Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525ci qəzet Xəzər dənizi ilə bağlı ekoloji risklər: təsirli tədbirlərə ehtiyac var

525ci qəzet Xəzər dənizi ilə bağlı ekoloji risklər: təsirli tədbirlərə ehtiyac var

Icma.az, 525.az saytına istinadən bildirir.

COP 29 Bakı iqlim sammiti çərçivəsində bu günlərdə "Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması" mövzusunda dəyirmi masa keçirilib. Tədbirin yekunu olaraq Xəzər dənizində müşahidə olunan problemlərin hərtərəfli öyrənilməsi və onların həlli ilə bağlı təkliflərin irəli sürülməsi məqsədi ilə Xəzər İqlim və Davamlılıq Mərkəzinin yaradılması elan edilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Xəzər dənizi kiçilir, Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur. Bunun üçün də milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir: "Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyir ki, Xəzər dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, son illərdə isə illik azalma həyəcanverici - 20-30 santimetrə çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər görülməsini tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur. Onun sözlərinə görə, UNEP tərəfindən bu yaxınlarda hazırlanmış "Xəzər dənizinin səviyyəsinin tərəddüdləri və iqlim dəyişiklikləri" hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin düşməsi arasında mürəkkəb əlaqəyə dair kritik fikirlər təqdim edir: "Onun əsas nəticələri arasında dəniz səviyyəsindəki dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq üçün əlaqələndirilmiş, transsərhəd tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasına kömək edəcək".

Xəzər dənizi suyunun getdikcə azalması son illər yenidən narahatlıq doğurur. Ekoloqların böyük əksəriyyəti bunun səbəbini, əsasən, son illər yağıntıların və qlobal istiləşmə nəticəsində Xəzər hövzəsinə tökülən suyun həcminin azalması ilə əlaqələndirir.

Ekoloq Rasim Səttarzadənin dediyinə görə, Xəzər qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Dənizin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri də Xəzərin su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır".

Rasim Səttarzadə bildirib ki, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 kilometrkub təşkil edib ki, bu da orta çoxillik normadan (146 kilometr­kub) xeyli dərəcədə azdır. Son illər ərzində Xəzərin səviyyə dinamikasının dəyişməsindən bəhs edən ekoloq dənizin XX əsrdə ən aşağı səviyyənin 1977-ci ildə qeydə alındığını, sonradan isə qısa zamanda, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artdığını, nəhayət, bundan sonrakı dövrdə yenidən azalma müşahidə olunduğunu bildirib. O, eyni zamanda, 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmənin də nəzərə çarpdığını, 2019-cu ildə isə dənizin orta illik səviyyəsinin Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alındığını, bunun da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksək olduğunu qeyd edib.

Rasim Səttarzadə Xəzərin səviyyəsinin dinamikası barədə müddətli proqnoz verməyin mümkünsüzlüyünü də xatırladıb. Bu fikri isə bugünədək hazırlanan uzunmüddətli səviyyə proqnozlarının heç birinin özünü doğrultmaması ilə əlaqələndirib.

O vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin düşməsi 1995-ci ildən mütəmadi hal alıb. Dənizdə suyun ən aşağı səviyyəsi 1977-ci ildə olub. Hazırkı vəziyyət də bu prosesin davamlılığını təsdiqləyib.

Ekspert belə bir şəraiti şərtləndiriən səbəbləri də diqqətə çatdırır. Birincisi, bu, Xəzər dənizinə tökülən çayların suyunun azalmasıdır. İkincisi isə qlobal istiləşmənin nəticələrindən irəli gəlir. O, deyir ki, qapalı hövzələrdə suyun səviyyəsinin artıb-azalması həmişə nəzərə çarpır. Dünyada elə göllər var ki, orada vəziyyət daha acınacaqlıdır. Xəzərdə suyun səviyyəsinin daha çox düşməsinin qarşısını alan Volqa çayıdır. Belə ki, Xəzər dənizinə suyun 80 faizi Volqa çayı ilə gəlir. Rusiya hidroloqlarının məlumatına görə, Volqada suyun yağışlı havalarla əlaqədar artacağı gözlənilir. Əgər belə olarsa, Xəzərdə suyun səviyyəsi qalxacaq. Avropalı mütəxəssislər isə bildirirlər ki, Xəzərdə səviyyə bir neçə metr düşə bilər.

Mütəxəssislər deyirlər ki, Xəzər dənizi öz-özünü tənzimləyən bir quruluşa malikdir. Dənizin şimal hissəsi təxminən 4-5 metrdir. Orta dərin yeri isə Dərbənd çökəkliyi adlanır təxminən 800 metrdir. Astanadan sağda yerləşən Lənkəran çökəkliyinin isə dərinliyi təxminən 1025 metrdir. Xəzərə çox su gəlir, əvvəlcə bu çökəkliklər dolur. Xəzər dənizinin qərbdən şərqə təxminən 15-20 metr meylliliyi var. Bu zaman sular şərq sahillərinə tökülür. Bura çox isti zona olduğu üçün buxarlanma çoxalır. Əsasən dərin ərazilərdə buxarlanma nə qədər çox olursa, Xəzərin şimal hissəsindəki buxarlanma sahəsi azalır. Ona görə də bir-birini kompensasiya edir. Bu nöqteyi-nəzərdən dənizin səviyyəsi nə həddən artıq yuxarı qalxa, nə də aşağı düşə bilər.

Son 200 ildə Xəzərin səviyyəsinin qalxıb-enməsi cəmi 3.5 metrdir. Ona görə də xarici tədqiqatçılarının dediyi 9-18 metr azalma real deyil. Xəzər öz səviyyəsini azalmağa da, artmağa da qoymur. Proqnoz verərkən Xəzərin relyefi, quruluşu nəzərə alınmalıdır.

Xəzər dənizinin səviyyəsini tənzimləmək mümkün deyil. Bunu təyin edən siklon, antisiklonlardır ki, bunun da ölçüləri 100 kilometrə qədərdir. Yağış, qar nə qədər çox olarsa, çayların suyu bir o qədər artar. Nəticədə dəniz suyunun səviyyəsi qalxar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi getdikcə aşağı düşür. Bu proses son 20-30 ildə daha ciddi şəkildə müşahidə olunur. Onun da əsas səbəblərindən biri qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalmasıdır. Doğrudur, müəyyən zamanlarda dənizdə suyun səviyyəsində enmələr müşahidə edilsə də, sonradan yenə də qalxıb. Yəni belə qabarma və çəkilmələr müxtəlif dövrlərdə baş verib. Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində mövsümi dəyişmələr labüddür. Suyun səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən dənizin su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır: "Dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axarında da azalma müşahidə edilir. Tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcək. Tarixi mənbələrdə vaxtilə məşhur Qız Qalasının dəniz sularının içərisində olması haqqında məlumatlara rast gəlirik. Hazırda isə dənizlə qalanın arasında kifayət qədər məsafə yaranıb. Deməli, Xəzər sularının çəkilməsi prosesi nə bu günün, nə də dünənin işidir. Göründüyü kimi, məsələ olduqca ciddidir. Eyni zamanda Xəzər dənizinin səthinə düşən yağıntılar da su balansının gəlir hissəsi hesab edilir. Bütün bunlarla yanaşı, son illər yeraltı su balansının gəlir hissəsində rolu və dəniz səviyyəsinə təsiri də zəifdir. Bir çox alimlərin gəldiyi qənaət isə ondan ibarətdir ki, atmosfer sirkulyasiyasının qlobal dəyişməsi dəniz səviyyəsinin dəyişkənliyinə təsir göstərir. Bu dövrdə stabil formada ardıcıllıq yoxdur. Günəş aktivliyinin atmosfer sirkulyasiyasına təsirinin fiziki mexanizmi də məlum deyildir. Xəzər dənizinin çoxillik səviyyə tərəddüdü və günəş aktivliyinin dəyişməsi cədvəlinin analizi nəticəsində müəyyən olunmuşdur ki, dənizin səviyyə tərəddüdləri günəş aktivliyindən asılıdır. Dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsi 1995-ci ildən sürətlə azalmaqda davam edir. Bu səviyyə dəyişmələri artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat işləri ilə təhlil edilir. Xəzər dənizinə axan çay suyunun gah azalıb, gah artması da əsas səbəblərdən biridir. Məlumdur ki, çaylarda da su həmişə eyni səviyyədə ola bilmir. Burada düşən yağıntılar, əriyən qar təbəqəsi də böyük rol oynayır. Dünyada baş verən iqlim dəyişiklikləri nəticəsində artıq son illər qar və yağış yağıntılarında da azalma müşahidə edilir. Ona görə də dənizin səviyyəsində belə kəskin dəyişmələr baş verir. Bütün bunlar onu deməyə əsas verir ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi son illərin aktual, bir o qədər də cəmiyyəti ciddi narahat edən müzakirə mövzusudur".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri