Icma.az
close
up
RU
6 il əvvəl azad olunan Kəlbəcərin bugünkü mənzərəsi

6 il əvvəl azad olunan Kəlbəcərin bugünkü mənzərəsi

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın zəngin təbiəti və strateji əhəmiyyəti ilə seçilən Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 6 il ötür. Hər il olduğu kimi, bu il də 25 noyabr tarixi Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

“Yeni Sabah” xəbər verir ki, 2020-ci il noyabrın 25-də azadlığına qovuşan rayonda hazırda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Əlamətdar gün münasibətilə Kəlbəcər rayonunun cari il üzrə əsas sosial-iqtisadi göstəriciləri də ictimaiyyətə təqdim edilib.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında rayonda 12 milyon 31,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri isə 61 milyon 649 min manat təşkil edib ki, bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Online alış-veriş

Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə əsas kapitala 487 milyon 111 min manat həcmində investisiya yönəldilib.

Məşğulluq göstəricilərinə gəldikdə isə, 2026-cı il oktyabrın 1-i vəziyyətinə rayonda muzdla çalışan işçilərin sayı 5,5 min nəfər, onların orta aylıq nominal əməkhaqqı isə 754,3 manat səviyyəsində qeydə alınıb. Eyni zamanda, bu ilin ilk 9 ayı ərzində Kəlbəcərdə 148 yeni iş yeri açılıb.

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri