Icma.az
close
up
RU
6 aylıq iqtisadi artım dinamikası

6 aylıq iqtisadi artım dinamikası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsi bu ilin yanvar-iyun ayları üzrə Azərbaycanın əsas makroiqtisadi göstəricilərini açıqlayıb. Məlumatlar ölkə iqtisadiyyatında investisiya qoyuluşunun, əhalinin gəlirlərinin, qeyri-neft sektorunun, pərakəndə ticarətin, sənaye, kənd təsərrüfatı, nəqliyyat və informasiya-rabitə sahələrinin artdığını göstərir. Eyni zamanda, xarici dövlət borcu azalıb, strateji valyuta ehtiyatları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz çoxdur. O cümlədən qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu son bir ildə 5,5 faiz artaraq 6 milyard 131,6 milyon manata çatıb.

***

Hesabat dövründə ölkə əhalisinin nominal gəlirləri 47 milyard 309 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 10,3 faiz çoxdur.

***

Yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32 milyard 388,8 milyon manatlıq mal satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Xatırladaq ki, yanvar-may aylarının yekununda ölkədə pərakəndə ticarət dövriyyəsində 3,8 faizlik artım qeydə alınmışdı.

***

Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 85 milyard 768,9 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən il iyulun 1-i ilə müqayisədə 10,4 faiz çoxdur. Bununla yanaşı, iyun ayında strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon ABŞ dolları azalıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin sonunda bu göstərici 85,1 milyard ABŞ dolları olub.

***

İyulun 1-nə ölkənin xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azdır. Təkcə iyun ayında xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb. Ötən ilin yekununda isə xarici dövlət borcu 6,7 faiz azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) enmişdi.

***

Yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Hesabat dövründə neft-qaz sektoru üzrə ÜDM 0,7 faiz azalaraq 19 milyard 610,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-i isə 1,5 faiz artaraq 55 milyard 596,5 milyon manata çatıb.

***

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, bu il ölkədə iqtisadi artımın 1,1 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 faiz olacağı gözlənilir. Hökumətin yenilənmiş proqnozlarına əsasən isə 2026-cı ildə ÜDM-in 1,7 faiz artacağı, neft-qaz sektoru üzrə iqtisadi azalmanın 3,3 faiz, qeyri-neft-qaz sektoru üzrə isə iqtisadi artımın 3,7 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

İlin ilk altı ayında sənaye istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 33 milyard 71 milyon manat olub. Qeyri-neft-qaz sənayesində istehsalın dəyəri 4,1 faiz artaraq 10 milyard 769,6 milyon manata yüksəlib.

Eyni dövrdə kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,2 faiz artaraq 7 milyard 85,3 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8 faiz artaraq 7 milyard 817,6 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri isə 7,5 faiz artaraq 1 milyard 966,5 milyon manat təşkil edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri