Icma.az
close
up
RU
6 həftəlik sülh və reallığın çoxqatlı dinamikası (ŞƏRH)

6 həftəlik sülh və reallığın çoxqatlı dinamikası (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Cənubi Qafqazda baş verən proseslər təkcə region ölkələrinin deyil, həm də qlobal güclərin diqqət mərkəzindədir. Xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Belə bir həssas və mürəkkəb mərhələdə səsləndirilən bəyanatlar isə təkcə informativ xarakter daşımır, eyni zamanda siyasi mesaj və mövqe ifadəsi kimi də çıxış edir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun "Azərbaycan və Ermənistan 6 həftəyə sülh sazişinə nail oldu” bəyanatı beynəlxalq informasiya məkanında diqqətçəkən siyasi tezis kimi çıxış edir. "37 illik müharibə”dən "ən yaxın dostluğa” keçid kimi təqdim olunan bu yanaşma ilk baxışda sürətli və uğurlu diplomatik proses təsiri yaratsa da, mahiyyət etibarilə daha çox siyasi kommunikasiya nümunəsidir. Çünki beynəlxalq münasibətlərdə belə ümumiləşdirilmiş və qısa zaman çərçivəsinə sığdırılmış təsvirlər adətən reallığın yalnız bir hissəsini əks etdirir. 

Azərbaycan-Ermənistan münaqişəsi tarixi, siyasi və təhlükəsizlik baxımından dərin köklərə malik olub və onun həlli də mərhələli şəkildə formalaşan kompleks prosesdir. Bu kontekstdə xüsusilə Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük anti-terror əməliyyatı dönüş nöqtəsi kimi qiymətləndirilməlidir.

Həmin əməliyyat nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və regionda yeni siyasi-hərbi reallıq formalaşdırdı. Məhz bu reallıq sonrakı sülh danışıqlarının əsasını təşkil edən fundamental faktor kimi çıxış edir. 

Bu baxımdan, sülh prosesinin "6 həftə” ilə məhdudlaşdırılması əslində illərlə davam edən qarşıdurmanın son mərhələsinin sadələşdirilmiş təqdimatıdır. Reallıqda isə proses bir neçə əsas komponentdən ibarətdir - post-münaqişə mərhələsi, sərhədlərin delimitasiyası və demarkasiyası, təhlükəsizlik mexanizmlərinin qurulması və ən əsası, cəmiyyətlər arasında etimadın tədricən bərpası.

Vaşinqtonda sülh müqaviləsi mətninin paraflanması mühüm diplomatik nailiyyət kimi qiymətləndirilə bilər. Bu addım tərəflərin prinsipial məsələlər üzrə ortaq mətn üzərində razılığa gəldiyini göstərir. Lakin analitik yanaşma baxımından paraflanma yekun mərhələ deyil - sənədin imzalanması və onun real siyasi münasibətlərdə tətbiqi daha mürəkkəb və zaman tələb edən prosesdir. Diplomatiyada formal razılaşmalarla faktiki normallaşma arasında ciddi fərq mövcuddur. 

Uitkoffun çıxışında ABŞ-ın və xüsusilə vasitəçi rolunda çıxış edən siyasi fiqurların ön plana çəkilməsi Vaşinqtonun bu prosesdə geosiyasi mövqeyini gücləndirməyə yönəlmiş mesaj kimi də interpretasiya oluna bilər. 

Bununla belə, regionda sülhün davamlılığı və effektivliyi ilk növbədə Azərbaycan və Ermənistanın siyasi iradəsindən və qarşılıqlı öhdəliklərə sadiqliyindən asılıdır. 

"Ən yaxın dostlar” tezisi isə daha çox diplomatik optimizm çərçivəsində dəyərləndirilməlidir. Mövcud mərhələdə tərəflər daha çox normallaşma və risklərin azaldılması fazasındadır. Bu mərhələdən strateji tərəfdaşlığa keçid isə uzunmüddətli və çoxşaxəli proses tələb edir. 

Nəticə etibarilə, "6 həftəlik sülh” ifadəsi siyasi ritorika baxımından cəlbedici olsa da, analitik reallıq daha mürəkkəbdir. 

Sülh prosesi yalnız diplomatik sənədlərlə məhdudlaşmır. O, həm də müharibədən sonrakı yaddaşın transformasiyası, siyasi institutların uyğunlaşması və cəmiyyətlərarası münasibətlərin yenidən qurulması ilə bağlı uzunmüddətli bir prosesdir. Bu səbəbdən, regionda formalaşan yeni reallıqlar-xüsusilə  Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi strateji üstünlük-sülh gündəliyinin əsasını təşkil etsə də, onun tam və dayanıqlı nəticələr verməsi zaman və ardıcıl siyasi iradə tələb edir.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar.

Siyasət şöbəsi


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Aprel 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri