57 milyon nəfər demensiya yaşayır: Rəsmi qurumlar həyəcan təbili çalır
Icma.az, News24 portalına istinadən məlumat verir.
Unutqanlıq çox vaxt qocalığın təbii nəticəsi kimi qəbul olunsa da, həkimlər bunun demensiyanın ilk əlamətlərindən biri ola biləcəyini bildirirlər.
News24.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən 57 milyon insan demensiya yaşayır. Hər il təxminən 10 milyon yeni insana bu diaqnoz qoyulur. Mütəxəssislərin sözlərinə görə, xəstələrin təxminən 10 faizi erkən yaşlarda, yəni 65 yaşdan əvvəl demensiyaya yaxalanır.
Xəstəliyin tam müalicəsi olmasa da, sosial iştirak, fiziki və zehni fəaliyyət həyat keyfiyyətini artırır. Bəzi dərmanlar isə simptomların idarə olunmasına və prosesin yavaşladılmasına kömək edir.
Qeyd edək ki, demensiya yaddaş, düşünmə, ünsiyyət və gündəlik həyat bacarıqlarının zəifləməsi ilə müşahidə olunan xroniki beyin pozuntusudur.
Aqil Qarayev
Baxış sayı:58
Bu xəbər 02 Oktyabr 2025 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















