Icma.az
close
up
RU
Yazıçılar Birliyindən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

Yazıçılar Birliyindən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən qətlə yetirilən 5 nəfər azərbaycanlı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Rusiyanın Yazıçılar və Nəşriyyatçılar İttifaqları Assosiasiyasının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Sergey Şarqunova, Tatarıstanın Xalq Şairi, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zaydullaya, "OGI" nəşriyyatının baş redaktoru Maksim Amelinə, "Literaturnaya qazeta" qəzetinin baş redaktoru Mixail Zamşevə, Moskva Yazıçılar Cəmiyyətləri Birliyinin sədri Yuri Viktoroviç Konoplyannikova, Başqırdıstan Yazıçılar Birliyinin sədri Ayqiz Baymuxametova müraciət edib.

Modern.az həmin müraciəti təqdim edir:

"Hörmətli həmkarlar!

Dünən Yekaterinburq şəhərində Rusiya hüquq mühafizə orqanları ( bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunmuşdur. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş.

Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilmiş, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilmiş, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti almışlar. Bəzilərinin vəziyyəti ağırdır.

Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş  digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif, Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır,  səhhətləri barədə ətraflı məlumat yoxdur.

Müraciət etməklə sizlərin diqqətini bir məsələyə çəkmək istəyirəm.

İstəyirəm biləsiniz ki,  mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm. Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru,  Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli inşandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur.

Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki  nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. Başqa tərəfdən,  25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı?

Bu gün Rusiya hüquq mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada Azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir. Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb.

Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm.

Sizə müraciət etməyimin səbəbi aşağıdakılardır:

-Azərbaycan və İslam adətlərinə görə vəfat etmiş insanları tez dəfn etmək lazımdır. Dünyasını dəyişmiş Səfərov Ziyəddin və Səfərov Hüseynin nəşinin verilməsinə kömək edin (onlarla bağlı vəfatlarından sonra tibbi-ekspertiza prosedurları üçün - əgər bu RF hüquq mühafizə orqanlarına lazımdırsa, 2-3 saat bəs etməlidir);  əks-təqdirdə, yəni nəşin vaxtında verilməməsi hüquq-mühafizə orqanları tərəfindən törədilmiş amansızlıq və zorakılıq ehtimalını artırmış, təsdiqləmiş olacaq;

-Ağır halda olan Səfərov Bakirin və saxlanılan digər şəxslərin (Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədiməli oğlu, Səfərov Məhəmməd Məzahir oğlu) vəziyyəti və səhhəti ilə bağlı əsaslı açıqlama yayılmasına, onların ailə üzvləri ilə görüşünə, evə buraxılmasına kömək edin;

- Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyi üçün yetərli işlərin görülməsinə köməklik göstərin.

Sizin hər biriniz Rusiya Federasiyasının tanınmış, nüfuzlu ədəbiyyatçıları, ictimai xadimlər, ədəbiyyat və mədəniyyəti təmsil edən görkəmli şəxslərsiniz.

Bir Azərbaycan ailəsinin və soyağacının faciəsinin dərinləşməməsi üçün imkanlarınızı, şəxsi nüfuzunu əsirgəməmənizi xahiş edirəm."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see290

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see214

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see188

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see145

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see144

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see141

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see141

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see138

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see138

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see137

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see135

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see133

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see132

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see131

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see130

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see129

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see129

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see126

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see126

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri