58 yaşlı vəzifəli şəxs qəflətən dünyasını dəyişdi FOTO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon üzrə nümayəndəsi Möhlət Nəzərov dünyasını dəyişib.
Ölkə.az-ın məlumatına görə, 1966-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş Möhlət Salman oğlu Nəzərov bu il noyabrın 27-də, 58 yaşında qəflətən ürək tutmasından vəfat edib.
Qeyd edək ki, M.Nəzərov Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərovun qardaşıdır.


58 yaşlı vəzifəli şəxs qəflətən dünyasını dəyişdi (FOTO)
30 Noyabr 2024 10:21

