Icma.az
close
up
RU
59 yaşında tələbə oldu Müəllimləri arasında oğlu da var

59 yaşında tələbə oldu Müəllimləri arasında oğlu da var

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu fikirlər müsahibimiz Elşad Əhmədova məxsusdur. Bu dəfə onlarda rollar dəyişib. Elə özünün də dediyi kimi, əlindən tutub addımlamağı öyrətdiyi oğlu ona təhsil yolunda dəstək göstərib.

Ölkə.az “Azərbaycan müəllimi”nə istinadən Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən məzun olan 59 yaşlı ata və ona dəstək olan müəllim övladından hazırladığı yazını təqdim edir.

Mərkəzin məzunu Əhmədov Elşad Telman oğlu 1967-ci ildə Bərdədə doğulub. Bakı şəhərində 90 nömrəli peşə məktəbində “Radioteleviziya” ixtisası üzrə təhsil alıb. Növbəti peşə təhsilini isə illər sonra 1 illik  “Elektrik qaz qaynağı” ixtisası üzrə doğulduğu Bərdədə davam etdirib. Motivasiya səbəbinin övladı oluğunu deyir müsahibimiz:

“Oğlum tez-tez peşə təhsili, mərkəzdəki tədris prosesi, maddi-texniki bazası haqqında məlumatlar verirdi. Buna mənim ən böyük istiqamətlənmə səbəbim deyə bilərəm. Yaş məsələsinə gəldikdə, “oxumaq hər yaşda mümkündür” şüarı mənə bir az da təkan verdi. Oğlum Musa yüksək texniki peşə təhsil səviyyəsi üzrə dərs deyir, mən isə texniki peşə səviyyəsi üzrə təhsil alırdım. Təsəvvür edin ki, evdən ata-oğul olaraq çıxıb, mərkəzə müəllim-tələbə kimi daxil olurduq”.

E.Əhmədov burada yaxşı yoldaşlar qazandığını, ona göstərilən etimadı doğrultmaq üçün bacardığı qədər çalışdığını dilə gətirir:

“Fənn müəllimlərimin hər zaman  qayğısını hiss etmişəm. Mən də öz növbəmdə onların etimadını davamiyyətim, dərslərə hazır gəlməyimlə doğrultmağa çalışırdım. Təbii ki, bu yaşda təhsil almaq, tələbə olmaq fərqli hissdir. Düşünürəm ki, burada qazandığım təcrübələr bundan sonrakı fəaliyyətimdə böyük əhəmiyyət kəsb edəcək”.

Elşad Əhmədov yaşıdları ilə söhbətində də onlara təhsil almağın vacibliyindən danışdığını deyir. “Radioteleviziya” peşəsindən sonra “Elektrik qaz qaynağı”nda təhsil almasını isə belə əlaqələndirir:

“Niyə məhz elektrik qazqaynağı peşəsi? Çünki bu sahədə müəyyən təcrübəm var idi. Nəzəri bilikləri praktikada birləşdirib, daha yüksək nəticə əldə edəcəyimə inandığım, həm də istədiyim peşənin incəliklərinə dərindən bələd olmaq üçün təhsilə yönəldim.” 

Atasına dərs deməsə də, onun davamiyyəti, dərslərə hazırlığı ilə maraqlandığını deyən oğlu Musa Əhmədov 5 ildir ki, bu mərkəzdə müəllim olaraq fəaliyyət göstərir.

"Atam tədrisə başlamamışdan əvvəl mərkəzin daxili qayda-qanunlarından da bəhs etmişdim. Onun tədris zamanı həm davamiyyəti, həm də dərslərdə fəallığı yüksək olub. 

Bilirsiniz, mərkəzin qapısından içəri “qohumluq”, “şəxsi tanışlıqlar” keçməməlidir. Bunların hamısı artıq ikinci planda olmalıdır. Atamın tələbə, mənim isə müəllimlik fəaliyyəti göstərdiyim mərkəz istər ölkədaxili, istərsə də ölkəxarici yarışlar da iştirak edir, qalibiyyət qazanır. Bu da təhsilə, inkişafa meyilliyin göstəricisidir deyə bilərəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri