşmayıb, hələ bir-birimizi dövlət kimi tanımırıq. Ona görə də ayrı ölkənin vətəndaşlarına heç bir təminat yoxdur. Bu sonranın məsələsidir. Bu gün gündəliydə belə bir məsələnin gerçəkləşməsi yoxdur”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri