Icma.az
close
up
RU
Paşinyan Putindən gizli tapşırıq alıb Sabiq nazirdən AÇIQLAMA

Paşinyan Putindən gizli tapşırıq alıb Sabiq nazirdən AÇIQLAMA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini təqdim edib. Lakin sənədin açıqlanması ölkə gündəmində yeni etirazlara səbəb olub. Belə ki, müxalifət məsələni sabotaj etmək istəyir. Yeni yaranan vəziyyətdə Rusiyanın, Avropa İttifaqının, İranın və Fransanın hansı addımlar  atacağı, prosesin necə nəticələnəcəyi maraq doğurur. 

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq altı ildir bu prosesi uzadır:

“Paşinyan bir oyun oynayır və bu, seçkilər ərəfəsində Rusiya rəhbərliyinə həm TRIPP layihəsinin, həm də sülh sazişi məsələsinin ləngidiləcəyi ilə bağlı söz verməsi ehtimalı ilə əlaqədardır. Bunun əvəzində isə Rusiyadan dəstək alıb. Hamıya məlumdur ki, Ermənistan parlament seçkilərində Paşinyan tərəfindən ciddi saxtakarlıqlara yol verilib. Hətta bunu Avropa diplomatları da deyirlər. Lakin o, səsləri öz hesabına artıraraq parlamentdə çoxluğu təmin edib, amma konstitusion çoxluq əldə etməyib. Halbuki seçkiləri saxtalaşdırırdısa, əlavə altı səsi də saxtalaşdıra bilərdi. Ancaq bunu etmədi. Beləliklə, sülh sazişinin və TRIPP layihəsinin əleyhinə çıxan Rusiya meyilli müxalifətin prosesi blokladığı görüntüsü yaradılıb".

Sabiq nazir qeyd edib ki, Paşinyanın hazırkı addımları görüntü yaratmağa hesablanıb:

"İran da yaxşı başa düşür ki, Ermənistan Rusiyanın sözündən çıxan deyil. Paşinyan ona verilən tapşırıqları yerinə yetirəcək. Buna görə də İran kənara çəkilərək İrəvandan xarici qüvvələrin Ermənistanda olmayacağına dair təminat aldığını bildirir. Avropa İttifaqı, o cümlədən Fransa isə TRIPP-a Avropaya qarşı nəzərdə tutulan layihə kimi baxır. Çünki onlar başa düşürlər ki, Trampın təşəbbüsü ilə Avrasiya üzərindən şimal və cənub arasındakı böhranlı bölgələri birləşdirən yol yaranacaq və onun nəzarəti ABŞ-da olacaq. Avropa İttifaqı bundan məmnun deyil. Paşinyanın hazırkı addımları görüntü yaratmağa hesablanıb. Guya o, sülh istəyir, amma buna müxalifət mane olur. Bu görüntü ABŞ-nin təzyiqlərindən yayınmaq məqsədi daşıyır. Tramp Paşinyana xatırladır ki, sülh sazişi onun ofisində imzalanıb, amma Ermənistan prosesi ləngidir. Bununla belə, Paşinyanın bu siyasətinin real sülhə xidmət etdiyinə şəxsən inanmıram və ciddi şübhələrim var. Yeni Konstitusiya layihəsinin açıqlanması da gözdən pərdə asmaq cəhdidir. Paşinyan nə açıqlayıb? Bu, sadəcə bir parça kağızdır. Referenduma çıxarılmasa, elə kağız olaraq qalacaq. Referendumun keçirilməsinə də Rusiya vasitəsilə elə bir vəziyyət yaradıblar ki, guya parlament buna imkan vermir. Buna baxmayaraq, bəziləri az qala papaqlarını göyə ataraq Paşinyanın necə gözəl siyasətçi olduğunu söyləyirlər. Halbuki o, sadəcə oyun oynayır".

Sabiq nazir hazırda bir neçə teatr səhnəsinin nümayiş etdirildiyini deyib:

"Guya Rusiya ilə Paşinyan küsülüdürlər. Mən dəfələrlə demişəm ki, bu, oyundur. Əslində, onların sanksiyalardan yayınmaqla həyata keçirdikləri ticarət dövriyyəsi artıb, sonradan Qərbin təzyiqləri nəticəsində azaldılıb. İllik 14 milyard dollardan 4 milyard dollara düşüb. Bu, kifayət qədər böyük məbləğdir. Həmin dövrdə Ermənistanın ümumi daxili məhsulunun və adambaşına düşən gəlirinin artdığı, hətta Azərbaycanı və Gürcüstanı geridə qoyduğu barədə danışılırdı. Halbuki bu malların bir çoxu Ermənistana belə gəlib çatmırdı, sadəcə sənədlər üzərində mübadilə aparılırdı. ABŞ-nin siyasətini açıq şəkildə başa düşməliyik. Avrasiya iddiası və Orta Dəhliz məsələsi hazırkı vəziyyətdə TRIPP layihəsi ilə bağlıdır. ABŞ təxminən 100 il bu yola öz nəzarətini təmin edəcək. Ona görə də bütün tərəflər layihənin ətrafında cərəyan edən proseslərə diqqət yetirirlər. Bu məsələdə Azərbaycanın mövqeyi isə açıqdır. Vaxtilə bolşeviklər tərəfindən Azərbaycan qanunsuz olaraq iki yerə bölünüb və Zəngəzur Ermənistana verilib. İndi iki hissə arasında kommunikasiyaların bərpası bizim strateji məqsədimiz və tələbimizdir. Ermənistan bu öhdəliyi Azərbaycanın qələbəsindən sonra üzərinə götürüb və Vaşinqtonda da bir daha təsdiqləyib. Əminəm ki, Azərbaycan bu istiqamətdə siyasətini davam etdirəcək və biz bu yolun açıldığını görəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri