Icma.az
close
up
RU
6 AYLIQ UŞAQ QİDASI ÜÇÜN 1000 MANAT... “Bütün ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın AzPolitika onlayn siyasiictimai qəzet

6 AYLIQ UŞAQ QİDASI ÜÇÜN 1000 MANAT... “Bütün ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı uşaq yeməkləri və uşaq ləvazimatlarının qiymətinin bahalaşmasından şikayətlənib. Deputat bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur. Ə. Məsimli təklif edib ki, uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır.

Məlumat üçün bildirək ki,Azərbaycanda uşaqlar üçün qida məhsulları istehsal olunmur. Ölkəmizə süni uşaq qidaları daha çox Türkiyə, Almaniya, İordaniya, İsveçrə və Rusiya kimi ölkələrdən gətirilir. İdxal olunan bu qidaların qiyməti isə aztəminatlı ailələr üçün əlçatan deyil.

“AzPolitika”-nın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq paytaxtda yerləşən supermarketlərdən birində uşaq qidalarının qiymətləri ilə maraqlanıb. Nə qədər təəccüblü görünsə də, ölkəmizdə hazırda qiyməti 84 manatdan baha olan süni uşaq qidaları satılır. Orta keyfiyyətdə olan və pediatların məsləhət gördükləri qidaların qiyməti isə 20 manatdan bahadır.

Uşaq qidalarının bəzilərinin qiymətini oxuculara təqdim edirik:

- “Kabrita” (dəmir qutu) – 84 manat 99 qəpik;

- “Aptamil” (dəmir qutu) -52 manat 99 qəpik;

- “Aptamil” (sadə qutu) - 30 manat 99 qəpik;

- “Kabrita” (sadə qutu) – 23 manat 99 qəpik;

- “Nan” – 18 manat 59 qəpik;

- “Hipp” organic – 17 manat;

- “Bellakt” – 12 manat 15 qəpik;

- “Hipp” night tea – 10 manat 35 qəpik;

- “Malyutka gold” – 12 manat 99 qəpik;

- “Organic” - 8 manat;

- “Bebi” – 7 manat 75 qəpik;

- “Premium” – 7 manat 75 qəpik;

Qeyd edək ki, ən ucuz uşaq qidası İran istehsalı “Kent” 1 manat 75 qəpiyə, “Prinç unu” uşaq qidası isə 2 manat 35 qəpiyə təklif olunur.

Pediatrlara görə, əgər ana uşağı təkcə süni uşaq qidası ilə qidalandırırsa, bu qida uşağa maksimum bir həftə üçün kifayət edir. Yox əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır. Bu zaman ən bahalı uşaq qidası üçün bir aya 168 manat ödənməlidir. Uşağın ən azı 6 ay süni uşaq qidası qəbul etməli olduğunu nəzərə alsaq, bir valideyn 6 ayda qiyməti 84 manat 99 qəpik olan süni uşaq qidası üçün 1020 manat pul xərcləməlidir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, sözügedən vergi güzəşti fərdi şəkildə təkcə uşaq qidalarına yox, bütün ərzaq məhsulları üçün tətbiq edilməlidir: “Təklifim budur ki, ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın. Məsələn, biz avtomobil, məişət texnikası və ya mobil telefon alan zaman da 18 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirik, hər hansı bir ərzaq məhsulu alanda da. Mən ərzaq məhsullarının ƏDV-sinin qeyri-ərzaq məhsulları ilə müqayisədə aşağı salınmasının tərəfdarıyam. Məsələn, bu rəqəm 10 faizə endirilə bilər”.

Ekspert qeyd edir ki, uşaq qidalarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir:“Bu məsələ ilə İqtisadiyyat Nazirliyindən ayrılan Elektron Rəqabət İnformasiya Sistemi məşğul olmalıdır. Bu rəqabət orqanı analiz etməlidir ki, bazarda monopoliya var, yoxsa yox? Yəni inhisarçılıq rəqabət məcəlləsinin pozulması kimi hallar varsa, bu qiymətlər üzərində nəzarət formalaşdırıla bilər. Monopoliya o halda ola bilər ki, uşaq qidaları bir əldən bazara girsin, bu qidaları ölkəyə vahid komanda ilə işləyənlər gətirsin və ya müxtəlif şəxslər eyni anda razılaşma əsasında qiymətləri qaldırsın. Bir sözlə süni şəkildə bazar mexanizminə müdaxilə olsun. Yox əgər, xüsusi nələrsə edilmirsə, bu zaman qiymətlərlə bağlı hökumətin ata biləcəyi hər hansı bir addım yoxdur”.

X. Kərimlinin sözlərinə görə, bazar iqtisadiyyatı mühitində fərqli qiymətlər olmalıdır:“Burada kasıb insanlarla yanaşı, varlı insanlar da var. Hərkəs öz büdcəsi əsasında seçim etməlidir. Bazardakı uşaq qidalarının strukturu da, gətirildiyi ölkələr də fərqlidir. Məsələn, Rusiya, Belarusiya ilə yanaşı, ABŞ və Avropa ölkələrindən də qidalar gətirilir. Bu səbəbdən “hamısının qiyməti eyni olsun” yanaşması da yanlışdır. Məsələn, ABŞ-də fəaliyyət göstərən aylıq 3-5 milyon gəliri olan uşaq qidası istehlakçısı bir şirkətin məhsul xərci olur və bu qida ölkəmizə 50-60 manata gəlib çıxır. Bu zaman hökumət bir güzəşt edə bilmir”.

“Düşünürəm ki, vətəndaşlar özləri büdcələrinə uyğun uşaq qidalarını seçməlidirlər. Şərt deyil ki, hərkəs bahalı qidalardan istifadə etsin. Bizə məlumdur ki, burada bir qədər yönləndirmələr də var. Həkimlər özləri də valideynləri bu qidaları almağa yönləndirir, oradan komissiya qazanırlar. Digər tərfdən, uşaq qidaları ilə bağlı reklamlar da burada müəyyən dərəcədə rol oynayır”, - deyə ekspert bildirib.

Statistikaya görə, ölkəmizdə yenidoğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır. Onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir. 6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir. 12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir. Bu, olduqca təhlükəli rəqəmdir.

Qeyd edək ki, ana südü ilə qidalanan yenidoğulan körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77.9 faiz, 2011-ci ildə 74.5 faiz, 2012-ci ildə 83.5 faiz, 2013-cü ildə 86.5 faiz, 2014-cü ildə 93. 2 faiz, 2015-ci ildə 90.3 faiz, 2016-cı ildə 95.2 faiz, 2017-ci ilə 89.7 faiz, 2018-ci ildə 82.8 faiz, 2019-cu ildə 82.9 faiz təşkil edib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri