6 uşaq atası olan 37 yaşlı çoban faciəvi şəkildə öldü
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Dünən Göyçayın Hacalıkənd kəndində ehtiyatsızlıqdan kanala yıxılan şəxsin meyiti tapılıb.
Milli.Az xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş sakini İlkin Bəhram oğlu Seyidovun meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aşkar edilib.
6 uşaq atası olan İ.Seyidov Göyçayın Qaraman kəndində çoban işləyirmiş. Onun dünən sərxoş halda kanalın üzərindən keçən boru ilə qarşı tərəfə keçmək istəyərkən yıxılaraq suya düşdüyü bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
Baxış sayı:116
Bu xəbər 13 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















