Türk serial sektoru: Böhran qapını kəsib
Icma.az, Azvision portalına istinadən məlumat yayır.
Uzun və ucuz
Türkiyənin üstünlüyü qeyri-adi dərəcədə uzun epizodları aşağı xərclə çəkə bilməsindən irəli gəlir. Türk serialının bir bölümü (138 dəqiqə) ekran vaxtına görə ABŞ-dakından iki-üç dəfə uzundur. Amma ABŞ-da 45–50 dəqiqəlik epizod 5–7 milyon dollara çəkilirsə, Türkiyədə 22,5 milyon lirəyə (təxminən 518 min dollar) başa gəlir. Bunu 138 dəqiqəyə böləndə ekran dəqiqəsinə təxminən 3 750 dollar düşür.
İstehsal modelləri fərqli olduğundan bu rəqəmlər bədii keyfiyyəti birbaşa müəyyən etmir. Amma “uzun və ucuz” modelinin dayanıqlığı özü getdikcə daha çox müzakirə olunur. Çünki son illərin statistikası çöküşün başladığından xəbər verir:
2023–2024: 53 serial, 1 015 epizod
2024–2025: 44 serial, 860 epizod
2025–2026: 36 serial, 712 epizod
Göründüyü kimi, istehsalın həcmi getdikcə azalır, ildən-ilə daha az serial və bölüm yayımlanır.
Kanaldan çıxış yoxdur
Televiziya kanalların reklam bloklarına görə qurulan yayım siyasəti seriyaları uzatmağa məcbur edir. Uzun epizod isə artan xərc deməkdir. Son 3 mövsümdə Türkiyə seriallarının bir bölümünün orta büdcəsi 8 milyon lirədən əvvəlcə 14 milyona, sonra 22,5 milyon lirəyə yüksəlib (bu artımda ölkədəki yüksək inflyasiyanın da payı böyükdür).
Bahalaşma özünü iflasa uğrayan layihələrin sayının artmasında göstərir. Son mövsümdə başlayan 24 serialdan səkkizi beynəlxalq satış üçün əsas hədd sayılan 13-cü epizoda qədər davam edə bilməyib.
“Ulduzlar” da serial sektoruna baha başa gəlir. Bəzi baş rol ifaçıları hər seriyaya görə 5–6 milyon lirə qazanır, bəzi layihələrdə aktyor heyətinin qonorarı büdcənin 30 faizini təşkil edir. Kanallar və prodüserlər tanınmış simalardan parlaq satış vitrini qurur, amma yeni hekayələrə, ssenariyə və yaradıcı heyətə eyni sərmayəni qoymurlar. Bu isə bədii keyfiyyəti aşağı salır.
Uzun epizodlar çəkiliş qruplarının üzərindəki təzyiqi artırır. Türkiyə Kino və Televiziya İşçiləri Həmkarlar İttifaqı çəkilişlərdə iş gününün 15–16 saata çatdığını bildirir.
Növbəti bölümdə nələr olacaq?
2026-cı ilin fevralında elan olundu ki, ən azı üç qitədə və on ölkədə yayımlanan, müəyyən şərtlərə cavab verən seriallara hər bölümə görə 100 min dollar dövlət dəstəyi veriləcək. Bu qərar dövlətin serial sənayesinin inkişafında maraqlı olduğunu göstərir. Amma həmin şərti ödəmək asan iş deyil.
Hazırda Türkiyənin beynəlxalq bazardakı əsas üstünlüyü istehsalın ucuz başa gəlməsidir. Təkcə bunun üzərində uzağa getmək olmaz. Türkiyə qazandığı fürsəti daimi üstünlüyə çevirmək üçün televiziya və kino sənayesində islahatlar aparmalıdır. Serialların epizodları qısalmalı, yaradıcı komandalar güclənməlidir. Televiziya sənayesi kino və teatra da dəstək ola bilməlidir. Əks halda Türkiyə yaxın gələcəkdə beynəlxalq platformaların ucuz istehsal mərkəzinə çevrilə bilər. Bu halda qlobal şirkətlər sadəcə ucuz əmək və çəkiliş xidmətlərini almaqda maraqlı olacaqlar.
Vüsal Məmmədov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:66
Bu xəbər 25 Noyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları