Icma.az
close
up
RU
575 bal yığan abituriyenti valideynləri evdən qovdular TƏFƏRRÜAT

575 bal yığan abituriyenti valideynləri evdən qovdular TƏFƏRRÜAT

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinin Huaihua şəhərindən olan 17 yaşlı Xiaokai, valideynlərinin onu evdən qovması və giriş qapısının kodunu dəyişdirilməsi səbəbindən küçədə qalıb.
 

Sfera.az bildirir ki, Çinin ən yaxşı tələbəsinin hekayəsi ölkədə məşhurlaşıb. Yerli sosial şəbəkələrdə münaqişənin səbəbləri ilə bağlı canlı müzakirələr başlayıb.
 

Gəncin özü valideynlərinin bu hərəkətinə səbəbin onun imtahan balının kifayət qədər yüksək olmaması ilə izah edib.
 

Xiaokai iddia edir ki, qəbul imtahanında mümkün 750 baldan 575 bal toplayıb. Bu kifayət qədər yüksək nəticə olsa da, tələbənin valideynləri bunu hələ 1998-ci ildə hökumətin təşəbbüsü ilə yaradılan Çinin ən nüfuzlu 39 universitetindən ibarət 985 səviyyəli universitetə qəbul üçün yetərli sayır.
“Biz razılaşdıq ki, “985”ə daxil olmasa, biz onun təhsil haqqını ödəməyəciyik” - deyə uşağın atası Luo bildirib.
 

Xiaokainin valideynləri əmindirlər ki, onun nəticələrinin pisləşməsi onun telefona hədsiz həvəsi ilə bağlı olub. İki il əvvəl oğlan yazılı şəkildə bütün diqqətini dərslərinə yönəldəcəyinə söz verdikdən sonra ona smartfon alıblar.
 

"O, tez bir zamanda telefona aludə oldu, oyun oynamağa getdikcə daha çox vaxt sərf etməyə, hətta dərsdən yayınmağa başladı".
 

Jurnalistlər gəncin evdən qovulduğunu, giriş qapısının kodunun dəyişdirildiyini yazır. Xiaokai anasına zəng edəndə, o, hazırda ezamiyyətdə olduğu üçün yeni parolu bilmədiyini deyib. Amma sonra qadın oğluna “kömək istəmə” deyib və birbaşa bildirib ki, gənc oğlan məktəbdə etməli olduğu işi etməyib, yəni yaxşı oxumayıb.
"Sən bizim qaydalarımıza əməl etmədin. Bu dünyada qaydasız yer yoxdur, elə deyilmi? Biz öz həyatımızı yaşayacağıq, sən də öz həyatını yaşayacaqsan"- anası aralarındakı söhbət zamanı bu sözləri Xiaokaiyə deyib.

Tələbənin sözlərinə görə, valideynləri ona ultimatum verib - ya evə qayıdıb, valideynlərinin qaydalarına əməl edəcək, ya da müstəqil yaşayıb iş axtaracaq. Yeniyetmə digər böyüklərin uşaqlarına münasibətinə heyran qalıdığını bildirib.
 

Xiaokai jurnalistlərə deyib: "Mənimkilər isə inadkardırlar. Onlar ifrata vararaq, məni itaət etməyə məcbur edirlər".
 

Xiaokai Luonun hekayəsi Çin sosial mediasında viral olub. İstifadəçilər gənc oğlanı dəstəkləyərək, valideynlərinin oğullarına qarşı çox qəddar olduqlarını bildiriblər.

Aynil
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyul 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri