Icma.az
close
up
RU
Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Icma.az, Axar.az saytına istinadən bildirir.

Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi istiqamətlərdən biridir.

"Müzakirələr hələ yeni başlayıb, lakin mən inanıram ki, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yarada, insanlar arasında təmasları genişləndirə və qarşılıqlı anlaşmanı gücləndirə biləcək", - o bildirib.

O, xatırladıb ki, 2027-ci il yanvarın 1-də Litva Avropa Birliyi Şurasında sədrliyə başlayacaq. Vilnüs AB ölkələrinə bütün 27 üzv dövlət üçün məqbul olan həll yollarını tapmaqda və AB-nin tərəfdaşlarla, o cümlədən Azərbaycanla əlaqələrini gücləndirməkdə kömək etmək niyyətindədir.

"Həqiqətən də, Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətləri gücləndirmək Avropa Birliyinin və bütün Avropa ölkələrinin marağındadır", - o bildirib.

Nazirin sözlərinə görə, AB investisiyalarda və digər ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Avropa Birliyi həmçinin sabitliyin möhkəmləndirilməsinə və rifahın artmasına töhfə verməyə çalışır.

"Bu kontekstdə biz artıq AB ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini nəzərdən keçirə bilərik", - Budris deyib.

Nazir vurğulayıb ki, energetika və nəqliyyat əlaqəliliyi sahəsində strateji layihələrin həyata keçirilməsi təkcə Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə yaxınlaşdırmağa, eləcə də müxtəlif sahələrə Avropa investisiyalarını cəlb etməyə imkan verəcək.

O qeyd edib ki, Orta Dəhlizin inkişafı tranzit marşrutlarının şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Burdisin sözlərinə görə, diplomatlar tərəfdaşlığın prioritetlərini və onun Avropa Birliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi imkanını müzakirə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri