5300 kilometrlik velosiped turunu başa vurdu, bir gün sonra vəfat etdi
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Avstraliyada motor neyron xəstəliyinə (MND) diqqət çəkmək və ianə toplamaq məqsədilə 5300 kilometrlik velosiped turunu uğurla başa vuran 82 yaşlı Bob Montqomeri turu tamamladıqdan cəmi bir gün sonra vəfat edib.
Sherg.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, motor neyron xəstəliyi ilə bağlı maarifləndirmə kampaniyalarında fəal iştirak edən və bu məqsədlə 300 min Avstraliya dollarından çox vəsait toplayan Bob Montqomeri son altı həftəlik velosiped turuna da qatılıb.
Qərbi Avstraliya ştatından yola çıxan Montqomeri təxminən 5300 kilometr məsafə qət edərək avqustun 2-də Yeni Cənubi Uels ştatındakı doğma şəhərinə çatıb.
O, avqustun 3-də turu uğurla başa vurmasını qeyd etmək üçün təşkil olunan tədbirdən evinə qayıdarkən qəfil halı pisləşib və həyatını itirib.
Yeni Cənubi Uels Motor Neyron Xəstəliyi Assosiasiyası Bob Montqomerinin xatirəsinə velosiped turu təşkil edəcəyini və ona ölümündən sonra fəxri mükafat təqdim olunacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Avqust 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















