Icma.az
close
up
RU
525ci qəzet Təyyarənin ekipaj heyəti, pilotlar böyük qəhrəmanlıq göstəriblər

525ci qəzet Təyyarənin ekipaj heyəti, pilotlar böyük qəhrəmanlıq göstəriblər

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi vurulduğu üçün qəzaya uğramasının səbəbləri ciddi şəkildə araşdırılır. Bu hadisə hamımızı kədərləndirdi. Cənab Prezident İlham Əliyev bu hadisəyə xüsusi həssaslıqla yanaşır. Dekabrın 26-nın ölkəmizdə matəm elan edilməsi də bunun göstəricisidir. Eyni zamanda, faciənin qurbanları ilə bağlı verilən qərarlar da xüsusi vurğulanmalıdır”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki,  təyyarənin ekipaj heyəti, pilotlar böyük qəhrəmanlıq göstəriblər. Bizim pilotlarımızın qəhrəmanlığı dünyaya səs salıb. Onların canları bahasına sərnişinlərin bir hissəsi sağ qala bildilər. Dövlətimizin başçısının sərəncamı ilə həyatını itirən ekipaj üzvlərinin “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, sağ qalanların isə 1-ci dərəcəli “Rəşadət” ordenləri ilə təltif olunması məsələyə həssas yanaşmanın göstəricisidir. Yanvarın 6-da cənab Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü də cəmiyyətimiz tərəfindən alqışla qarşılanır. Bu fakt sübut edir ki, cənab Prezidentimiz statusundan, milliyətindən, vəzifəsindən asılı olmayaraq daim öz vətəndaşlarının yanındadır.

Millət vəkilinin sözlərinə görə, insan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, məhz pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirdi və sərnişinlərin bir qismi xilas edildi. Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etdilər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər.
Deputat bildirib ki, hazırda baş vermiş qəzanın araşdırılması cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. O, qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib. Cənab Prezidentin baş vermiş faciəyə son dərəcə həssas yanaşması onun hər bir vətəndaşa doğma münasibətini ifadə edir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri