Icma.az
close
up
RU
525ci qəzet Ümid edirik ki, Trampın yeni prezidentlik dönəmində əlaqələrimiz daha da inkişaf edəcək

525ci qəzet Ümid edirik ki, Trampın yeni prezidentlik dönəmində əlaqələrimiz daha da inkişaf edəcək

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də yenidən Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibətilə Donald Trampa zəng edib. Donald Trampı təbrik edən dövlət başçısı seçkilərdə inamlı qələbənin Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.

Dövlət başçısı birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını qeyd edərək, ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını ifadə edib.

Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirib və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulayıb.

Daha əvvəl Trampa ünvanlanan təbrik məktubunda isə bir sıra mühüm məqamlar yer alıb. İlk növbədə dövlət başçısı təhlükəsizlik məsələsinə diqqət çəkir.

İndiki həssas məqamda, dünyada çox sayda münaqişələrin, müharibələrn mövcud olduğu, hətta artıq üçüncü dünya müharibəsinin siqnallarının verildiyi bir vaxtda əlbəttə ki, təhlükəsizlik məsələsi xüsusi önəm daşıyır. Tramp seçki kampaniyası zamanı dünyadakı münaqişələri dayandıracağını, prezidentlik dövründə müharibələrin olmayacağını bəyan etdi.

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İkinci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bu və digər maraqlı məqamlara toxunmuşdu. Dövlət başçısı, həmçinin ABŞ-dakı seçkilərlə bağlı da suala münasibət bildirərək demişdi: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Prezident əlavə edib ki, Tramp "Vaşinqton Post"u və "Nyu-York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb: "Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Trampın birinci prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında çox səmərəli, qarşılıqlı hörmətə əsaslanan müsbət münasibətlər olub. Azərbaycan etibarlı tərəfdaş olaraq Birləşmiş Ştatlarla çox səliqəli əməkdaşlıq edib. İlk qeyri-NATO ölkəsi olaraq Əfqanıstanda sülhməramlı əməliyyatlara qoşulub və oradan sonuncu çıxıb. Təəssüf ki, Bayden administrasiyası dövründə Azərbaycana qarşı münasibət adekvat olmayıb, yanlışlıqlara yol verilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan liderinin Prezident vəzifəsinə yenidən seçilməyi münasibətilə Trampa təbrik məktubunda Azərbaycanın ABŞ-la münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi vurğulanıb: "Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən, bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim".

Məktubda xüsusilə vurğulanıb ki, Bakı Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən, siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik: "İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır".

Donald Tramp öz bəyanatlarında ənənəvi prinsipləri müdafiə edib. Onun cəmiyyəti yad, onu sarsıdan neqativ hallardan qorumaqla bağlı fikirləri, transgendərlərin orduda xidmət etməsinə qadağa tətbiq etmək niyyətini açıqlaması müzakirələrə səbəb olub. Tramp hesab edir ki, ordu intizam, birlik və effektivlik kimi ciddi standartlara malik olmalıdır. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir.

Bu gün cəmiyyətlərə ayaq açan yad dəyərlər çox mənfi hallara, aşınmalara səbəb olur. Dünyanın ənənəvi dəyərləri qoruyan, təhlükəsiz dünya uğrunda mübarizə aparan liderlərə ehtiyacının olması çox vacibdir. Bu mənada İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Viktor Orban və Aleksandr Vuçiç kimi güclü liderlər milli maraqları və suverenliyi xarici təzyiqlərdən üstün tutan liderlərdir. Onlar bir sıra təzyiqlərə baxmayaraq, bu istiqamətdə qətiyyət göstərir və öz cəmiyyətlərini müxtəlif zərərli çağırışlardan, ideologiyalardan qoruyurlar.

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində milli maraqların, ailə dəyərlərinin, tarixi ənənələrin qorunması, gücləndirilməsi hər zaman öndə olub. Bu gün Azərbaycanda qeyd edilən mövzularda boşluqların olmaması məhz bununla bağlıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Prezidentin Donald Trampa zəngi xüsusi önəm və əhəmiyyət daşıyır. Deputat xatırladıb ki, bu ay Amerikada Prezident seçkiləri keçirilib və nəticələr artıq elan edilib: "Bu mənada Prezident İlham Əliyevin Trampa zəngi xüsusi önəm daşıyır və bu, həm də əlaqələrin gələcəkdə inkişafı baxımından əhəmiyyətlidir. Əlbəttə ki, burda ən önəmli məsələ dünyamızı qorumaq, sabitliyi təmin etmək, xüsusilə də ənənəvi dəyərlərin qorunması, təhlükəsizliyin təmin olunmasıdır. Çünki əks halda bütün bunlar gələcəkdə ciddi problemlər yarada bilər. Bütün dünyanın ümidi ondan ibarətdir ki, Trampın hakimiyyətə gəlməsi ilə yanaşma dəyişəcək, biz dünyamızın daha az münaqişələrdən əziyyət çəkəcəyinin şahidi olacağıq. Yəni bu bizə imkan verəcək ki, dünyada sabitlik, əmin-amanlıq və istiqrar təmin olunsun. Bu anlamda qeyd edilənlər vacib və önəmli məsələlərdir. Ona görə də bu istiqamətdə addımların atılması da xüsusi önəm, əhəmiyyət daşıyır".

ABŞ-Azərbaycan münasibətlərinə toxunan deputat bildirib ki, iki ölkə arasında əlaqələrin çox dərin kökləri var: "Uzun illərdir ki, biz təhlükəsizlik, enerji və s. məsələlərdə sıx əməkdaşlıq edirik. Əfqanıstan üzrə əməkdaşlıq xüsusi vurğulanmalıdır. Ona görə də hesab edirəm ki, əlaqələrimizin daha daha da inkişaf edəcəyini görəcəyik. Yəni bu gün dünyada və bölgədə baş verən proseslərdə müəyyən addımların atılması zəruridir. Biz bu istiqamətdə maksimum çalışmalıyıq və Azərbaycan çalışır. Ümid edirik ki, Trampın yeni prezidentlik dönəmində əlaqələrimiz daha da inkişaf edəcək, daha da möhkəmlənəcək, güclənəcək və Azərbaycan daha böyük uğurlara, nailiyyətlətə imza ata biləcək. Bu gün bunun üçün çox ciddi imkanlar var və səylər göstərilir".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə "525"ə deyib ki, ABŞ heç vaxt Cənubi Qafqazda bir dövlətə qarşı siyasət həyata keçirmir, Vaşinqtonun əsas məramı, məqsədi məlumdur ki, regionla problemlərin həlli istiqamətində addım atmaqdır və bu siyasətdə prioritet olan regiondur. Regionda da lider dövlət məlumdur ki, Azərbaycandır.

O bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlət kimi daim ABŞ-la münasibətləri olub və bunu da qəbul edir: "Donald Trampın ABŞ Prezidenti seçilməsi bir daha göstərdi ki, regional siyasət gələcəkdə məhz onun həyata keçirdiyi siyasət olacaq. Burda da düşünürəm ki, Azərbaycanın öz yeri, öz dəsti-xətti var. Ölkəmizin dönməz xarici və daxili siyasəti var. Yəni bu gün bizim hansısa diktəyə, kiminsə yol göstərməsinə ehtiyacımız yoxdur. Biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi, hər bir Azərbaycan vətəndaşının rifahını təmin edən bir dövlətik. Ali Baş Komandan kimi cənab İlham Əliyevin apardığı siyasət də bundan ibarətdir. Bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da dərk edir, başa düşür. Düşünürəm ki, gələcəkdə özünün komandası, hakimiyyətində təmsil olunacaq siyasətçilər də siyasətlərini bu istiqamətdə qurmağa çalışacaqdır", - deputat söyləyib.

A.Nağıyevə görə, prioritet istiqamət təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması olacaq: "Bu istiqamətdə də vasitəçi olmadan həyata keçiriləcək siyasət əsas götürüləcək. Bunda təbii ki, super güc olaraq ABŞ regionda Rusiyanın nüfuzunun aşağı salınması və yaxud paralel olaraq hansısa siyasətin həyata keçirilməsini qura bilər".

Komitə sədri bildirib ki, prezidentlər arasında telefon danışığı çox əhəmiyyətlidir və bu, Prezident İlham Əliyevin apardığı siyasətə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri