Icma.az
close
up
RU
“6 aylıq körpəyə baxanda belə həzz alırlar” Pedofillər axtalansınmı?

“6 aylıq körpəyə baxanda belə həzz alırlar” Pedofillər axtalansınmı?

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanda pedofiliyaya görə məhkum edilən şəxslərə kimyəvi axtalama tətbiqinin yenilənmiş qaydaları oktyabrın 17-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, cəza yalnız yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlər törətmiş şəxslərə şamil olunacaq və məhkəmə qərarı ilə həyata keçiriləcək. Prosedur birbaşa həbsxanalarda və müəyyən hallarda ambulator tibb müəssisələrində icra olunacaq.

Azərbaycanda da müxtəlif vaxtlarda cinsi zorakılıq, xüsusən də uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədənlərin cəzasının daha da ağırlaşdırılması, onların axtalanması məsələsi gündəmə gətirilib. Bəzi şəxslər bunu dəstəkləsə də, qarşı çıxanlar da az olmayıb. Bəs Qazaxıstan təcrübəsi ölkəmizdə də tətbiq oluna bilərmi?

Hüquqşünas Emil Aslanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu tədbirlərin tətbiqi ciddi hüquqi və etik mübahisələrə səbəb ola bilər: Marqarita pizza

O xatırladıb ki, belə cinayətlərə yol verənlər azadlıqdan məhrumetmə cəzasına məhkum olunurlar: “Kimyəvi axtalama kimi əlavə tədbirlər isə insan hüquqlarına zidd hesab olunur və birmənalı olaraq Avropa hüquq normalarına uyğun deyil. Pedofiliya ciddi cinayətdir və Azərbaycan Cinayət Məcəlləsinin 149-cu maddəsi zorlamaya, 150-ci maddəsi isə seksual xarakterli zorakılıq hərəkətlərinə görə məsuliyyəti müəyyən edir. Bu maddələrdə göstərilən cəza tədbirləri kifayət qədər sərtdir və əlavə məcburi kimyəvi müdaxilə qanuni olaraq zəruri sayılmır”.

E.Abbasov həmçinin vurğulayıb ki, belə tədbirlər insanlığa sığmayan xarakter daşıya və beynəlxalq hüquq normalarına zidd ola bilər:

“Belə qanunlar, xüsusilə kimyəvi axtalama tədbirləri, birmənalı olaraq Avropa Konsensiyasına ziddir və insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bu cür müdaxilələr şəxslərin fizioloji və psixoloji sağlamlığına ciddi təsir göstərə bilər və hüquqi baxımdan da mübahisəlidir”.

Bəs pedofiliyanın müalicəsi mümkündürmü?

“Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərova söyləyib ki, pedofiliya uşaqların istismarı və insan haqlarının ən ağır pozuntularından biridir.

“Pedofiliya uşaqların istismarıdır, dünyada insan haqlarının ən ağır pozuntularından. Pedofiliya daha çox kişilərdə müşahidə olunur, az hallarda qadınlarda bu pozuntuya rast gəlmək olar. İnsan sonradan pedofil olmur, pedofil doğulur. Bunun bir çox səbəbi var, məsələn, hamilə qadının ağır infeksiyalardan əziyyət çəkməsi, yüksək hərarətinin olması, yıxılması birbaşa dölün beynində problemlər yaradır.

Bu cür uşaqlarda pedofiliya özünü 16-17 yaşından biruzə verir. Biz kənardan diqqətli müşahidə ilə belə uşaqları müəyyən edə bilərik, bu şəxslər uşaqlara qarşı yersiz yaxınlıq edir, mehribanlıq göstərirlər, uşağı qucağına alıb oynadırlar. Elə pedofillər var ki, 6 aylıq uşağa qarşı da bunu düşünürlər, körpə uşağın cinsiyyət orqanına toxunmaqla belə həzz alırlar. Bu, ciddi xəstəlikdir”, - psixoloq qeyd edib.

Aytən Ələkbərova deyib ki, bəzən valideynlər 11-12 yaşlı övladlarının birdən-birə hamıdan uzaqlaşdığını müşahidə edirlər, lakin səbəbini anlamırlar.

“Əslində isə belə halların arxasında uşağın 5-6 yaşlarında dayısı, xalası, qonşusu, atasının dostu və ya başqa bir şəxs tərəfindən seksual qısnamaya məruz qalması dayana bilər. Uşaq böyüdükcə baş verənləri daha aydın dərk edir və bu, onda dərin psixoloji sarsıntı, depressiv vəziyyət yaradır”, - o bildirib.

Psixoloqun sözlərinə görə, bu xəstəlik bəzi hallarda narkotik aludəçilərində də müşahidə olunur.

“Çünki onlar cəmiyyət tərəfindən kənarlaşdırılırlar və bu tip uşaqlara meyl edirlər. Bu halda düşünürlər ki, uşaqlar onun narkoman olduğunu anlamır.

Bəzi ölkələrdə bu şəxslərə ona görə bu dərəcədə ağır cəzalar verilir ki, onlar bunun üçün planlar cızır, planla addımlayırlar. Mən düşünürəm ki, bu cür insanlar ən ağır cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki bu məsələdə başqa çıxış yolu yoxdur”, – Ələkbərova vurğulayıb.

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da açıqlama verib. O deyib ki, pedofiliya psixoloji xəstəlikdir və yetkin olmayan uşaqlara qarşı cinsi maraqla xarakterizə olunur:

“Pedofiliya psixoloji xəstəlikdir. Şəxsin yetkin olmayan uşaqlara cinsi maraq göstərməsidir. Bioloji amil olaraq genetik faktorlar nəzərə alınır. Xəstənin anemnestik məlumatları toplananda onun psixoloji tarixçəsi də sorğulanır. Hansısa uyğunluq yaradacaq məqamın olması genetik faktoru diqqətdə saxlayır. İnsan beynində serotonin və dopamin balansının pozulması anormal halların müşahidəsini göstərir. Sosial amillər tətikləyici faktor olaraq özünü göstərir. Ailə mühitində cinsi rol formalaşmırsa, uşağın gələcək cinsi kimliyində balans pozulur. Uşaq böyüyəndə pedofiliyanı normal hal kimi qəbul edə bilər və ya uşaq yaşlarında pedofiliyanın qurbanına çevrilə bilər. Cəmiyyətdə pedofiliyanı normallaşdıracaq müzakirələr və hansısa ifadə olunmuş həqiqətlər yaranmış hansısa mənfi halı doğru olduğunu göstərə bilər. Ailədə, məktəbdə və cəmiyyətdə cinsi maarifləndirmə faəliyyətləri olmalıdır”.

Psixoloq qeyd edib ki, pedofiliyanın müalicəsi mürəkkəb prosesdir:

“Pedofiliyanın müalicəsi mürəkkəb prosesdir. Həm psixiatr tərəfindən dərman müalicəsi, həm də klinik psixoloq tərəfindən düşüncə və davranış terapiyaları aparılmalıdır. Cinsi arzu və davranışların azaldılması ilə bağlı dərman müalicələri tətbiq edilməlidir. Emosional tənzimlənmə və sosial bacarıqlarının inkişafı istiqamətində addımlar atılmalıdır. Eyni problemi paylaşan insanlarla qrup seansları tətbiq olunmalıdır. Müalicə prosesində biopsixososial yanaşma aparılmalıdır. Fərdin mədəniyyətini və hüquqlarını nəzərə almaq vacibdir”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri