Icma.az
close
up
RU
6 AYA TƏHVİL VERƏCƏKDİ, 11 İLDƏN SONRA SÖKDÜ... Bakıda daha bir böyük tikinti dələduzluğu + FOTOLAR

6 AYA TƏHVİL VERƏCƏKDİ, 11 İLDƏN SONRA SÖKDÜ... Bakıda daha bir böyük tikinti dələduzluğu + FOTOLAR

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2014-cü ildə Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 280c, 150d (Əvvəlki adı ilə Kazımağa Kərimov küçəsi 150a) ünvanında fiziki şəxs Əhmədov Saday İsax oğlunun inşasına başladığı üçmərtəbəli binadan (müqaviləyə "Konsern Interturan" MMC-nin möhürü vurulmuş) 50 saylı Notariat Kontorunda xüsusi notariusun iştirakı ilə müqavilə əsasında 7 ailə 8 mənzil aldıq. Saday Əhmədovun 6 ay ərzində binanın təhvil veriləcəyinə söz verməsinə baxmayaraq, 11 il keçsə də, evi bizə təhvil vermədi”.

Bunları tikinti şirkətinin rəhbəri tərəfindən aldadıldığını iddia edən Bakı şəhər sakini Əsədov Mehman Yunis oğlu “AzPolitika”-ya ünvanladığı şikayət məktubunda bildirib.

Şikayətçi S.Əhmədovun 2023-cü ildən bəri onların zənginə cavab vermədiyini, köməkçisi Eldəniz Əhmədovun isə hər dəfə yalan vədlərlə onları aldatdığını qeyd edir.

O, bildirir ki, S.Əhmədov 2025-ci il yanvarın 15-də Fövqəladə Hallar Nazirliyindən evin sökülməsi ilə bağlı saxta rəy almaq istəyib. “Xəzər TV-nin çəkiliş qrupunu əraziyə dəvət etdik və onlar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladılar, FHN-dən evin qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilmədiyi bildirildi. Buna baxmayaraq, fevral ayının 11-də heç bir mənzil sahibinə xəbər vermədən evin dam örtüyünün sökülməyə başladığını gördük və işçilərdən evin sökülməsinin kim tərəfindən təşkil olunduğunu soruşduq. Onlar göstərişin Əhmədov Saday, Əhmədov Eldəniz və İcra Hakimiyyətindən olduğunu qeyd etdilər. Halbuki, binanın çıxarışı, notariat tərəfindən alqı-satqı müqaviləsi, məhkəmə tərəfindən toxunulmazlığı, sığortası və üzərində qeydiyyatda olanlar var idi”,- şikayətçi qeyd edir.

M.Əsədovun sözlərinə görə, onların bütün səylərinə baxmayaraq S.Əhmədov əraziyə ağır inşaat texnikaları cəlb edərək, söküntü işləri aparıb. Şikayətçi qeyd edir ki, sökülən binada mənzilləri olan zərərçəkənlərlə birlikdə fevral ayının 13-də Xətai Rayon İcra Hakimiyyəti, eləcə də Xətai Rayon Prokurorluğuna yollanıblar, ancaq hər 2 qurum bu işdən xəbərlərinin olmadığını və söküntü işinə baxmadıqlarını bildiriblər.

Şikayətçilər aiddiyatı qurumlara müraciət edərək hüquqi dövlətin vətəndaşları kimi kəskin şəkildə pozulan hüquqlarının bərpası, kimliyindən və statusundan asılı olmayaraq mülklərini dağıdıb onlara maddi və mənəvi zərər verənlərin cəzalandırılmasını, eyni şərtlərlə alternativ evlə təmin olunmalarına köməklik göstərilməsini xahiş edirlər.

“AzPolitika.info”



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri