60 yaşlı qadın ərini öldürüb bir həftə onun meyiti ilə yaşadı
Icma.az bildirir, Lent az portalına istinadən.
Rusiyanın Maqnitoqorsk şəhərində 61 yaşlı ərini öldürməkdə ittiham olunan 60 yaşlı qadın həbs edilib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 13-də gündüz saatlarında Qryaznov küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Ər-arvad arasında yaranan mübahisə zamanı qadın həyat yoldaşına zərbələr endirib. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qətldən sonra qadın ərinin ölümü barədə heç kimə məlumat verməyib və bir həftə ərzində meyitlə eyni mənzildə yaşamağa davam edib.
Bir həftə sonra binanın sakinləri mənzildən gələn xoşagəlməz qoxuya görə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra kişinin meyiti aşkarlanıb.
Polis əməkdaşları qadını saxlayıblar. İstintaqın vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















