Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

525ci qəzet Vətənə müqəddəs borcunu ləyaqətlə ödədi

525ci qəzet Vətənə müqəddəs borcunu ləyaqətlə ödədi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

44 günlük Vətən müharibəsində igidlik və qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də 2 ildən çox müddətdə xüsusi təyinatlı dəstədə xidmət edən Fərid İbad oğlu İlyasov oldu. Vətən müharibəsinin 12-ci günündə onların da dəstəsini Qarabağın azadlığı uğrunda gedən döyüşlərə cəlb etmişdilər. Qorxu bilmədən döyüşə girən Fərid daim irəli can atır, düşməni məhv etməyə tələsirdi. İrəli addım atdıqca sevinirdi. Çünki zəfər qoxulu bu addımlar onu Şuşaya, Qarabağa yaxınlaşdırırdı. Onun kimi qəhrəman oğulların cəsarətindən qorxan düşmən ağır itkilər verərək geri çəkilirdi.

Xocavənd və Füzuli rayonları uğrunda vuruşan Fərid indi də Şuşa istiqamətində döyüşürdü. Məğlubiyyət ilə barışmaq istəməyən erməni işğalçılar müqavimət göstərir, yeni müdafiə mövqeləri tutmağa çalışırdı. Belə anlarda döyüş daha da gərgin xarakter alırdı. Amma çox keçmirdi ki, işğalçılar Azərbaycan əsgərindən sarsıdıcı zərbələr alaraq, ağır itki verib qaçmağa məcbur olurdu.

Azərbaycan əsgəri Qarabağın hər addımı uğrunda cəsarətlə vuruşurdu. Fərid İlyasov da bu savaşda qəhrəmanlarımızın ön cərgəsində idi.

Oktyabrın 28-də Fəridgilin dəstəsi komandirin qarşıya qoyduğu döyüş tapşırığını uğurla yerinə yetirərək Şuşaya doğru gedirdilər. Cəbhə yoldaşları və bütün xalqımız kimi, Fərid də Şuşanın azadlığını görməyə tələsirdi. O müqəddəs məkana vuruşa-vuruşa ayaq basmaq istəyirdi. Çox təəssüf ki, həmin xoşbəxt günü görmək ona qismət olmadı. Fərid oktyabr ayının 28-də çətin döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Onun arzusunu, istəyini döyüşçü dostları həyata keçirdilər.

Cəsur döyüşçü, Vətənini canından da çox sevən Fərid İbad oğlu İlyasov İkinci Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Fərid İbad oğlu İlyasov döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə, ölümündən sonra, III dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Fərid İlyasov sadə və mənalı bir ömür yaşamışdı. İsti yay günlərinin birində - 20 iyul 1999-cu ildə dünyaya göz açmışdı. Onun valideynləri 1992-ci ilin may ayında erməni hücumları nəticəsində Laçın rayonunun Hacılar kəndindən köçkün düşmüşdülər. Fərid 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbinin 1-ci sinfində oxumağa başlamışdı. 2010-cu ildən isə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbində davam etdirmişdi. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda böyük sevinc içində hərbi xidmətə yola düşmüşdü. Cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdi. Təlimlərdə böyük fəallıq göstərən Fərid hərbi bilik və döyüş vərdişlərinə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnmişdi. Hərbi xidmətdən döndükdən bir müddət sonra Fərid yenidən Azərbaycan Ordusunun sıralarına qayıtmış, Vətənə yenidən döyüşçü-əsgər olmuşdu. Müqəddəs xidmət yolu bir müddətdən sonra onu qəhrəmanlığa aparmış və şəhidlik zirvəsinə qovuşdurmuşdu.

Builki anım günündə də şəhid Fərid İlyasovun İkinci Şəhidlər xiyabanındakı məzarının üstünə gələnlərin sayı-hesabı yox idi. Onu tanıyanlar qəbrinin üstünə gül dəstələri qoyur, xatirəsini bir dəqiqəlik sükutla yad edirdilər. Fərid haqqında xoş xatirələrini dilə gətirirdilər. Əllərində üçrəngli bayrağımızla anım mərasiminə gəlmiş məktəblilər qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söyləyirdilər. Böyüyəndə onlar kimi qəhrəman olacaqlarını deyirdilər.

Anası Bəsirə İlyasova 44 günlük Vətən müharibəsində şəhid olmuş igid oğlu haqqında göz yaşları içində danışdı: "Fərid həmişə deyirdi ki, ana, yəqin bu sözlərimə görə siz məndən inciməzsiniz, amma mən vətəni sizdən çox sevirəm. Mənim üçün birinci Vətən, sonra sizsiniz. Sizin ata-baba yurdunuz olan Laçın rayonu uğrunda döyüşsəm, o torpaqları erməni işğalçılarından azad edənlərin sırasında vuruşsam, övlad kimi az da olsa vətənin borcundan çıxdığımı zənn edərəm".

Şəhid anası dedi ki, Laçın uğrunda olmasa da, Füzuli, Xocavənd, Şuşa uğrunda igidliklə vuruşdu Fərid. Arzusuna çatdı, torpaqlarımızı azad gördü. Canından da çox sevdiyi Vətən uğrunda şəhid oldu. Onun ölümündən bir müddət sonra Şuşa da, Laçın da başqa bölgələrimiz də erməni işğalçılarından azad olundu. Buna görə də indi Fəridin ruhu şaddır".

Atası İbad İlyasov da oğlunu kədərlə, qürurla xatırladı: "Fərid döyüşlərə yollanandan sonra narahatçılığımız artmışdı. Oğlum tez-tez zəng vuraraq iştirakçısı olduğu döyüşlərdən sevinclə söz açırdı. Deyirdi ki, belə uğurlu döyüşlərlə biz qısa müddət ərzində qoynunda dünyaya göz açdığınız, illərdən bəri həsrəti ilə qovrulduğunuz Laçın rayonunu da düşmənlərdən azad edəcəyik. Elə biz də intizarla həmin günü gözləyirdik. Amma oktyabrın son günlərində axşama yaxın Fəridin babası icra nümayəndəsi ilə bir yerdə qapımızı döydü, oğlumun yaralandığını bildirdilər. Çox keçmədi ki, onun şəhid olduğunu eşitdik. Hələ də buna inana bilmirəm. Elə bilirəm ki, Fərid yenə də xidmətdədir. Günlərin birində sağ-salamat qayıdıb evimizə gələcək".

Şəhid Fərid İlyasovun anım günündə iştirak edən məktəblilər qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər. Bakı şəhər İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin birinci sinif şagirdi Rahil Məmmədzadənin söylədiyi, qəhrəmanlara, şəhidlərə həsr olunmuş şeirləri anım mərasimində iştirak edənlərin ürəklərini titrətdi.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş şəhid Fərid İlyasov heç vaxt unudulmayacaq. Göstərdiyi qəhrəmanlığı və igidliyi ilə həmişə yaddaşlarda, ürəklərdə yaşayacaq.

Reyhan TAHİRQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri