525ci qəzet Yazıçılar Birliyindən Firuzə Məmmədliyə yubiley təbriki
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Yanvarın 10-da Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli şair, pedaqoq, AYB-nin Həmkarlar İttifaqının sədri Firuzə Məmmədlinin 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
AYB sədri, Xalq yazıçısı Anar Firuzə Məmmədlinin həyat və yaradıcılığından söz açıb, onun poeziyasını yüksək qiymətləndirdiyini bildirib və yubileyi münasibəti ilə təbrik edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli və digər tədbir iştirakçıları Firuzə Məmmədlinin poeziyasından, onun elmi fəaliyyətindən, AYB-nin Həmkarlar İttifaqının sədri kimi səmərəli fəaliyyətindən danışıb, yubilyara ürək sözlərini və təbriklərini çatdırıblar.
Qeyd olunub ki, Firuzə Məmmədlinin yubiley tədbirləri davam etdiriləcək, AYB-də və şairin doğulub boya-başa çatdığı Xaçmaz rayonunda tədbirlər təşkil olunacaq.
Sonda Firuzə Məmmədli göstərilən diqqətə və təbriklərə görə AYB sədrinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
AYB.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Yanvar 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















