Icma.az
close
up
RU
60 qəpiyə dəyməyən marşrutlar Gecikmə, basabas və...

60 qəpiyə dəyməyən marşrutlar Gecikmə, basabas və...

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekspert deyir ki, problem daşıyıcı şirkətlərin məsuliyyətsizliyi ucbatından yaranır

Paytaxtın ictimai nəqliyyatından narazılıq davam etməkdədir. Sosial şəbəkədə paylaşılan görüntülərdə qadın sərnişinlərdən biri avtobus gec gəldiyindən salonda yaranan basabasdan gileylənir.

Və deyir ki, “Gediş haqqını 60 qəpik etdilər, amma xidmət sıfırdır. Gediş haqqını nəzərə alıb 60 qəpiyə qaldırırlar, heç olmasa abır-həyanı da nəzərə alsınlar. Avtobusda kişi, qadın bilinmir. Hamı bir-birinə yapışıb”. (Sherg.az) İctimai nəqliyyat sahəsi həqiqətən də düzəlmir ki, düzəlmir. Yenə gecikmələr, tıxaclar, basabas, köhnə, motorundan qara tüstünü şəhərə yayan sınıq-salxaq avtobuslar, kobud sürücülər, uzandıqca uzanan intervallar...

Avtobus zolaqlarının çəkilməsi, yeni ekoavtobusların alınması da problemi köklü həll etmir. İctimai nəqliyyatda gediş haqları artırılanda vətəndaşa nə vəd edilirdi, əvvəlcə ona baxaq.

Yaxın günlərdə 12 saylı avtobusda yaşanan insident də Musavat.com saytında yayınlanmışdı. Belə ki, 12 saylı avtobus marşrutunda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb. Sərnişinlər bildirib ki, onlar bir saatdan artıq müddətdə avtobusu gözləməli olublar. Narazı vətəndaşlar deyiblər ki, son aylarda bu xətt üzrə nəqliyyat vasitələri ya çox gec gəlir, ya da ümumiyyətlə hərəkət etmir. Onu qeyd ediblər ki, bu hal artıq mütəmadi xarakter alıb və əksər marşrutlarda ciddi problemlər var.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilirdi: “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir. Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək. Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. 2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq. Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib".

Məlumatda başqa müjdəli xəbərlər də var. Amma onları təkrar etməyə lüzum görmürük. Əgər “görülən” işə rəğmən, ictimai nəqliyyatdakı nöqsanlar azalmayıbsa, deyilənlərə inam itir.

Paytaxtın ictimai nəqliyyat problemi niyə illərdir ki, köklü həllini tapmır? Bu qədər dəyişikliklər nə üçün səmərə vermir?

Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Nəqliyyat sektorunda son illər canlanma var, inkişaf xətti də var, bu görünür. Sadəcə, ictimai nəqliyyatda müəyyən nöqsanlar hələ də qalır. Bunlar da əsasən, daşıyıcı şirkətlərin məsuliyyətsizliyi ucbatından yaranan problemlərdir. Burada sərnişinləri narahat edilən əsas nöqsan, marşruta buraxılan nəqliyyat vasitələrinin azlığıdır. Məsələn, dayanacaqlarda sərnişinlər uzun müddət avtobus gözləməli olurlar. Avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Bu baxımdan düşünürəm ki, son aylarda nəqliyyatla bağlı qəbul edilən qərarlar da məhz bu sektorda nizam-intizama nail olmaq məqsədilə verilib.

Məsələn, “brutto” müqaviləsinin imzalanması, İctimai Nəqliyyat Fondunun yaradılması kimi addımlar da bu məqsədə xidmət edir. Bundan başqa, yaxşı xidmət göstərən, müasir tələblərə cavab verən avtobuslarda gedişhaqqının 50 qəpikdən 60 qəpiyə dəyişdirilməsi də daşıyıcı şirkətlərə bir mesajdır: onlar nəhayət, fəaliyyətlərini qaydaya salmalı, keyfiyyətli xidmət göstərməli, avtobus parklarını yeniləməli və yeni avtobusların ölkəyə gətirilməsini sürətləndirməlidirlər. Bununla da marşrutlara buraxılan avtobusların sayını artırsınlar".

Eldəniz Cəfərov “Bakı Metropoliteni”ndə yaranan sıxlıqla bağlı məsələyə də fikrini bildirdi: “Metropoliten sovet dövründə tikildiyi üçün o dövrün şərtləri üçün nəzərdə tutulmuşdu. İqtisadiyyatın böyüyəcəyi, əhali sayının artacağı nəzərə alınmayıb. Ona görə də yenidən metropolitendə işlər həyata keçirilir ki, keyfiyyətli xidmət təmin olunsun. Depolar tikilir, stansiyalar yenidən qurulur, bunların hamısına böyük ehtiyac var. Ümid edirəm 2025-də başlayan bu proses 2030-cu ilə qədər yekunlaşacaq. Nəhayət, nəinki Bakı şəhəri, ətraf ərazilər, respublikanın digər bölgələrində də nəqliyyat sistemi lazımi səviyyədə olacaq”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də mediaya açıqlamasında mövzu ilə bağlı deyib ki, bu günə qədər ictimai nəqliyyatda bir neçə dəfə qiymət artsa da, keyfiyyətin yüksəlməsində nəzərəçarpacaq dəyişiklik müşahidə olunmayıb: “Son 10 ildə bu sahədə bu addımlar atılıb. Təəssüf ki, keyfiyyət artmayıb. Ona görə də bizdə ictimai nəqliyyatda qiymət artımı yalnız bu sahədə xidmət göstərən dövlət və özəl şirkətlərin gəlirlərini artırır, keyfiyyəti isə artırmır. Biz dəfələrlə təklif etmişik ki, günlük, saatlıq, həftəlik, 6 aylıq və 1 illik biletlər olmalıdır. Gediş qiymətə yox, zamana bağlı olmalıdır. Belə olduqda birdəfəlik gediş haqqının heç bir əhəmiyyəti olmayacaq. Bu isə əsasən turistlərə və nəqliyyatdan az istifadə edən sərnişinlərə aid ola bilər. Amma təəssüf ki, bunu həyata keçirmirlər. Bu haqda müzakirələr getsə də, əməli addımlar görməmişik. Ona görə də düşünürəm ki, nəqliyyatda gediş haqqının artımı ilə keyfiyyətin artımı arasında heç bir bağlılıq yoxdur. Bu günə qədər biz bunu görməmişik, bu artımdan sonra da keyfiyyətin yüksələcəyini söyləmək çox çətindir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Noyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri