Icma.az
close
up
RU
“Donorlarını başqa yerdə axtarmalıdırlar Yazıçılar Birliyindən cavab

“Donorlarını başqa yerdə axtarmalıdırlar Yazıçılar Birliyindən cavab

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət edərək ana dili imtahanından keçməyə çağırıb:

“Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıqlamasında Birliyə üzv olmaq üçün xüsusi qaydaların olduğunu və bu qaydalara uyğun olmayan şəxslərin üzvlüyə qəbul olunmadığını bildirib:“Söhbət ana dilini, qrammatikanı bilib-bilməməkdən gedirsə, belə insanlar mediada da, dövlət qurumlarında da, AYB-nin üzvləri arasında da var. Bu, çox geniş araşdırılmalı mövzudur. Amma Azərbaycan Yazıçılar Birliyinin üzvləri onsuz da qəbul komissiyasının xüsusi şərt və qaydalarından keçirlər.

AYB-nə üzv olmaq üçün qəbul komissiyasının qaydaları var və müraciət edənlər həmin qaydalara uyğun olaraq sənədlərini təqdim edirlər. Komissiyanın üzvləri onu dəyərləndirir, hətta müraciət edənlərin arasında saysız-hesabsız insanlar var ki, onlara imtina cavabı verilir. Yəni onların əsərləri layiq olmadığı üçün üzvlüyə qəbul olunmursunuz”.Düşünürəm ki, öz donorlarını başqa yerdə axtarmalıdırlar

O, AYB üzvlərini ana dili imtahanına cəlb edənlərə donoru başqa yerdə axtarmalarını tövsiyə edib:

“Dil məsələsi bəlli qurumların işidir. Düşünürəm ki, öz donorlarını başqa yerdə axtarmalıdırlar, Yazıçılar Birliyinin üzvləri arasında yox.

Amma dil məsələsi çox vacibdir, özünü azərbaycanlı, bu ölkənin vətəndaşı hesab edən bütün insanlar dilə həssas yanaşmalı və öz ana dilini bilməlidirlər. Kimsə onları test etmək istəsə də, istəməsə də”.

AYB

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Mart 2025 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri