Icma.az
close
up
RU
525ci qəzet Zəfər Parkı xalqımızın milli qürur və əzmkarlığının, qüdrətinin rəmzidir

525ci qəzet Zəfər Parkı xalqımızın milli qürur və əzmkarlığının, qüdrətinin rəmzidir

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqı Zəfər bayramının dördüncü ildönümündə qalibiyyətimizin rəmzlərindən biri olan Zəfər  Parkının açılışına da şahidlik etdi. Yenilməz Sərkərdə, güclü Lider İlham Əliyevin 21 illik fəaliyyətinin növbəti uğur salnaməsi tariximizə əbədi həkk olundu.

Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin yaddaşlara həkk edilməsi,şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi vədaimi yaşadılması,eləcə də gələcək nəsillərə düzgün və dolğun məlumatların çatdırılması məqsədilə müvafiq qurumlara Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanaraq sürətlə tikinti işlərinə başlanılıb.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva ötən müddət ərzində bir neçə dəfə inşası davam etdirilən Zəfər parkında görülən işlərlə tanış olublar. Bu il iyulun 24-də isə Prezident İlham Əliyev yenidən Zəfər parkında olub və müvafiq göstərişlərini verib.

8 Noyabr prospektində inşa olunan və ərazisi 10 hektara yaxın Zəfər Parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər Tağı müasir üslubda inşa edilməklə, xüsusi tarixi-memorial abidə kimi paytaxtımıza möhtəşəm əzəmətlik verir, dizayn və estetikası, tikinti xüsusiyyətləri ilə zəfərimizi ən layiqli şəkildə əks etdirir,Azərbaycanın gücünüvə qüdrətini, sarsılmaz birliyini təcəssüm etdirir.

Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub ki, bu da mili kimliyimizin, iftixarımızın manifesti kimi dünyaya ucalan yüksəliş rəmzidir.Eləcə də Park ərazisindəki memorial abidə Vətən müharibəsinin əbədi ensiklopediyası kimi 44 günün hər bir uğur və qələbə səhnəsinin obrazını yaradır.

Hazırda Parkın ərazisində sürətlə tamamlama işləri aparılan Zəfər Muzeyi də isə qələbəmizin bütün şanlı səhnələrini canlandıracaq qızıl fondaçevriləcək. Muzeydə torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Gələcək nəsillərə Zəfərin hər bir fraqmenti haqqında canlı təsəvvür formalaşdıracaq.

Zəfər Parkı həm də xalqımızın milli həmrəyliyinin və mütəşəkkil birliyinin, qürur və əzmkarlığının, tarixi ədalətin rəmzidir. Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən milli simvolumuzdur. Cənab Prezidentin vurğuladığı kimi şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkının açılması, Zəfər Tağı, Zəfər Abidəsinin istifadəyə verilməsi və Zəfər muzeyinin inşa edilməsi parlaq Zəfərimizi əks etdirən yeni simvolumuzdur. Bu simvol və rəmzlər bizimlə əbədi olacaq, Qələbəmizi əbədiləşdirəcək.

Dövlət başçının açılış mərasimində söylədiyi məzmunlu nitq, verdiyi ünvanlı mesajlar 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın revanzişm cəhdlərinə, onları yeni müharibəyə təhrik edənlərə və 30 il ərzində ölkəmizə qarşı haqsızlıq edən, ikilistandartlarla işğalı əbədiləşdirməyə çalışan və bu gün də təcavüzkar dövləti himayə edənlərə növbəti xəbərdarlıq idi.

“Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi”.

2003-cü ildə ilk dəfə Prezidenti vəzifəsinə seçiləndə ərazi bütövlüyümüzü bərpa edəcəyi vədini verən Prezident İlham Əliyev bu illər ərzində güclü iqtisadiyyat, güclü ordu yaradaraq, xalq-iqtidar birliyini möhkəmləndirərək, vətənpərvər mübariz döyüş ruhlu gənc nəsil yetişdirərək Qələbəmizi təmin etdi və Zəfərin Tağını ucaltdı. Bütün dünyaya və regiona sübut etdi ki, bu qərar yeganə düzgün addım idi və dünya bu reallıqla barışmağa məcbur olub.

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazaraq işğalçı ölkəyə və havadarlarına layiqli yerlərini göstərdi. Dövlət başçısı Ermənistana və onusilahlandıranməkrli qüvvələrə xəbərdarlığını etdi.

Ermənistan və havadarları açıq gözlə Hərbi Qənimətlər Parkına, Zəfər Parkına, Zəfər Tağına baxaraq dərs çıxarmalıdır. Çünki Zəfər abidələri və tarixi memorial kompleksləri hər bir azərbaycanlıda milli qüruru və qələbə ruhunu gücləndirir, gələcəyə qalib xalq kimi baxmağa, ölkəmizin inkişafına inamla xidmət etməyə qüvvət verir.

Dörd il ərzində suverenliyimizin təmin edildiyi torpaqlarımızda fasiləsiz aparılan nəhəng quruculuq missiyasını öz gücü və potensialı ilə aparan Azərbaycanın qarşısında qoyduğu bütün hədəf və məqsədlərə çatmaq əzminə işarə edir. Bu həm də, sülhpərvər məram və niyyətləri ilə bölgədə əbədi əmin-amanlıq, səadət istəyən, rifah quruculuğu yaradan Azərbaycanın daha yeni nailiyyətlərə aparan mayakdır. Dövlətin və xalqın əbədi birliyinin salnaməsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir”.

Ramid Namazov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri